Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
80984
az

1 Həftəyə Tam Sağaldır! - Öskürək, Boğaz Ağrısı, Soyuqdəymə...

00:1420 Yanvar, 2023
567
OXU24 TV
  • A

Yay aylarında təzə-təzə yeyilən bu möcüzə meyvənin qurusu soyuq qış aylarında dadımıza çatır. Düzdür, meyvələri mövsümündə yeməyi daim məsləhət görsək də, bunu əncir aid etmək olmaz. Çünki bu meyvənin qurusu təzə meyvədən heç də geri qalmır. Bu gün sizə soyuq qış aylarında imdadımıza çatan quru əncir və ondan hazırlanan çox faydalı xalq təbabəti reseptlərini təqdim edəcəyik. Diqqətiniz bizdə olsun. 

Əncirin təzəsi kimi qurusu da mineral tərkibini və faydalı xüsusiyyətlərini saxlayır. Quru əncirin tərkibində Omeqa-3 və Omeqa-6 yağ turşuları vardır ki, insan orqanizminin özündə istehsal olunmur. Bu turşular sayəsində bizim ürək, qan-damar sistemlərimiz mükəmməl işləyir, beynimiz bu turşular sayəsində çalışır. Bu meyvənin qurusu özəlliklə soyuq havalarda qarşılaşdığımız problemlərin aradan qaldırılmasında effektivdir. 

Quru əncir tərkibindəki vitaminlər sayəsində sinəni yumşaldaraq soyuqdəymə zamanı yaranan problemləri aradan qaldırır. Bronxit və öskürək kimi sağlamlıq problemlərində, bəlğəmli öskürək zamanı çox faydalıdır. İki su stəkanı çiy südün içərisinə 2 ədəd əncir qurusu doğrayın. Qazda 20-30 dəqiqə qaynatdıqdan sonra, isti halda için. Bu qarışımı vəziyyətdən asılı olaraq gün ərzində 2 dəfə qəbul etmək olar.

Əncirli süd qarışımı həmçinin boğaz ağrısının da birəbir dərmanıdır:2-3 ədəd əncir qurusunu 2 çay qaşığı balla birlikdə isti suda qarışdırın. Çay əvəzinə gündə 2 dəfə bu qarışımı hazırlayıb içmək boğaz ağrısının təbii dərmanıdır. 

Əgər siz ağartı məhsullarından istifadə edə bilmirsizsə, süd içə bilmirsinizsə, qurudulmuş əncir yeyin. Onların tərkibindəki vitaminlər orqanizmi, kalsium, fosforla təmin edir. Gün ərzində 3 ədəd quru əncir yemək tövsiyə edilir.
Yağ səviyyəsi aşağı olan əncir ürək-damar sisteminin sağlamlığını qoruyur. Kaliumla zəngin olması səbəbi ilə təzyiqi stabilləşdirir, bu da ürəyin işinin normallaşmasına xidmət edir. 
Orqanizmi təmizləyir. Əncir tərkibindəki antioksidantlar sayəsində  qanın və bağırsaqların təmizlənməsində təsirli rol oynayır. Eyni zamanda, yetkin insanlarda yaranacaq göz və ya tənəffüs sistemi xəstəliklərinə qarşı immunitet yaradır. 
Mədə narahatlıqlarını azaldır.  Əncirdə bol miqdarda lif var. Bu, onun “mədə dostu” olmasının səbəbidir. Aparılan araşdırmalarda mədə xorası, qastro-ezofageal reflyuks xəstəliyi, qastrit kimi mədə problemlərində əncirin müsbət təsir etdiyi aşkar edilib. 
Dəri xəstəliklərinə müalicəvi təsir göstərir. Əncirin tərkibindəki antioksidantlar dərinin sağlamlığında da effektivdir. Sızanaq, səpki kimi problemlərdən, mütəmadi olaraq, əziyyət çəkənlər əncir əzməsini nahiyəyə çəkməli, 20 dəqiqə  nahiyəni aramla ovmalıdır. Bu prosedur dərini təmizləməyə xidmət edir. 
Saçı qidalandırır. Maqnezium və C vitamini ilə zəngin əncir saç tökülməsinin qarşısını alır, həcmini və parlaqlığını artırır. Saç köklərini qidalandırır, baş dərisini təmizləyir. 
Osteoparoz, eqzema, pullu dəmrov, diabet kimi xəstəliklərin müalicəsində effektivdir. Əncir uyğun porsiyalarda yeyildiyində tərkibindəki liflər sayəsində şəkər ehtiyacını azaldır. Bu da diabet xəstələrinə yaxşı təsir edir. 
Təzyiqi aşağı salır. Yüksək təzyiqdən əziyyət çəkənlər rasionlarına əncir daxil etməklə həyat keyfiyyətlərini yaxşılaşdıra bilər. 
Əncir hamiləlikdə də faydalıdır. Hamilə qadınların sağlamlığının qorunması, dölün inkişafı da əncirin hünərləri sırasındadır. Hamiləlikdə orqanizmin və dölün ehtiyac duyduğu sink, kalium, kalsium, dəmirin də müəyyən faizini əncir qarşılaya bilir. Bundan əlavə, əncir qadınların yumurtalıqlarının inkişafını da sürətləndirir. 
Əncir kişi sağlamlığına da xeyirlidir. Spermanın keyfiyyətini yüksəldir, cinsi aktivliyi artırır. 
Quru əncirin faydaları bunlardır:
-Malik olduğu kalium ilə əncir təzyiqi stabilləşdirir.  Təzyiqin qəfil qalxma riski varsa, rasiona quru əncir daxil edilməlidir. 
-Quru əncir ürək-damar  sisteminin sağlamlığını dəstəkləyir. 
-Quru əncir təzə əncirə nisbətən daha çox liflə zəngindir. Bu da mədə-bağırsaq traktatının fəaliyyətini nizamlayır. 
-Quru əncir yeyildiyində toxluq hissi yaradır. Beləcə, arıqlamaq istəyənlər ürəklə quru əncirə müraciət edə bilərlər. 
-Alzeymer riskini aşağı salır, yaddaşı gücləndirir. 
Təzə əncir, yoxsa quru əncir? 
Bu sualın cavabı mövcud şərtlərdən asılıdır. Həmçinin, ağız dadı da burda önəmlidir. Pəhrizlərdə təzə, yaxud quru olmasından asılı olmayaraq, porsiyalarda bərabər saylarda qəbul edilir. Əsl fərq çəkilərindədir; təzə əncir sulu, quru əncirin isə suyu çəkilmiş olur. Bundan əlavə, araşdırmaçıların dediyinə görə, təzə əncir qurusuna nisbətən C, A vitamini, beta-karoten ilə daha çox zəngindir.  Gördüyünüz kimi, faydalılıq dərəcəsinə görə, cüzi fərqə malikdirlər.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tramvay yandı - VİDEO
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb
Əlində ölü delfin küçədə gəzən kişi tutulub  -  VİDEO

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda qadın ailədaxili mübahisələrdən bezib özünü öldürdü