Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
45144
az

Bu ərazinin alınmasında qrupda olan hərbçilərin hamısı şəhid olub  - Əməliyyatın  ŞOK  DETALLARI

21:4325 Dekabr, 2020
7866
ÖZƏL BÖLÜM
  • A

Vətən Müharibəsinin qəhramanlarndan biri də Cəlil Cavadovdur. O, Lerik rayonunun Xəlifəküçə kəndində anadan olub. Onun qardaşlarından biri də hərbçidir. Cəlil də zabit olub.
Qardaşının dediklərinə əsasən tabordan seçilmiş xüsusi qruplar olurdu. Bir qrupa da taborun idarə heyətinin zabiti kimi Cəlili qrup rəhbəri etmişdilər.

O, taboru ilə birlikdə Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut və Xocavənd istiqamətlərində gedən döyüşlərdə olub.

Cəlil ilə tez tez danışırdıq. Onunla danışdığımız zaman tez tez deyirdi ki, “paytaxt”a az qalıb. Şuşaya paytaxt deyirdi. Ən böyük arzusu döyüşərək paytaxta girmək idi. Şuşaya özü girə bilməsə də, döyüş yoldaşları ora daxil oldular. Cəlilin də qisası alındı, bütün Vətən uğrunda şəhid olanların da.

Qardaşının dediyinə görə, Cəlil ilə son görüşümüz oktyabr ayının 10-da Füzuli rayonunun Gülmahmudlu kəndində olub.

Orada Cəlilə dedim ki, sən komandirsən, sən arxadan idarə edə bilərsən döyüşü. Əsgərlərini də qoru, özünü də. O, mənə dedi ki, bu döyüş "irəli, hücuma" döyüşü deyil, bu döyüş ardımca döyüşüdür. Və dediyi sözə də əməl etdi. Hər dəfə hücuma keçdikcə əsgərləri ilə birlikdə öndə gedirdi.

Cəlil oktyabrın 27-də Xocavənd rayonunun Cütçü kəndi yaxınlığında yerləşən yüksəkliyin alınması zamanı qəhrəmancasına şəhid olub. Döyüş yoldaşlarının dediyinə əsasən onlar hücuma keçən zaman ön, sağ və sol cinahlardan pusquya düşüblər. Və həmin an Cəlil və döyüş yoldaşları bir addım belə geri çəkilməyib, qəhrəmancasına sona qədər döyüşüblər. Həmin vaxt oradan bir nəfər yaralı sağ çıxıb. Cəlil və yoldaşları son nəfəsinədək döyüşüb. Yaralı olduğu halda əlindəki silah sursatı və digər döyüş vasitələri ilə düşmənə sarsıdıcı zərbələr vurub.

Mənbə: Publika.az

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Əməkhaqqı ilə bağlı dəyişiklik maaşlara təsir edəcək? - Əhalinin diqqətinə
Paşinyanın Moskva ziyarətinin formallığı – “buzlar” yenə ərimədi – ŞƏRH
Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi