Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
99972
az

Bu videoya baxmadan TOYUQ ƏTİ YEMƏYİN!

22:0227 Dekabr, 2023
1351
  • A

Hər il dünyada 9 milyarddan çox toyuq və hind quşu satılır. Bunların 99,9%-i fabrik kimi  işləyən toyuq fermalarında yetişdirilir. Bəli, bu cür istehsal ucuza başa gəlir. Hərdən sizin də rastınıza çıxar yəqin. Binaların həyətinə gəlirlər, yolların kənarında dayanırlar və bağırırlar: “Çolpa, çolpa! Qiyməti 6 manat 50 qəpik! Qiyməti 7 manat!” Adam düşünməyə başlayır: “Kənd toyuğunun ən ucuzunu kilosunu 13-14 manatdan alırıqsa,  6-7 manata çolpa satılması necə olur?”

Maraqlıdır, hə? Axı bu toyuğun yetişdirilməsi də xərc tələb edir, kəsilib-təmizlənməsi də, daşınması da… Bəs, dənəsi 6 manat 50 qəpiyə olan çolpadan kim nə qədər qazanır? Əgər həqiqətən təmiz toyuqdursa, bu axı onun heç maya qiyməti eləmir axı…Məsələ bir az dərindir. Birlikdə baxaq.

Əziz dostlar, kanalımızda sizə daim sağlamlığınızı qorumağa kömək edən videolar hazırlayırıq. Bu videoların çox olması sizə sizin əlinizdədir. Elə bu dəqiqə videomuzu bəyənib, kanalımıza abunə olsanız, bu video daha çox insanın qarşısına çıxacaq. Və kanalımız sayənizdə daha sürətlə böyüyəcək.

1925-ci ildə 1 toyuğun böyüməsi, kəsiləcək hala gəlməsi üçün 125 gün lazım idi. Hazırda isə bu müddət, təxminən, 47 gündür. Yəni ay yarım… Gəlin CAFO üsulu barədə danışım. CAFO konsentratlaşdırılmış heyvan yemləmə əməliyyatıdır.  Toyuq sənayesində məhz bu üsul tətbiq edilir. Son illərdə bu üsulla yetişdirilən toyuqların tüklərində, dimdiklərində, hətta caynaqlarında belə, antibiotiklər aşkarlanır.  Hansı ki, bu antibiotiklərin əksəriyyətinin qida sənayesində istifadəsi çoxdan qadağan edilib.   Hətta toyuq tükündə arsen maddəsi aşkarlanması faktları da var. Qeyd edim ki, arsen toyuq ətini çəhrayı rəngdə göstərir. Bu elementin rusca adı (mışyak) çox ehtimal ki, siçanları zəhərləmək üçün istifadə olunan zəhərin adı ilə bağlıdır.    Analizlər zamanı arsenin ən çox toyuğun tükündə olduğu aşkarlanıb.  Məsələ ondadır ki, toyuqların tükündən də toyuq sənayesində yem kimi istifadə edilir. Yəni bir toyuğun tükündə arsen varsa, yemlə birlikdə digər toyuqlara da ötürülür.

Toyuq ətində sakitləşdirici dərmana rast gələn araşdırmaçılar da var.  Sakitləşdiriciləri toyuqlara vermələrinin səbəbi çox sadədir: toyuqlar dar hinlərdə yetişdirilir. Aqressiv olmasınlar, bir-birini dimdikləməsinlər deyə, onların sakit davranmalarını təmin etməlidirlər.  Bunun əksini edənlər də tapılır. Toyuqlara kofein verərək onların uzun müddət oyaq qalmasını, daha çox yeyərək, daha qısa zamanda kəsiləcək hala gəlməsini istəyənlər də az deyil. Siz də mənim kimi dəhşətə gəldiz? Elə bu dəqiqə şərhə bununla bağlı fikirlərinizi yazın. Biz də danışmağa davam edək.

Toyuq aldığınızda qablaşdırmanın üstündə hansısa toyuq fermasının bər-bəzəkli loqosu olur. Qutunun üstündəki yazılara diqqət etsəniz, orada toyuqların bitki əsaslı qidalarla yetişdirildiyini oxuya bilərsiniz.  Amma istehsalçılar qablaşdırmanın üstünə heç vaxt yazmırlar ki, toyuqlara qarğıdalı, soya və digər  geni dəyişdirilmiş qidalar verilir. 

İnsanlar arasında çaşqınlıq yaradan məsələlərdən biri də “açıq havada gəzən toyuq” ilə “kənd toyuğu” arasındakı fərqdir. Bəli, nadirən də olsa bəzi fermalardakı toyuqlar da açıq havada gəzirlər. Amma onların gəzdikləri ərazinin eni-uzunu bir neçə santimetr olur, hətta toyuq başına 1 metrə belə, çatmır.  Kənd toyuğu isə kəndarası yolların kənarlarında, bağlarda, hətta kəndin ətrafındakı çəmənliklərdə də gəzir-dolaşır, daha təbii şəkildə qidalanır.

Sizə indi çox maraqlı bir fakt göstərəcəm. Deməli, 1940-cı illərdə milyonlarla qadın DES (diethylstilbestrol) adlı bir dərmandan istifadə edirdi. Bu dərman sintetik estrogen hormonu idi. Dərmanın yan təsirləri tam araşdırılmamışdı, lakin onu istifadə edən qadınlarda hamiləlik sona kimi problemsiz yekunlaşırdı. Yəni inkişafdan qalma, uşağın ölü doğulma halları olmurdu. Həkimlərin əksəriyyəti ona qarşı çıxsalar da, xəstələrinə yazanlar heç də az deyildi. Dərman 1950-ci illərin əvvəllərində məhz bu səbəblərə görə çox populyarlaşmışdı. Dərmanın yan təsirləri isə tam 20 ildən sonra ortaya çıxdı. İyirmi il sonra çox nadir rast gəlinən vaginal xərçəng olan bir qadının anası tərəfindən edilən müşahidə nəticəsində məlum oldu. Ana hamiləlik vaxtı sözügedən hormonal dərmandan istifadə etdiyini və qızının xərçənginin bununla əlaqəli ola biləcəyini söylədi. Bəli, bu müşahidə doğru idi. Daha da əhəmiyyətlisi bu dəfə elmi olaraq sübut edildi.

O vaxtdan bəri, bu barədə bir çox tədqiqatlar aparıldı. Anası hamiləlik vaxtı DES hormonu qəbul etmiş kişilərdə və qadınlarda ciddi yan təsirlər bir-bir üzə çıxmağa başladı. Bu yan təsirlərə nadir xərçəng növlərinin artması, eləcə də cinsiyyət orqanlarının anomaliyaları daxil idi. Təəssüf ki, hamiləlik dövründə DES-in rəsmi olaraq qadağan edildiyi vaxta qədər milyonlarla insan ana bətnində bu dərmana məruz qalmışdı...

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Meyxanaçı Xəyyam Əhmədli dəfn olundu -VİDEO
Dəhşətli partlayış kameraya düşdü

Mandarin ördəyi haqda maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Almaniyadakı azərbaycanlı həkimlər    bölgələrdə     işləyəcək
Feyziyevə 2 milyon “atan” şəxsin    bəraəti  ləğv   edildi