Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43554
az

Könüllü olaraq orduya yazılan dostunu tək buraxmadı - Ucardan olan  iki əsgərin döyüş yolu

16:3806 Dekabr, 2020
3846
ÖZƏL BÖLÜM
  • A

Vətən Müharibəsində bir çox igidlərimiz qəhrəmanlıq göstərərk tarixə düşdü. Biz onların  bəzilərini tanısaq da  bir  çoxlarından  hələ də  çoxumuzun  xəbəri  yoxdur.

44 günlük  müharibə başlayan   zaman  bir  çox  könüllü igidlər  cəbhəyə  yola  düşdü.
Onların arasında  Ucar  rayonu,Qarabörk  kənd  sakinləri  Allahverdiyev  Əli  və  Allahverdiyev  Valeh də var idi.

Oxu24.com hər iki əsgərin döyüşə  yola  düşməsi  ilə  bağlı  maraqlı  tarixçəni təqdim  edir:

Azərbaycanın unudulmaz generalı  Polad Həşimov  Şəhid olan  zaman  bir çox vətən övladları onun  qisasını  almaq  üçün  ayağa  qalxdı. Bu zaman  bir  çox  şəxslər  könüllü olaraq  orduya  yazıldı. O zaman hələ  müharibə  başlamamışdı. Həmin vaxt könüllü olaraq  Orduya  yazılanlar  arasında  Allahverdiyev Əli də  var  idi. İki  bacının  tək  qardaşı heç nəyə  baxmayaraq  Vətən uğrunda  vuruşmağa  hazır olduğunu  qarşısına məqsəd  qoydu. O,həmin zamanın gəlməsini  gözləyirdi.

Həmin gün gəldi....

27 sentyabr 2020-ci il tarixi. Səhər tezdən hər kəs  döyüşlərin  başladığı xəbəri  alır. Bir müddət  öncə  könüllü olaraq  orduya  yazılan  Əli və Valeh artıq həmin anın yetişdiyini  deyərək SHXÇDX-nın Ucar rayon şöbəsinə gedir. Əli Allahverdiyev müəyyən prosesləri keçdikdən  sonra  avtomobilə minib cəbhəyə yola düşən zaman yaxın dostu  və qonşu olduğu  Valeh  onu  tək  buraxmayacağını  deyərək onunla birgə hərbi  maşına  minib.

Bu səhnə zabitləri  də bir  növ  şoka salıb. Onlar  buna  mane  olmaq  istəsələrdə  Valeh  Allahverdiyev inadından  dönməyib.  O, da könüllü  olaraq  döyüşçülər  olan   hərbi  maşına  minərək  bölgəyə  yollanıb.

"Əlini tək qoymayacam,sona qədər onunla  bir  yerdə  olacam", deyərək  bir  növ  özündən  kiçik   olan  dostuna   dəstək  çıxıb. Onun  hərbiyə  yollanmasından   evdə  heç  kimin  xəbəri   olmayıb.

Hətta  iki  azyaşlı  övladını  evdə  qoyaraq  Vətən  uğrunda  döyüşə  yollanıb. Hər iki qəhrəmanımız  Vətənin  azadlığı  üçün  sona  qədər  xidmət göstərərək  qələbənin  qazanılmasında  öz  bəhrələrini  veriblər. Bu gün  hər iki qəhrəman  bölgədə  xidmətini  davam  etdirir.

 

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü