Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
87081
az

Nəcisin rəngi bu xəstəlikdən xəbər verirmiş - VİDEO

20:0015 Aprel, 2023
750
OXU24 TV
  • A

Nəcisin rənginə baxaraq orqanizmdəki xəstəlikləri ayırd etmək olar.  Bəli, bu gün sizə nəcislə sağlamlıq arasındakı əlaqədən danışacağam. Evdə həkimə getmədən hansı xəstəliyinizin olduğunu özünüz təyin edə biləcəksiniz. 

Nəcis orqanizmin sağlamlığının güzgüsüdür.  Bədəndəki istənilən dəyişiklik orda əks olunur.  Xüsusilə, bağırsağında hər hansı iltihabi xəstəlik olan insanlar nəcisin rəngini müşahidə edərək, xəstəliyin irəliləməsi, yaxud sağalması barədə məlumat ala bilərlər. 
Yəqin ki, öz nəcislərinin formasına, rənginə baxmaq insanların ağlına da gəlmir.  Hərdən nəcisdəki dəyişiklik orqanizmdəki proseslərin həyəcan siqnalları kimi dəyərləndirilə bilər. Hərdən isə bu dəyişikliyin səbəbi qidalanma olur. 
Alimlər sübut edib ki, həzm prosesi mikroflora ilə birbaşa əlaqəlidir.  Bu proses insanın fziki və psixi sağlamlığına təsirsiz qalmır. Məsələn; mikrofloradakı kəskin dəyişikliklər əhval-ruhiyyəmizin pisləşməsinə, stressə düşməyimizə səbəb olur.  Nəcisin 70%-i sudan, 30%-i liflərdən, duzlardan, bakteriyalardan, həzm olunmamış yağlardan ibarətdir. 
Budur, nəcisin rənginə görə bədənimizdəki problemlər. 
Qəhvəyi. Bəli, bu rəng adi nəcisin rəngidir; nəcisin tərkibində sterkobilin olmasının sübutudur. Bu piqment eritrositlərin ölümündən xəbər verir. Nəcis bu rəngi qaraciyərdə hazırlanan öd suyundan da alır. Öd suyu həzm prosesinin önəmli ünsürlərindəndir. Öd suyunun rəngi daha açıq olur. Amma həzm prrosesində fermentlərlə qarışır.  Əgər nəcisiniz qəhvəyi rəngdədirsə, forması düzgündürsə, heç bir narahatlığa əsas yoxdur. 
Yaşıl.  Yaşıl rəngli nəcis də ilk mərhələdə qorxulu deyil.  Səbəb yeyilən göyərtilər ola bilər. Göyərtilər, hətta brokoli də xlorofil`lə zəngindir.  Bu piqment göyərtilərə və tərəvəzlərə yaşıl rəng verir.  Əgər yaşıl nəcis həm də durudursa, qida zəhərlənməsi ehtimalı üzərində düşünməyə dəyər.  Bunlara salmonella kimi bağırsaq infeksiyalarını misal çəkmək olar.  Bundan əlavə, yaşıl nəcis ağızdan keçən infeksiyaların, qlüten həssaslığının və bəzi narahatlıqların da nəticəsi kimi meydana çıxa bilir. 
Ağ. Ağ nəcis o deməkdir ki, sterkobilin maddəsi çatışmır.  Bu isə öd suyunun yetərsizliyindən xəbər verir. Öd kisəsindəki daş ağ nəcisin ən geniş yayılmış səbəblərindəndir.  Vəziyyət günlərlə davam edərsə, Kron xəstəliyindən şübhələnməyə dəyər. Bu xəstəlik nazik bağırsaqdan başlayaraq, ağız boşluğuna qədər bütün həzm sisteminə yayıla bilir. Adətən, nazik və qalın bağırsaqlarda iltihablanma olur, xoralar meydana çıxır. Ağ nəcislə yanaşı, selik də xaric olunursa, həkimə müraciət etməniz labüddür.  Ağrılar dözülməz həddədirsə, qızdırma varsa, ambulans çağırmaqda gecikməyin. 
Sarı. Öd suyu çatışmazlığının daha bir xəbərdarlığı sayılır. Həmçinin, ondan xəbər verir ki, mədəaltı vəzi yetəri qədər ferment ifraz etmir. Lakin bu, o demək deyil ki, nəcis sarıdırsa, mütləq hansısa problem var. Süd məmulatlarının rasiondan çıxarılması, antibiotiklərdən qaynaqlanan disbakterioz,  hətta stress də sarı nəcisin səbəblərindəndir. 
Qara. Bəzi dərmanların qəbulu zamanı qara nəcislə rastlaşmaq mümkündür.  Qorxmağa dəyməz. Çünki qidalarda və dərmanlarda olan bəzi kimyəvi maddələr  nəcisin rəngini tündləşdirir. Amma qara nəcis qeyri-adi  qoxuya malikdirsə,  çölə çıxarkən ağrı verirsə, bu, mədə-bağırsaq traktatındakı qanaxmadan xəbər verir. Tibbdə bu vəziyyət “melena” adlanır. Həzm sistemi orqanlarının hər hansı birində yara, yaxud venoz qanaxma varsa, tez-tez melena ilə rastlaşırsınızsa, həkiminizin yanına tələsin. 
Parlaq qırmızı.  Qırmızı rəngli qida məhsullarını, qırmızı şirələri qəbul etdikdən sonra meydana çıxması normaldır.  Lakin qanaxma ehtimalını da nəzərdən qaçırmaq olmaz.  Babasil, yoğun bağırsaq zədələnmələri  kimi problemlər qanaxmanın səbəblərindən ola bilər.  Qanaxmanın həcmi böyükdürsə, həkim müdaxiləsi mütləqdir.  Kron xəstəliyi zamanı qanlı ishal da müşahidə edilir. Hərçənd, parlaq qırmızı rəngli nəcis müxtəlif xəstəliklərin “həyəcan siqnalı” sayılır, yenə də, ilkin müşahidəni aparmaq, həkiminizə dəqiq məlumat vermək sizin öhdənizə düşür. 
Boz. Adətən, boz rəngli nəcis müəyyən prosedurların nəticəsi kimi meydana çıxır. Bunlara rentgenoqrafiya müayinəsini,  bəzi pəhrizləri, uzunmüddətli qəbul edilən dərmanları misal çəkmək olar.  Xüsusilə, mədə-bağırsaq traktatındakı hər hansı xəstəliyin müalicəsi üçün nəzərdə tutulmuş dərmanlar  boz nəcisin geniş yayılmış səbəblərindəndir. Podaqra əleyhinə dərmanlar da nəcisin rəngini boza çevirə bilir. Boz nəcis bəzən hepatitin və  qaraciyər sirrozunun xəbərçisi sayılır.  Mədəaltı vəzinin lazımi qədər ifraz edə bilmədiyi fermentlər də nəcisin bozluğuna səbəb ola bilir. 
Narıncı.  Dəridə olduğu kimi, nəcisin rənginin də narıncıya çalması həddən artıq beta-karoten qəbulunun nəticəsi sayıla bilər. Beta-karoten yerkökünün, balqabağın və  əriyin tərkibində daha çoxdur. Bəzi dərmanların qəbulu da nəcisin rənginin bu cür olmasına gətirib çıxara bilir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Tramvay yandı - VİDEO
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü