Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
75210
az

90 FAİZ KİŞİDƏ VAR - Sən Demə Bu Ləkə...(VİDEO)

20:3619 Oktyabr, 2022
372
OXU24 TV
  • A

Bu videomuza kişilər baxırsa, sizə sualım var? Elə indi sol əlinizdəki işarət barmağına baxın. Sizdə də üzərində çapıq var? Varsa, bu videonu mütləq izləyin. 

Yüzlərlə kişi əlinə baxaraq barmağında bu izin olmasını görüb həyəcanlanır. Məndə də var” yazıb əlinin şəklini paylaşanlar az deyil. Bir bax kanalı kişilərin çoxunda rast bu gəlinən çapıq izinin səbəbini axtarıb. Diqqət ekrana.

Bir Bax kanalındasınız dəyərli izləyicilər. videonu bəyənin ki, youtube daha çox adamın qarşısına çıxarsın.

Bu suallar bir neçə ildir sosial şəbəkələrdədir. Bu haqda ilk dəfə jurnalist Oleq Kaşin tvitt paylaşıb. O, özündə 2 çapıq taparaq, əlinin şəklini çəkib və "Əksər kişilərdə olması güman edilir. Sizdə də varmı?” deyə yazıb.

Bu tviti bir çox insanlar paylaşıb və qısa müddətdə minlərlə kişi barmağına baxıb, çapıq aşkar edib və əllərinin fotolarını bölüşüb. Və ardınca bu status Azərbaycana da ayaq açıb. 

Həqiqətənmi bütün kişilərin sol əlinin şəhadət barmağında çapıq olmalıdır?

Bu fakt tam təsdiqini tapmayıb. 2014-cü ildə Beynəlxalq tibbi jurnalda aparılan araşdırma belə bir nəticəni ortaya qoyub. Alimlər bilək və barmaqlarında çapıq rast gəlinən insanları tədqiq edib. Nəticədə kişilərin yarıdan çoxunda sol əldə sağa nisbətən 2 dəfə çox çapıq rast gəlindiyi aşkar edilib.

Qadınlarda isə hər iki əldə çapığa rast gəlinib.  Daha çox sol əlin şəhadət barmağının orta hissəsində çapıq olduğu da məlum olub. Araşdırma nəticəsində məlum olub ki,  solaxaylar sağ əl və barmağı daha çox zədələyir, sağ əllilər isə sol əli zədələyir.

Bəs maraqlıdır, Niyə kişilərin əksəriyyətində bu çapıq var? 

Oğlan uşaqları hələ erkən yaşdan, 4-6 yaşından daş-kəsək, müxtəlif kəsici alət, velosiped, raqatka ilə təmasda olur. Kəsici alətlə nəsə düzəldirlər. Adi velosipedin zənciri də kəsicidir. Bütün bu oyunlar, vərdişlər, kəsici alətlər ilə ehtiyatsız davranmalar şəhadət barmaqda mütləq bir kəsik izi qoyur. Bir əşyanı solla tutub, sağ əllə kəsmək, yonmaq, vurmaq kimi hərəkətlər edildiyindən zərbə altında sol əlin şəhadət barmağı qalır.

Uşaq böyüdükcə həmin hadisələri unudur. Amma bir gün "Sol əlinə bax, səndə də çapıq var?” sualı rastına çıxanda, həqiqətən əlində keçmişin izinə rast gəlir. Amma bunu nə vaxt necə etdiyini heç xatırlamır da.

Digər variantlardan biri də əksər uşağın əlini ağzına aparıb gəmirməsi və barmağını dişlərinin arasında sıxması göstərilir.

Lakin sol əldə barmaqda çapıq olmasının kişilik, yəni cinsi həyata təsiri ilə bağlı yazılan fikirlər sadəcə cəfəngiyyatdır. Barmağında çapıq olmayan kişi ilə çapıq olan kişi eynidir. Bu cür məlumatlara qətiyyən inanmayın.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Oğlu Cavanşir Məmmədovun məzarı önündə göz yaşı tökdü - VİDEO
Ərini başqa qadınlarla tutan qadın görün nə etdi - VİDEO

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Əmisini görün nə üstündə öldürdü — Bakıda qandonduran cinayət +VİDEO