Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
9489
az

Ünvanlı sosial yardım almaq istəyənlərə VACİB XƏBƏR - VİDEO

10:2231 Yanvar, 2019
843
OXU24 TV
  • A
 
Ünvanlı dövlət sosial yardımını almaq daha da asanlaşıb. Bundan sonra sosail yardım üçün müraciət olunərkən, torpağa dair çıxarış tələb olunmayacaq. Qaydalarda başqa yeniliklər də var.

Ünvanlı dövlət sosial yardımı üçün torpağa dair çıxarış tələb olunmayacaq.

Ünvanlı dövlət sosial yardımının alınması üçün elektron müraciət prosedurunun sadələşdirilməsi, aztəminatlı ailələrin sosial yardım proqramına daha rahat və asan müraciət edə bilmələri üçün daha bir addım atılıb. Artıq torpağın mülkiyyət hüququna dair çıxarışı olmayan şəxslər də ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edə bilərlər.

Müraciət zamanı sığortaedənin uçot nömrəsi əsasında avtomatik olaraq torpağın mülkiyyətçisi və payçıları haqqında məlumat əldə ediləcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri Babək Hüseynovun sözlərinə görə, nazirlikdə komissiya və işçiq qrupu yaradılıb. Komissiya tərəfindən ünvanlı dövlət sosial yardımı üçün müraciətlərin daha da sadələşdirilməsi məqsədi ilə yeni qaydalar hazırlanır. Bu qaydalarda ünvanlı dövlət sosial yardımı üçün kənar qurumlardan tələb olunan məlumatların tam elektronlaşdırılması nəzərdə tutulub.



Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qadın namaz qılarkən qapı açıldı, onun başına gələnlərə inanmayacaqsınız-VİDEO
Sosial yardım almaq istəyənlərə şad xəbər: Artıq bu tələb yoxdur +VİDEO
Güllələnən məşhur ekstrasens Rəşad Atakişiyevlə bağlı proqnoz veribmiş — ŞOK VİDEO