Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
102508
az

Məktəbliləri maşınla vurub öldürən şəxslə bağlı ŞOK: "Qatil Emin" ləqəbi ilə tanınırmış

12:2409 Fevral, 2024
3022
ÖZƏL BÖLÜM
  • A

Dünən Zaqatala rayonu Göyəm kəndində baş verən ağır yol qəzasında 2 məktəbli ölüb, biri isə ağır yaralanıb.

 

Oxu24.com  xəbər verir ki, kəndin icra nümayəndəsi Cuma Qurbanov Azvision.az-a açıqlamasında qəzanın məktəbdən 1 km aralıda, şagirdlərin evinin yaxınlığında baş verdiyini bildirib.

 

O qeyd edib ki, şagirdlər 5-ci sinifdə oxuyurmuş:

 

"Kənd yolu 6 metr enindədir, hadisə olan yuxarı tərəfdə isə yol 20 metrə qədər genişlənir. Şagirdlər səki ilə hərəkət edirmişlər. Məktəb də evə yaxındır. Yəni bizim kənd yolu təhlükəli deyil, əvvəllər belə olmayıb. Deyilənə görə, sürücü avtomobili 130-140 km/saat sürətlə sürürmüş, uşaqların yanında idarəetməni itirib və onları vurub".

 

İcra nümayəndəsinin sözlərinə görə, şagirdləri vuran şəxs "qatil Emin" ləqəbi ilə tanınır: "Deyəsən, əvvəllər cinayət törədib, həbsdə yatıb, ona görə belə adlandırılır. O, kənd sakini deyil, Zaqatala şəhərinin Qaqarin küçəsindəndir".

 

Qeyd edək ki, dünən Zaqatala rayonu Göyəm kəndində “Mercedes” markalı minik avtomobili yol kənarı ilə gedən 2013-cü il təvəllüdlü 3 məktəblini vurub.

 

Göyəm kənd orta məktəbinin şagirdləri olan məktəblilərdən Ramazan Babək oğlu İsayev və Kamal Elçin oğlu Permadov qəzanın baş verdiyi yerdə ölüblər. İbrahim Əziz oğlu İbrahimzadə isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Onların hamısı eyni sinfin şagirdi olub

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
DİQQƏT! Maaşlara əlavələrin verilməsində dəyişiklik edildi
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü