Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
47272
az

Xankəndi haradır?  Ermənilər  "Xanın kəndi"nə necə köçürülüb —  Tarix danışır 

10:3124 Yanvar, 2021
8479
ÖZƏL BÖLÜM
  • A

Azərbaycan Xalqının yenidən Xankəndinə qayıtması istiqamətində hazırlıqlar  gedir. İndiki  vəziyyətdə  siyasi  proseslərin  getdiyi  bir  anda  cəmiyyətdə də  canlanma  var. Artıq  insanlar  Xankəndinə  köçlə bağlı planlar  da  olduğu  açıqlanır.Artıq bu istiqamətdə  Xankəndi bizimdir sosial kampaniyasına başlanılıb. (red- Siz də bu linkə daxil olmaqla  qrupa  qoşula  bilərsiniz)

Bəs Xankəndi haradır? Ermənilər Xankəndinə  necə  gəlib?

Bu kimi  suallara  cavab  tapmaq  məqsədilə  Oxu24.com  saytı  Xankəndi  ətrafında  araşdırma  aparıb.

İşğal tarixi: 1991-ci il 26 dekabr
Ərazisi: 926 kv.km.

Əhalisi: 57000 nəfər.

Xankəndi XVIII əsrin axırlarında Azərbaycanın müstəqil feodal dövlətlərindən biri olan Qarabağ xanlığının mülkü, eyni zamanda istirahət məskəni olmuşdur. Bu şəhər el arasında əvvəllər "Xanın kəndi" kimi tanınmış, sonralar Xankəndi adını almışdır.

1805-ci il Kürəkçay, 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrindən sonra Azərbaycanın iki yerə bölünməsi və və Şimali Azərbaycanın  Rusiyanın tabeçiliyinə keçməsi ilə Xankəndinin də tarixi taleyində ciddi dəyişikliklərin baş verməsinə səbəb oldu. Qacar İranından köçürülən erməni ailələrinin bir hissəsi Xankəndidə  yerləşdirildi. Rəsmi məlumatlara görə 1847-ci ildə Xankəndidə 80 erməni, 52 rus ailəsi yaşamışdır. Çarizm dövrünün xəritələrində (1847-ci il) bu yaşayış yeri Xankəndi kimi göstərilmişdir. 1900-cu ildə Xankəndidə artıq 3 min əhali yaşadığı bildirilir. XX əsrin əvvəllərində Xankəndidə erməni və rus mənşəli əhalinin sayı xeyli artsa da şəhərdə xeyli sayda Qarabağ xanlarının nəslindən olan azərbaycanlı ziyalılar yaşayırdılar.

Rusiya imperiyasında baş verən Oktyabr inqilabından (1917-ci il) sonra Cənubi Qafqazda cərəyan edən mürəkkəb proseslər Xankəndini də əhatə edir. XX əsrin əvvəllərindən başlanan erməni separatizmi azərbaycanlılara qarşı 1905-1906-cı illərin kütləvi qırğını və 1918-ci il mart soyqırımı Şimali Azərbaycanın Qarabağ bölgəsini, o cümlədən Xankəndini də əhatə etmişdir. 1918-1920-ci illərdə erməni millətçilərinin Dağlıq Qarabağ, həmçinin Xankəndiyə iddialarının qarşısı alındı.

Şimali Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalından (1920-ci il 28 aprel) sonra əhalinin siyahıya alınmasının nəticələrinə əsasən 1921-ci ildə Xankəndi qəsəbəsində 398 azərbaycanlı, 981 erməni yaşadığı bildirilir.

Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi 1923-cü il iyulun 7-də “Dağlıq Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında” dekretdə Xankəndi vilayətin mərkəzi elan olundu. Az sonra şəhər bolşevik (həm də daşnak) Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı.

Şəhərin adı 1991-ci ildə Azərbaycan SSR Ali Sovetinin qərarı ilə bərpa edildi, yenidən əvvəlki kimi Xankəndi adlandırıldı.

XX əsrdə Xankəndi Azərbaycan SSR-ın yeni sənaye və mədəniyyət mərkəzlərindən biri kimi inkişaf etməyə başlayır. Azərbaycan SSR-ın ümumi respublika resursları hesabına inkişaf edən Xankəndi Azərbaycan SSR-ın digər şəhərlərindən daha sürətlə inkişaf etdi. 1939-cu ildə Xankəndi şəhərində 10 min, 1959-cu ildə 20 min, 1970-ci ildə 30 min, 1988-ci ildə 60 min əhali yaşamışdır. Şəhərdə yeni müəssisələr yaradılır, əhali üçün yeni mənzillər tikilir, sosial və kommunal infrastruktur formalaşdırılırdı.

