Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi

Sabirabad rayonunda yeni təyinat olub

Sabirabad rayonunda yeni təyinat olub

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb

XƏBƏR LENTİ

03 May 2024
Səfirlikdən Texasda yaşayan azərbaycanlılara MÜRACİƏT
Bu yolda sürət həddi endirildi
Rusiya bu məhsulun ixracına müvəqqəti qadağa qoydu
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil
MURDARÇA : çox yerdə bilinməyən faydaları
Səfərbərlik Xidmətinə 32 sürücü lazımdır - VAKANSİYALAR - ŞƏRTLƏR
Alman iş adamı Ştutqart Ali Regional Məhkəməsi qarşısına çıxarılacaq
Britaniya NATO qoşunlarının Ukraynaya göndərilməsi zərurətini rədd edir
Ermənistanda şok plan: Paşinyanı devirmək istəyənlər kimdir?+VİDEO
Ərdoğan siyasətin yumşaldılması prosesinə başlamağa hazır olduğunu açıqlayıb
ABŞ Ukraynaya göndərmək üçün bəzi silahların mövcud olmadığını açıqlayıb
Gürcüstan prezidenti xarici agentlər haqqında qanunu Avropaya inteqrasiyaya maneə hesab edib
SON DƏQİQƏ! Bu ölkə israillə əlaqələrini kəsdi
BÜTÜN XƏBƏRLƏR
89490
az

İNANILMAZ! Bir Stəkanı 7 XƏSTƏLİYİ SAĞALDIR (VİDEO)

12:3420 May, 2023
1000
OXU24 TV
  • A

Bir gün peyğəmbərimiz bu bitkini əlinə alır və mələklərin hər gün cənnətdən gətirdikləri su ilə onu suladığını, çox faydalı olduğunu bildirir.

Bu bitkini insanlar yaz aylarında dağlardan yığıb, istifadə edirlər. Onu siz marketlərdə isə dietik qidalar satılan bölmələrdə qurudulmuş halda görə bilərsiniz . Bu gün sizə kofedən daha faydalı, kofe əvəzedicisi olan təbii bir bitkidən danışacağıq. Onun faydasını biləndən sonra, əminik ki biz çox sağ olun deyəcəksiniz. Diqqət ekrana.

Çoxlarınızın çikori olaraq tanıdığı, azərbaycan dilində isə kasnı adlandırılan bitki. Bu bitki hazırda dünyada kofenin alternativi kimi məşhurdur. Adını latınca adlandırılmasından –cichorium`dan götürüb. Xəfif şirinliyi olsa da, tünd ləpə ətrinə və kofe dadına malikdir. Kasnı bitkisinin bütün hissələri müalicəvi məqsədlə istifadə olunur. Məsələn, üst yaşıl hissəsinin cavan zoğları salatlara qarışdırılıb yeyilir, həm də dəmlənib içilir. Kasnının tərkibi insulinəbənzər maddələrlə zəngindir, qanda şəkərin səviyyəsini tənzimləyir, qaraciyər hüceyrələrini yeniləyir, yüksəlmiş xolesterini salır, qaraciyər mənşəli köpməni aradan qaldırır.

Kasnı Azərbaycanın hər tərəfində bitən bir bitkidir. Kasnı köklərini yığın, qurudun, sonra tavada qovurun və üyüdün, çox dadlı və faydalı bir qəhvə əldə etmiş olacaqsınız. İstifadə qaydası belədir: 1 çay qaşığı kasnı kökü 1 stəkan suda 10 dəqiqə dəmlənir, gündə 3 dəfə yeməkdən əvvəl ilıq halda içilir.

Onu mağazalardan  quru toz halında, kofe yumrucuqları kimi tapmaq olar. Mütəmadi olaraq, qəbul edilən bu bitki qanda şəkərin səviyyəsini azaldır və maddələr mübadiləsini normallaşdırır.  Maddələr mübadiləsinin düzgün işləməsi orqanizmin həm ümumi sağlamlığına, həm də çəkiyə nəzarət edir.  Antioksidant tərkibi sayəsində mavi hindiba orqanizmin turşu-qələvi balansını qoruyur və sərbəst radikalların aktiv hərəkətinə mane olur.

Mavi hindiba  şəkərli diabetin nəzarətdə saxlanılmasına kömək edir. Arterial təzyiqi aşağı salır, qaraciyərin yaşlanmasını ləngidir, ümumilikdə, bütün orqanizmin sağlamlığını dəstəkləyir. Şirinliyinin şəkərdən deyil, təbii tərkibindən qaynaqlanması səbəbilə qanda qlükozanın səviyyəsini qəfildən yüksəltmir. Bundan əlavə,  malik olduğu inulin mədə-bağırsaq traktatının işini  normallaşdırır, pis xolesterinin səviyyəsini aşağı salır. Həmçinin, öd suyunun ifrazını dəstəkləyir, helmintlərin orqanizmdən xaric olunmasına kömək edir. Öd kisəsində daş varsa, çikariya onun əriməsi prosesinə start verə bilir.

Səhər içilən 1 fincan tünd kofe, yaxud tünd çay ayılmağa kömək edir. Axşamlar isə çay da, kofe də yuxunun gecikməsinə səbəb olur.   Və çox adam bilmir ki, uzun müddət davam edən bu proses oynaq ağrılarını da oyadır. Mavi hindiba faydalı və qidalandırıcı element xəzinəsi kimi, oynaq problemlərinin həllində orqanizmə kömək edir.  Metabolizmanı sürətləndirən, şəkər balansını normaya salan, sinir sistemini gücləndirən, əhval-ruhiyyəni yaxşılaşdıran bitki artrit riskini aşağı salır, nahiyəyə qan axımını sürətləndirir.

Mavi hindibanın məharətlərindən biri də, sidik turşusu duzlarının orqanizmdən atılmasıdır. Əgər oynaqlarda iltihabi proses artıq mövcuddursa, ağrıları azaldır. Həmçinin, bu cür iltihabi proseslərin qarşısını almaq, müalicə və profilaktika məqsədilə də çikariya içə bilərsiniz. Bundan əlavə, kasnı bitkisindən alınan məhlul və digər müalicəvi vasitələr də problemin həllinə kömək edir. 

Bu bitki ürək-damar sisteminin sağlamlığı üçün də faydalıdır. İçkidəki kalium ürək əzələlərinin işini normallaşdırır, ürək ritminin ahəngini nizamlayır, taxikardiya pristuplarını aradan qaldırır, arterial təzyiqi aşağı salır.

 

Mavi hindibanın kökündə  bol olan inulin həzm sisteminin “ən yaxın dostu”dur. Onun mütəmadi olaraq içilməsi zamanı mədə-bağırsaq  narahatlıqlarının yox olmasının səbəbi budur. Xüsusilə, mədəaltı vəzi və bağırsaqlar çikariya`ya çox şey borcludur. Bağırsaq mikroflorasını normallaşdırır, bağırsaqlarda hər hansı iltihabi prosesin başlamasına imkan vermir.

Ümumiyyətlə, çikori bütün orqanizmdə iltihablanmaya qarşı çıxış edir. Mədənin selikli qişasında və bağırsaqdakı təmizləyici və aktiv fəaliyyətlərindən dolayı,  sikariya iştahaçıcı vasitə də sayılır. Bu bitkinin kökündə qlükozit`lər də var. Bitkinin xalq təbabətində geniş istifadə olunması buna əsaslanır. Bu qlükozit`lər sinir sisteminin düzgün işləməsinə xidmət edir.  Bitkidə olan B qrupu vitaminləri sayəsində mavi hindiba içkisi əsl vitamin deposu sayılır.  Məsələn; B5 olduqca sakitləşdirici təsirə malikdir. Onu yatmazdan əvvəl içəndə sinirləri sakitləşdirir və yuxuya getməyi asanlaşdırır.

Diabet və piylənmə zamanı

Mavi hindibanın tərkibindəki inulin qanda şəkərin səviyyəsini aşağı salır, maddələr mübadiləsini yaxşılaşdırır. Buna görə də, arıqlamaq istəyənlərin və şəkərli diabetdən əziyyət çəkənlərin rasionlarına daxil edilməsi məsləhətdir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Tramvay yandı - VİDEO
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Qan donduran hadisə: Kişi yoldan keçənə hücum edərək onun gözünü və qulağını yedi - Şəkil