Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48428
az

100-dən çox ermənini məhv edən kəşfiyyat komandiri - ONU SİZ DƏ TANIYIN!

19:3009 Fevral, 2021
1607
  • A

O, Vətən müharibəsinin ilk günlərində tabeliyində olan hərbçilərlə birlikdə Cəbrayıla girərək bir neçə kəndi işğaldan azad edib Azərbaycan bayrağını rayonun Nüzgar kəndinə sancıb.

Söhbət şəhid kəşfiyyatçı, kapitan Həmid Cəfərlidən gedir.

"Report"un Qərb mərkəzinin əməkdaşları şəhidin yaşadığı evə baş çəkib, yaxınları ilə həmsöhbət olublar.

Füzuli istiqamətində gedən döyüşlərdə 6 gün ac-susuz mühasirədə qalıb, buna baxmayaraq, özü və tabeliyində olan hərbçilər düşmənə təslim olmayıblar.

Vətən müharibəsi zamanı işğaldan azad olan ərazilərdə ilk bayraq sancan Həmid Cəfərli olub. Sonra Cəbrayılın bir neçə kəndini işğaldan azad edərk erməni terrorçularından təmizləyib. Həmid və onun tabeliyində olan kəşfiyyat bölüyü Füzuli istiqamətinə hərəkət etməyə başlayıb. H.Cəfərlinin komandiri olduğu kəşfiyyat bölüyü Füzuli rayonu ərazisində düşmənin gözləmədiyi istiqamətdən ermənilərə hücum edib. Bu hücum zamanı Füzulinin bir neçə kəndi işğaldan azad edilib. Döyüş yoldaşlarının sözlərinə görə Həmid şəhid olana qədər 100-dən çox ermənini təkbaşına məhv edib.

Həmid Füzuli istiqamətində 6 gün mühasirədə qalıb. Mühasirəni ermənilərin çoxlu itki verməsi ilə nəticələnən növbəti əks-hücum həmlələri ilə yararaq düşmənə sarsıdıcı zərbə vurmaqla yarıb çıxan kapitan yanına qəfildən minaatan mərmisi düşüb. Ürəyindən 1 qəlpə yarası alan Həmid Cəfərli qəhrəmancasına şəhid olub.

Qeyd edək ki, H.Cəfərli 1991-ci ildə Bakı şəhərində anadan olub. O, "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları təltif olunub. O, Bakıda II Fəxri xiyabanda dəfn olunub. H.Cəfərlinin əmisi oğlu, gizir Orxan Cəfərli də Vətən müharibəsində şəhid olub.

Allah rəhmət eləsin!

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi