Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
105517
az

Atılmış ana - Aida Eyvazlı yazır

11:5105 Aprel, 2024
150
ÖZƏL BÖLÜM
  • A

-Ay şofer, o göz xəstəxanasının yanından keçəndə mənə deyərsən. Orda düşəcəm. Gözümün birini operasiya ediblər, indi o biri üçün gedirəm. 85 yaşım var. Mənə mütləq de. Dərdin mənə gəlsin, şofer.- deyir əlində əsa qarşımdakı oturacaqda əyləşən qoca qadın. 

... Bir az keçəndən sonra yenə onunla üzbəüz oturan qadından soruşur ki, o xəstəxanaya nə vaxt catacaq.  Zərifə Əliyeva adına göz xəstəxanasını soruşurmuş. Qadın deyir ki, ana, hələ çox var. Ləhcəsindən bilinir ki, Azərbaycanın Gədəbəy-Şəmkir tərəfindəndir.

Mən 85 yaşlı ananın arxasındakı oturacaqda oturmuşam. Soruşuram ki, "Ana niyə tək buraxıblaar səni evdən?".

Ana elə bil ki, bu sözə bənd imiş. Ürəyi açılır nə açılır: 

"Ay bala, hərəsinin öz işi-gücü var, biri işə gedir, biri uşağını dərsə aparır. Kimisi də kefində-damağında. Eh... indi onların nəyinə lazımam. Oxutdum, böyütdüm, çörəkli, evli-eşikli elədim... Qoca kimə lazımdır ki... Evimə "propiska" elədim... Aldıqlarını aldılar, yediklərini yedilər...".

Ananın harayını, şikayətini sona qədər dinləyə bilmirəm. İşə tələsirəm. Vacib görüşüm var...

Lakin göz yaşlarımı boğa bilmirəm. Yanağımdan üzü aşağı süzülür. Mən belə olmadım. Anamın qulluğunda durdum. Həkiminə, sanatoriyasına apardım, palın-paltarını aldım. Bu, mənim borcum idi. Bu, Tanrının mənə verdiyi ən gözəl fürsət idi.

Tanrı... İndi fikirləşirəm ki, bəs o ana-atanı unudan, haqqını-zəhmətini yerə vuran, gedib eyş-işrətlə məşğul olan, nadan və əbləh, soysuz-köksiz birinə satan övladlar heç Tanrını tanıyırlarmı?  

O ananın duruşundan, əllərindən məlum idi ki, zəhmətkeş ana olub. Övladını pis yolla böyütməyib. Belə zəhmətkeş ananın haqqını danan övlad mütləq öz övladından görəcək, azdığı yolundan tapacaq.

Etməyin, belə etməyin! Ata-anaya xəyanət etmək olmaz. Bəzən ana-ata övladına görə oğurluq edir ki, övladı korluq çəkməsin. Əlbəttə mən bunun tərəfdarı deyiləm. 

Ancaq düşünürəm ki, belə zəhmətlə övladlar böyüdən ana niyə indi göz xəstəxanasına  əlindəki əsaya söykənərək, tək-tənha gedir?

Mən anasını satan övladdan dönərəm, üzünə baxmaram. Belə övlada öyüd-nəsihət etmək, məsləhət vermək də əbəsdir. Bəlkə də o qadının qızı və ya oğlu hansısa bir əxlaqsız ər və ya arvadı ilə məsləhətləşib, onu tək qoyublar. Qanı təmiz olan ananı əxlaqsız ərə və ya gəlinə satmaz. Anasını  atan, anaya qarşı olan yalnız əxlaqsız ola bilər. Ya da psixopat.

 

“Ədəbiyyat və incəsənət”

(04.04.2024)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

ADNA-da terror aktı törədilməsindən 15 il ötür
Müdafiə Nazirliyindən 143 milyonluq oğurluqda Nəcməddin Sadıkovun adı çəkildi - ŞOK DETALLAR
Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın doğum günüdür

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Özünü restoranın həyətində asdı