1978-ci ilin may ayında Xankəndiyə şəhər statusu verildi. Xankəndi rayonuna aid olan torpaqlar yeni yaradılmış Əskəran rayonuna verildi.

1988-ci ilin əvvəllərindən DQMV-də tətillər, nü­mayişlər keçirməyə başladılar. Dağlıq Qarabağda ilk mitinq 13 fevral 1988-ci ildə Xankəndinin mərkəzi meydanında təşkil olundu. Ermənilərin azərbaycanlılara qarşı separatçı-terrorçu hərəkətləri genişləndi. Baş verən qarşıdurmada iki azərbaycanlı qətlə yetirildi, çoxlu sayda insan isə yaralandı. 1988-ci ilin sentyabr ayında ermənilər Xankəndi şəhərində yaşayan azərbaycanlı əhalinin hamısını şəhərdən qovdular. Bu işdə Ermənistanda «Qara­bağ», Xankəndidə isə «Krunk» adlı millətçi təşkilatlar fəal rol oy­nayırdı. 1989-cu il yanvarın 12-də guya Qarabağda və­ziy­yəti qaydaya salmaq üçün “Xüsusi İdarə Komitəsi” yara­dıl­dı. Lakin Arkadi Volskinin sədrlik etdiyi bu qurum vəziy­yə­ti sabit­ləş­dirmək əvəzinə, onu daha da kəskinləşdirdi.

Erməni silahlı dəstələri isə azərbaycanlı əhali yaşayan kəndlərə hü­cum­lar edir, qanlı faciələr törədirdilər. SSRİ hökuməti isə bütün bu baş verənlərə laqeyd yanaşır, hətta himayədarlıq edirdi.

1989-cu ilin fevral ayında Dağlıq Qa­rabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haq­qın­da qərarın qəbul edilməsi ilə Ermənistanın Azərbaycanın Dağlıq Qarabağ regionuna qarşı əsassız ərazi iddialarının, etnik təmizləmənin yeni mərhələsi başlandı. Və­ziyyəti gərginləşdirmək üçün ermənilərlə azərbaycanlılar ara­sında ədavət qızışdırıldı, azərbaycanlılara qarşı qətllər tö­rə­dil­di. Ermənilər Moskvadan idarə olunan bu prosesləri «məqsədəuyğun» is­t­i­qamətə yönəl­dərək, istədiklərinə nail olmaqdan ötrü əv­vəl­cə­dən düşü­nülmüş ssenari üzrə hərəkət etdirdilər. Baş ve­rən­lər­dən hiddətə gəlmiş Azərbaycan xalqının hisslərini daha da qı­zış­dırmaq üçün Dağlıq Qarabağ bölgəsində «meşə­lə­rin qırıl­ma­sı» əməliyyatını təşkil etdilər, bütün Azərbay­can xalqını ay­a­ğa qaldırdılar. Ermənilərin əlində oyuncağa çevrilmiş M.Qor­ba­çov Azərbaycan xalqını sarsıtmaq, mübarizə əzmini qırmaq üçün 1990-cı ilin yanvarında Bakıya qoşun yeritdi və qır­ğı­n törətdi. Bu, ermənilərin Azərbaycanın Dağlıq Qarabağ regionuna qarşı əsassız ərazi iddialarının da­vamı idi. Beləliklə, Moskvanın himayəsi altında 1991-ci ildə qeyri-qanuni “Dağlıq Qarabağ Respublikası” elan edildi. Planlı şəkildə davam etdirilən, getdikcə geniş vüsət alan müna­qişə müharibəyə çevrildi. 

1992-ci il fevralın 25-26-da baş verən Xocalı soyqırımı Xankəndi şəhərində yerləşən hərbi qüvvələr tərəfindən həyata keçirilmişdir.

Hazırladı: Miri  Məcidli

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir?
Nə gözlənilirdi, nə oldu...- Berbok Bakıya niyə gəlmişdi?
Kimlərin gəlirlərinə vergi güzəşti tətbiq ediləcək?

Dənizin dibindən keçən avtomobil yolu - FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Ev belə partladı - VİDEO
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Son 37 ildə qeydiyyata düşən İİV xəstələrinin    sayı      açıqlandı

20 yaşlı gənci maşın vurdu