Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42870
az

Arutyunyanın Rusiyaya səfərinin şok pərdəarxası

21:5728 Noyabr, 2020
1655
ÖZƏL BÖLÜM
  • A

İnanmıram ki, separatçı Arayik Arutyunyan Moskvaya hansısa siyasi məsələlərin həlli üçün gedib. Ehtimalım budur ki, separatçının Rusiyaya səfərinin məqsədi dilənmək, oradakı erməni iş adamları, erməni biznesmenlərindən pul toplamaqdır. Bir növ lazım gəlsə, onların vasitəsilə silah almaq və Ermənistana göndərilməsinə nail olmaq niyyəti güdüb.

OXU24.COM  bildirir ki, bunu Teleqraf.com-a separatçı Arayik Arutyunyanın Moskva səfərinin məqsədlərini şərh edən professor Qabil Hüseynli deyib.

Onun fikrincə, ermənilər özlərinin müəyyən etdiyi "hədəflərə" çatmaq istiqamətində səylər göstərir: "Ordunu yenidən qurmaq, silahlandırmaq da bu hədəflərə daxildir. Ancaq bunların hamısı mənasız səylərdir. Bölgədə Türkiyə kimi güclü dövlət var. Azərbaycanın qüdrəti hər keçən gün artır. Ermənistan ağlını başına yığıb dinc və yanaşı yaşamaq siyasətinə əməl etməlidir. Onlar üçün bunun alternativi yoxdur".

Politoloq qeyd edib ki, Arayik Arutyunyanın taleyinin necə olacağı da diqqətlə izlənilməlidir: "Bu şəxs Xankəndində sülhməramlı qüvvələrin komandirləri ilə fotolar çəkdirir, yeni binaların tikintisi, dağılan evlərin bərpa edilməsinə dair göstərişlər verir. Əlbəttə, bu, təbliğat xarakteri daşıyır.

Rusiya onu yaxına buraxmamalıdır. Bu şəxs Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışdadır, onunla bağlı cinayət işi var. Əslində onu Rusiyada tutub Azərbaycana təhvil vermək lazım idi. Bu adam indi Azərbaycan ərazisindədir və təxribatlarla məşğul olur".

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bütün sahələrdə əməkdaşlıq: Azərbaycan və Rusiya etibarlı tərəfdaşlardır - ŞƏRH
Qubad İbadoğlunun ev dustaqlığına buraxılmasının sanksiya ilə əlaqəsi yoxdur
Kreml: Sülhməramlıların Qarabağ bölgəsindən çıxarılması regiondakı mövcud reallıqlara uyğundur

Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda DƏHŞƏT: Piyadanın meyitini onu vuran yük maşınına qoydular - VİDEO