Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47485
az

\"Qoymayın ölüm, tələbələrim gözləyir\" ... - Şuşa uğrunda şəhid olan dünya çempionumuzun son sözləri...

09:3027 Yanvar, 2021
2141
  • A

Vətən savaşı bizə həm də minlərlə igidimizi, qəhrəmanımızı, torpaq uğrunda canından keçən şəhid və qazilərimizi tanıtdı. Gənc oğullarımız düşmən tapdağında olan torpaqları öz qanı ilə azad edib, yaşamaq hüququndan keçdi. O qəhrəmanlardan biri də, Şamilov Emil Rafiq oğludur.   

Emil Şamilov 1996 -cı ildə Bakı şəhərinin Sabunçu rayonunda dünyaya göz açıb. Orta təhsilini Ramanada yerləşən 296 saylı orta məktəbdə alıb. 2016- cı ildə hərbi xidmətini başa vuraraq, ailəsinin yanına dönüb.

Uşaq yaşlarından idmana olan həvəsi valideynlərinin gözündən yayınmayıb və onu idmana yazdırıblar.

Türk dünyasının milli döyüş sənəti olan Alpaqut döyüş sənətinin sirlərini dərindən öyrənən Emil həm bu idman növündə, həm də karate idmanında ard- arda uğurlar əldə edib. 12 dəfə Azərbaycan çempionu, 1 dəfə Avropa və 1 dəfə dünya çempionu adını qazanıb. Bundan əlavə, Asiya və Zaqafqaziya çempionatlarının da qalibi olub.

İdmanda peşəkarlıq səviyyəsinə çatan Emil “Alparslan” idman klubunu təsis edib. Bundan sonra həm də müəllim kimi idman dərsləri keçib, gənclərə bu idman növünün sirlərini öyrədib. 

Onun ən böyük arzularından biri Şuşanı azad görmək idi. Bu arzu ilə də döyüşlərə qatılıb. Cəbhənin bir neçə istiqamətində misilsiz qəhrəmanlıqlar göstərib. Sonuncu döyüşü isə Hadrutun düşmənlərdən azad edilməsi uğrunda olub. Döyüşlərdə qəhrəmanlıq göstərən Emil, düşmən snayperinin açdığı atəş nəticəsində şəhidlik məqamına ucalıb. Qəhrəmanımız şəhid olandan sonra “Vətən uğrunda”, " Cəbrayılın azad olunmasına görə", "Şücaətə görə" medalları ilə təltif olunub.

Alim Liftiyev
Elçin Əkbərov
Musavat.com

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əhaliyə müjdə: maaş, pensiya və müavinətlərlə bağlı yeni qərar olacaq - VİDEO
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Ötən gün aşkarlanan silah-sursatın sayı açıqlanıb