Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69514
az

Məsciddən nəzir qutusunu oğurlayan şəxslər tutulub: Görün kimdir +VİDEO

18:2116 May, 2022
3182
OXU24 TV
  • A

Məscidlərin nəzir qutularını qarət edən Lənkəran sakini saxlanılıb. 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, oğru üzünə maska taxaraq kənd məscidinin içərisindəki nəzir qutusunu sındırıb, qutudakı 120 manat pulu götürərək oradan uzaqlaşıb. Hadisə Lənkəranın Tütəpeştə kəndində baş verib. Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə həmin şəxsin kimliyi müəyyən edilib və o, “isti izlərlə” saxlanılıb. Araşdırmalarla onun Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş, hazırda üzərində elektron qolbaq olan Zülfi Nəzərli olduğu müəyyən edilib.

Araşdırmalarla onun digər analoji əməlinin də üstü açılıb. 

Məlum olub ki, həmin şəxs Seydəkəran kənd məscidinin qarşısındakı nəzir qutusunu da sındıraraq içərisindəki pulu oğurlayıb. 

Şöbənin Liman Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı isə Liman şəhər 2 saylı tam orta məktəbin anbarından ümumi dəyəri 400 manat olan 2 ədəd soba və dəmir barmaqlıları, Nərimanabad qəsəbəsindəki yaşayış evlərindən birinin həyətindən 1 ədəd su nasosunu oğurlamaqda şübhəli bilinən Liman şəhər sakini Rəşad Salayev müəyyən edilərək saxlanılıb. Şəxsi axtarış zamanı ondan narkotik vasitə heroin aşkarlanaraq götürülüb. 

Faktlarla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Nişan var,yol yoxdur - Bakıda sürücüləri çaşdıran yol (VİDEO)
Paşinyanın arvadını fitə basdılar - VİDEO

“WhatsApp”da yeni funksiya yaradıldı

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Ağır xəstəlikdən əziyyət çəkən qadın TƏBİB-dən kömək istədi - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı AÇIQLAMA