Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
82460
az

Saakaşvilinin xəstəxanadan dəhşətli VİDEOSU YAYILDI

22:4211 Fevral, 2023
751
OXU24 TV
  • A

CNN telekanalı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin yeni kadrlarını nümayiş etdirib.

Oxu24.com xəbər  verir  ki, video siyasətçinin müalicə aldığı Tbilisidəki Vivamed klinikasında onun otağında quraşdırılmış müşahidə kameraları tərəfindən lentə alınıb.

 

Teleaparıcı tamaşaçılara xəbərdarlıq edib ki, çəkilişlər onlar üçün çətin ola bilər. Efirdə məhkəmə iclaslarının birindən videogörüntü də nümayiş etdirilib, o zaman Saakaşvili klinikadan videobağlantı vasitəsilə qoşularaq köynəyini qaldıraraq vəziyyətini tamaşaçılara nümayiş etdirib. 

Saakaşvilinin amerikalı vəkili Massimo D'Angelo da CNN-in studiyasında olub. Vəkil Gürcüstanın eks-prezidentinin səhhətinin kritik durumundan danışaraq, “sürətlə pisləşməkdə davam etdiyini” vurğulayıb.

D'Anjelo xatırladıb ki, siyasətçidən saç, dırnaq və bədən toxumalarından nümunələr götürülüb, bunu araşdırdıqdan sonra ABŞ-dakı laboratoriyalardan biri Saakaşvilinin bədənində ağır metalların, xüsusən də civə və arsenin miqdarının artması qənaətinə gəlib.

Vəkil həmçinin xatırladıb ki, bir çox Qərb liderləri Gürcüstan hakimiyyətinə eks-prezidentin azad edilməsi və xaricə müalicəyə göndərilməsi çağırışı ilə müraciət ediblər. Bundan əlavə, 27 Avropa ölkəsi Saakaşvili ilə həmrəy olduqlarını ifadə edərək, onun azad edilməsini istəyiblər.

Vəkilin sözlərinə görə, ABŞ-ın Saakaşvilini xilas etmək üçün göstərdiyi səylər yetərli deyil.

Fevralın 6-da Tbilisi şəhər məhkəməsinin hakimi Giorgi Arevadze Mixail Saakaşvilinin vəkillərinin səhhətinə görə cəzanın təxirə salınması və ya cəzadan azad edilməsi barədə vəsatətini təmin etməyib.

Bir gün əvvəl Saakaşvili Gürcüstanın Xalq Müdafiəsi İdarəsinin ona müstəqil tibbi şura göndərilməsi xahişi ilə müraciət edib.

O bildirib ki, son günlər özünü daha pis hiss etməyə başlayıb. Eyni zamanda, Gürcüstan Ədliyyə Nazirliyinin nümayəndələri deyirlər ki, Saakaşvilinin kritik vəziyyəti ilə bağlı söhbətlər piar kampaniyasının tərkib hissəsidir, onun özü simulyasiya edir, Amerika şirkəti isə azadlığa buraxılması məsələsində lobbiçilik edir.

 

Tərcümə: Nigar

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Tramvay yandı - VİDEO
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb

Ən zərərli tərəvəzin adı açıqlandı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
“Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”