Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
46219
az

Sabahkı Moskva görüşündən gözləntilər nədir? - ŞOK DETALLAR

22:5910 Yanvar, 2021
6900
ÖZƏL BÖLÜM
  • A

"Rusiya, Azərbaycan və Ermənistan liderləri sabah Moskvada bir araya gələcəklər. Kremldən yayılan məlumatda deyilir ki, Rusiya prezidentinin təşəbbüsü ilə keçiriləcək görüşdə 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrası və regionda problemlərin həlli istiqamətində gələcəkdə atılacaq addımlar müzakirə olunacaq".

Oxu24.com  xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu üç ölkə liderinin sabahkı Moskva görüşünü şərh edərkən deyib.

Onun sözlərinə görə, Nikol Paşinyan Moskva görüşündə əsirlərin və meyitlərin dəyişdirilməsini də müzakirə etmək istəyir:

"Ermənistan tərəfi tələsik bəyanat yayınlayıb ki, baş nazir Nikol Paşinyan Moskvada ərazi məsələsiylə bağlı heç bir sənədi imzalamayacaq, yalnız kommunikasiya xətlərinin açılması və regional daşımaçılıq mövzuları müzakirə olacaq. Yəni bununla cəmiyyətini sakitləşdirmək istəyir ki, Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımayacaq. Nikol Paşinyan Moskva görüşündə əsirlərin və meyitlərin dəyişdirilməsini də müzakirə etmək istəyir. Paşinyan bu məsələ həll olunmadan iqtisadi əlaqələrin bərpasının mümkün olmadığını vurğulayır. Elə bil ki, iqtisadi əlaqələrin bərpası Ermənistana deyil, Azərbaycana lazımdır. Əsirlərə gəldikdə, 10 noyabrdan sonra Azərbaycan hərbçilərinə atəş açanlar terrorçulardır, onlar dəyişdirilə bilməz, dəyişdirilməsi laızm bilinsə, bunun qarşılığında Dağlıq Qarabağda silahlı separatçı qalmamalıdır".

 

Politoloq qeyd edib ki, bizim də Moskva görüşündən gözləntilərimiz az deyil: "1. Dağlıq Qarabağdakı erməni separatçıları tam tərksilah olunmalıdırlar; 2. Dağlıq Qarabağın erməni əhalisi Azərbaycan qanunları ilə yaşamalı və pasportlarımızı qəbul etməlidirlər; 3. Laçın dəhlizi 10 noyabr bəyanatına görə Rusiya hərbçilərinin nəzarətində olsa da, qanunsuz keçidlərin qarşısının alınması məqsədilə Azərbaycan sərhədçiləri Laçın istiqamətində keşik çəkməlidirlər; 4. Ermənistan Azərbaycana qarşı ərazi iddialaırndan vaz keçib Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır; 5. Zəngilanla Naxçıvan arasında dəhliz fəaliyyətə başlamalıdır.

Əlbəttə, bir görüşlə Nikol Paşinyanın bu tələblərimizin tamamını yerinə yetirəcəyini düşünmürəm. Bu halda keçmişdə “Qarabağ Ermənistandır” deyən Paşinyan Moskvadan İrəvana deyil, Qərb ölkələrindən birinə qaçıb sığınacaq istəməlidir. Buna baxmayaraq, Paşinyan və ya qeyrisi erməni cəmiyyətini tədricən Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi qəbul etməyə hazırlamalıdır. Əks halda Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadan bizimlə iqtisadi münasibətləri bərpasını və regional əməkdaşlığa qoşulmasını təsəvvür etmək mümkün deyil".

Xatırladaq ki, sabah Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. Görüş zamanı 2020-ci ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanatın icrasını nəzərdən keçirmək və bölgədəki problemlərin həlli üçün gələcək addımları müzakirə etmək planlaşdırılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qardaşı