Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
84575
az

Yaponlar Hər Axşam Bunu Edirlər - Ayaqlarını...

00:0313 Mart, 2023
1073
OXU24 TV
  • A

Müasir dünyamızda insan ömrünü qısaldan amilləri çox saymaq olar. Məsələn; ekoloji kirlilik, qlobal istiləşmə və s. Amma elə anlar var ki, bu amili insan özü yaradır. Düzgün qidalanmamaq və zərərli vərdişlər buna misaldır.  
 Nə olur-olsun, mütəmadi olaraq, orqanizmi zərərli maddələrdən və toksinlərdən təmizləmək lazımdır. Çünki təmiz orqanizmdə orqanlar və toxumalar bütün gücləri ilə işləyə bilirlər. Təmizləmə prosesində metabolizmadakı toksinlər, orqanları gücə salan zərərli maddələr, toxumaları və hüceyrələri zədələmək qabiliyyətinə malik sərbəst radikallar orqanizmdən xaric olunur. Mütəxəssislər əmindir ki, toksinlə yüklənmiş orqanizm insanın özünü pis hiss etməsinə, onun iş qabiliyyətinin aşağı düşməsinə gətirib çıxarır. Təmizləmənin bir məqsədi isə həyatın dadını çıxarmaqdır.
 Zərərli maddələr insan orqanizmində toplanmağa meyillidir və onlar orqanizmi tez qocaldır, ömrü gödəldir.  Haqqında danışdığım zərərli maddələr bunlardır: 
 Duzlar; 
 Ağır metallar; 
 Radionuklidlər, nitratlar; 
 Bəzi dərman preparatlarının komponentləri; 
 Qidalara vurulan kimyəvi əlavələr; 
 Geni dəyişdirilmiş qidalar; 

Orqanizmdə toksinlərin və zərərli maddələrin toplanmasının əlamətləri. 
İnsanların əksəriyyəti inanır ki, onun keçirdiyi həyat tərzi orqanizmdə  toksinlərin və zərərli maddələrin toplanmasına şərait yaratmır. Amma onlar unudur ki, dövrümüzdə orqanizmin zəhərlənməsindən qaçmaq mümkün deyil. Çünki toksinlər hər yerdədir: havada, suda və yediyimiz qidalarda. Və bunlar sağlam həyat tərzi keçirməyə mane olur. Orqanizmin toksinlərlə yüklənməsini anlamaq o qədər də asan deyil. Amma bəzi əlamətlər var ki, onlar orqanizmdəki zəhərlənmədən xəbər verir. 
 Səbəbsiz zəiflik: hansı ki, yaxşıca dincəldikdən sonra belə, aradan qalxmır; 
 Yorğunluq hissi: istirahətdən və yuxudan sonra da keçmir; 
 Əzələ və oynaqlarda ağrılar; 
 Ağızdan gələn pis qoxular; 
 Dilin rənginin dəyişməsi; 
 Tez-tez tutan baş ağrıları; 
 Dərinin rənginin dəyişməsi; 
 Orqanların deformasiyası və ağrıları; 
 Sinir sisteminin sürətlə irəliləyən xəstəlikləri; 
 Toxumaların və daxili orqanların fəaliyyətindəki yetərsizlik; 
 Artıq çəki; 

Orqanizmi toksinlərdən və zərərli maddələrdən təmizləmə metodları. 
Orqanizmi təmizləməklə, onun bütün istiqamətdəki balanslaşmasını yaxşılaşdırmaq, əhval-ruhiyyəni yüksəltmək mümkündür. Bir şeyi unutmaq olmaz ki, sağlamlığı qorumaq üçün düzgün metod seçilməlidir. 
1. Qədim yapon metodu. Yaponların ənənəvi tibbində zəncəfil çox populyardır. İltihab əleyhinə, sağaldıcı, qoruyucu xüsusiyyətlərə malik zəncəfil  tənəffüs yolu xəstəliklərinin, mədə-bağırsaq traktatı xəstəliklərinin müalicəsində, açıq yaraların sağalmasında geniş istifadə edilir. Sadəcə,  qəbul edilən ölçüyə nəzarət etmək mütləqdir. Yüksək miqdarda qəbul edilən zəncəfil tozu mədə yanmasına və köpə səbəb olur. Bəli, zəncəfil orqanizmin toksinlərdən və zərərli maddələrdən təmizlənməsi məqsədilə də istifadə edilir. Onun üstünlüyü ondadır ki, qarşısına qoyulan bu vəzifəni problemsiz yerinə yetirir. Terapevtik məqsədlə zəncəfil vannasından istifadə etmək qədim ənənədir. Vannaya hidrogen-peroksid də əlavə etmək olar ki, vannanın təsir dairəsini genişlətsin. Yəni, vanna orqanizmin hər bir guşəsinə sirayət edə bilsin. 35-360C temperatura malik su ilə vannanı doldurun. 1 xörək qaşığı zəncəfil tozunu 1 stəkan hidrogen-peroksidə qatın. Yaxşıca qarışdırın. Qarışımı vannadakı suya əlavə edin və ayaqlarınızı 30 dəq vanna edin. Hardasa, 7-8 gün proseduru gündə 1 dəfə təkrarlayın ki, istədiyiniz nəticəyə çata biləsiniz. İlk gündən gücünüzün artdığını, dərinizin təravətləndiyini hiss edəcəksiniz. 
2. Xüsusi pəhriz. Orqanizmin təmizlənməsi ərəfəsində yağlı, duzlu, qızardılmış yeməklərdən imtina etmək, rahat həzm olunan  qidalara üstünlük vermək lazımdır. Yaxşı olar ki, bu müddətdə sıyıqlar, soyutma bişmiş toyuğun döş əti, təzə meyvə-tərəvəz, liflə zəngin qidalar yeyilsin. Rasiona paxlalıların və ləpələrin daxil edilməsi də məsləhətdir. Düzgün qidalanmaq mədə-bağırsaq traktatını gücə salmır, orqanizmi lazımi qədər karbohidratlar, yağlar və zülallarla təmin edir. 
3. Xalq təbabəti. Xalq təbabətində istifadə edilən bir çox bitki çayları da orqanizmdə detoks effekti yaradır. 
a. Qara qarağat yarpağı çayı. Yarım xörək qaşığı üyüdülmüş qara qarağat yarpağını yarım litr qaynar suya əlavə edin. Dəmlənməyini gözləyin. Vasitəni gündə 3 dəfə, hər dəfə yarım stəkan olmaqla qəbul edin. 
b. İtburnu çayı. Bir ovuc itburnunu yarım litr qaynar suya əlavə edin, vam odun üstündə qaynara düşənədək saxlayın. Oddan götürün və 1 sutka ağzı  bağlı şəkildə saxlayın. Hazır olduqda gün ərzində 2 dəfə, hər dəfə yarım stəkan olmaqla yeməkdən sonra için. 
c. Mərcangilə yarpağı çayı. Yarpaqları qaraçay kimi dəmləyin və için. 
Xalq təbabətində kəpək, kətan toxumu, yulaf və düyü də  orqanizmin təmizlənməsi məqsədilə istifadə edilir. Bunlar hamısı bağırsağın düzgün işləməsinin təminatıdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Tramvay yandı - VİDEO
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Ürəyi 20 il cavanlaşdıran qidaların SİYAHISI AÇIQLANDI
Vəkil oğrunu doğru çıxarmağa çalışdı, özünü istintaqa cəlb etdilər – MƏHKƏMƏ İŞİ