Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
44928
az

SON DƏQİQƏ! Prezidentlərin  reytinqi açıqlandı: Əliyevlə Ərdoğan zirvədə,Paşinyan və Makron...

15:5423 Dekabr, 2020
2424
ÖZƏL BÖLÜM
  • A

“İnterfaks Ukrayna” agentliyi dünya siyasətçilərinin reytinqini açıqlayıb.

OXU24.COM  xəbər verir ki, “2020: Qalib və məğlub olanlar” adlı material politoloq və beynəlxalq əlaqələr üzrə mütəxəssis Anton Rovenski tərəfindən tərtib edilib. “İlin qalibləri” kateqoriyasında Azərbaycan Prezidenti İlham Əliyev də var.

Agentlik qeyd edir ki, Dağlıq Qarabağdakı uğurlu hərbi əməliyyatlar Azərbaycan Prezidentinin daxili arenada böyük bir qələbəsi olub.

İlin ilk 10 qalibinə Rəcəb Tayyib Ərdoğan (Türkiyə), Narendra Modi (Hindistan), Xi Sinpinq (Çin), Kamala Harris (ABŞ), Viktor Orban (Macarıstan), Sadır Japarov (Qırğızıstan), İnqrida Şimonite (Litva) Maya Sandu (Moldova) və Luis Arse (Boliviya) daxil edilib.

“İlin məğlubu” nominasiyasına Ermənistan Baş naziri Nikol Paşinyan rəhbərlik edir.

Materialda qeyd edilib ki, Ermənistanın Azərbaycanla hərbi münaqişədə məğlubiyyəti rəsmi İrəvanı ciddi daxili siyasi böhrana sürükləyib:

“Nəticədə Nikol Paşinyanın hakimiyyətdən uzaqlaşdırılması prinsipial deyil, zaman məsələsidir. Gələcəkdə Paşinyan hakimiyyətini itirdikdən sonra cinayət təqibindən qaçaraq siyasi mühacirətə getmək məcburiyyətində qalacaq”.

İlin ilk 10 məğlubunun sırasında İqor Dodon (Moldova), Aleksandr Lukaşenko (Belarus), Emmanuel Makron (Fransa), Ursula von der Leyen (Avropa Birliyi), Yaroslav Kaçinski (Polşa), Milo Cukanoviç (Çernoqoriya), Haşim Taçi (Kosovo) Binyamin Netanyahu (İsrail) və Xəlifə Haftar (Liviya) yer alıb.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür
Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır - ŞƏRH
Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya ilə əlaqəsi yoxdur

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı