Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87787
az

Gündə 3 dəfə Soğan Suyu İçin! - İNANILMAZ NƏTİCƏ

22:3723 Aprel, 2023
687
  • A

Bu su hamilə qalmaq istəyən qadınların yumurtalıqlarını gücləndirir, həzm sistemini sağlam edir, immuniteti möhkəmləndirir və bunun kimi sayacağım onlarla xəstəliyi sağaldır. 

Xörəklərə ləzzət verən soğan sağlamlığımıza da faydalıdır. İstər yeməklərin tərkibində olsun, istər çiy şəkildə soğanı əlinizin altından əskik etməyin. Tərkibindəki bol vitamin və mineral sayəsində soğanın suyu insan orqanizminə müsbət təsir edir. O, müalicəvi məqsədlə də istifadə edilir.

Təbii antibiotik olan soğan suyu iltihabları qurudur, hamilə qalmaq istəyən qadınların yumurtalıqlarını gücləndirir, həzm sisteminə başdan-başa “yuyucu” kimi təsir edir. İmmuniteti möhkəmləndirən soğan suyunun bəzi xəstəliklərin sağalmasındakı rolu da danılmazdır. Budur, Soğan suyunun faydaları

1.       Sidikqovucudur;

2.       Sağaldıcı xüsusiyyəti sayəsində dəridə əmələ gələn hər hansı yara və ya narahatlığı sürətlə aradan qaldırır;

3.       Bağırsaqlardakı qurdları və parazitləri orqanizmdən xaric edir;

4.       Xərçəngə qarşı qoruyur;

5.       Güclü antioksidantdır;

6.       Mövsümi xəstəliklərin qarşısını alır;

7.       İmmuniteti möhkəmləndirir;

8.       Qulaq ağrılarına müsbət təsir edir;

9.       Mədə turşusunun balanslaşmasına xidmət edir;

10.   Sümükləri möhkəmləndirir;

11.   Qanda şəkərin səviyyəsini nizamlayır;

12.   İnsulin həssaslığı riskini aşağı salır;

13.   Saçları canlandırır və saç tökülməsinin qarşısını alır;

14.   Dəri problemləri zamanı müalicəvi effektə malikdir;

15.   Ginekoloji xəstəliklər və aybaşı pozğunluğu zamanı müsbət təsir edir, yumurtalıqların vaxtlı-vaxtında yetişməsini təmin edir, hormonları balanslaşdırır;
Türkiyəli professor İbrahim Saraçoğlu da soğan suyunun faydalarını təkrar-təkrar vurğulamaqdadır. O, deyir: “Soğan suyu immuniteti gücləndirir. Nizamlı şəkildə soğan suyu içən insanların oranizmində yağlanma azalır, beləcə, arıqlamaq onlar üçün asanlaşır. Psixoloji cəhətdən müsbət təsir edən soğan suyu bəlğəmgətirici qabiliyyətə malikdir. Bu da, dolayısı ilə, ağciyərlərin təmizlənməsinə yol açır. Ginekoloji problemlərlə üz-üzə qalan qadınlar soğan suyundan mütəmadi olaraq istifadə etməklə həyat keyfiyyətlərini yaxşılaşdıra bilərlər. Hamilə qalmaqda çətinlik çəkən qadınlar və prostat problemləri yaşayan kişilər üçün də soğan suyu əlçatan və effektiv vasitədir.”

Mövzunun qısa xülasəsini vermək istəyirəm:

-soğan suyu təbii antibiotikdir: orqanizmdəki infeksiyalarla mübarizə aparır və əksər hallarda qalib gəlir;

-aybaşı pozğunluqları zamanı köməyə çatan ən təbii vasitədir;

-hamilə qalmağa kömək edən soğan suyunu hamilələr qəti şəkildə içməməlidirlər. Çünki soğan suyu dölün uşaqlıq divarına yapışmasına mane olur. Bu da əksər hallarda düşüklə nəticələnir;

-soğan suyunu daxilə qəbul etməklə bərabər xaricə də tətbiq etmək olar. Dəridəki  sızanaqları və irinli qabarcıqları soğan suyuyla tez-tez silməklə onlardan yaxa qurtara bilərsiniz;

Soğan suyunun zərərləri.

Möhtəşəm faydaları olan soğan suyunun zərərləri individual xarakterlidir. Belə ki, nizamsız və qeyri-şüuri şəkildə qəbul edilən soğan suyu müxtəlif narahatlıqlara səbəb ola bilir. Məsələn:

-Həddən artıq qəbul edildiyində mədəyə zərər vurur, qaz və şişkinlik yaradır;

-Allergik həssas orqanizmlərdə narahatlıq yaradır: dəridə qaşınma, burun axma və s;

-Mütəmadi olaraq, hər hansı dərman qəbul edən insanlar paralel şəkildə soğan suyu içməzdən əvvəl həkimlə məsləhətləşsə, yaxşı olar. Çünki soğan suyu bəzi dərmanların təsir gücünü artırır, bəzilərində isə əksinə, təsir gücünü azaldır;

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO
Şagird müəllimənin başına zibil torbası keçirdi

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Efirdə kövrək anlar: Himni eşidən azyaşlı ağladı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Maşınlardan oğurladığı bank kartları ilə alış-veriş edən şəxs saxlanıldı - VİDEO