Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69100
az

ÇAYA Bundan MÜTLƏQ QATIN! - Xəstəlik Nədir Bilməyəcəksiz

12:4404 May, 2022
5210
OXU24 TV
  • A

Noxud boyda, uzunsov, yaşıl rəngdə toxum - HİL. Ondan əksər insan Novruz bayramı ərəfəsində şirniyyatların hazırlanmasında istifadə edir. Bu bitki ildə bir neçə dəfə ancaq şirniyyat hazırlayan zaman yadımıza düşür. Lakin onun güclü bir dərman vasitəsi kimi istifadə olunduğundan çoxumuz xəbərsizik.

Yolxucu xəstəliklərdən tutmuş, qaraciyər çatışmazlığı, bronxit, böyrək ağrıları, qastiritə qədər onlarla xəstəliyi müalicə edən bir bitkidən, Hildən danışacağıq. Diqqətiniz bizdə olsun dəyərli izləyicilər. aşağıda yerləşən bəyən düyməsinə basaraq bizə dəstək olun.

Osmanlı dövründə Yəməndə taun xəstəliyi yayılan zaman Osmanlı sultanı epidemiyanın qarşısını almaq üçün taunlu xəstələri bir kəndə yığmağı əmr edir. Kənddə yaşayan xəstə insanlara isə başqa bir yerdən gətirilmiş 2 nəfər ərəb nəzarətçi təyin edilir. Bir müddət sonra demək olar kənddə adam qalmır, hamısı xəstəlikdən ölür, amma bu iki adam sağ-salamat yaşamağa davam edir. Təbii ki bu hadisə Osmanlı dövlətində maraq doğurur. Onların bu xəstə insanlar arasında necə sağ qaldını araşdırırlar. Məlum olub ki, bu iki ərəb kənddə qaldıqları müddətdə hər gündə bir neçə dəfə 10-15 ədəd hili əzib bir stəkan kofeyə qarışdıraraq içiblər. Bu qarışım taun kimi ağır bir yolxucu xəstəlikdən onları qoruyub. Bu hadisədən sonra Yəməndə bu içki geniş yayılıb və qısa bir vaxtda xəstəlik epidemiyası aradan qalxıb.

Hil toxumunun bir neçə istifadə qaydası vardır, yeməklərə, çaya və qəhvəyə qarışdırılaraq istifadə edilir. Çayı dəmləyəndə 3 stəkanlıq çaynikə 15 ədəd hil atıb dəmləmək lazımdır. Hil mədə turşuluğunu azaldır, əgər mədə turşuluğu çoxalıb qida borusunu yandırıbsa (buna tibbdə ezofaqit deyilir) ən yaxşı üsullarda biri hil çayının içilməsidir. Hil qastritlərdə, mədə qıcqırmasında, mədə yanğısında çox faydalıdır.

Hil çayı köpü aradan götürmək üçündə çox faydalıdır. Əgər köpdən əziyyət çəkirsinizsə 3 stəkan suya 15 ədəd hil 5 ədəd mixək təxminən qoz boyda zəncəfil qarışdırıb termosda dəmləyin, gündə 3 dəfə yeməkdən təxminən 1 saat əvvəl 1 stəkan için. İlıq halda olanda ona bal da əlavə edə bilərsiniz. Bu dəmləmədəki zəncəfil təzə olanda daha ləzzətli çay alınır.

Hil həm də əsəb sakitləşdirici çaydır. Axşamlar 1 stəkan nanə çayına 5-6 ədəd hil qarışdırıb dəmləyib yatmazdan 1 saat əvvəl içmək çox dərin bir yuxunun əmələ gəlməsinə səbəb olur. Əgər əsəb gərginliyiniz varsa bu çayı gündə 3 dəfə içə bilərsiniz, çayın dəmlənilmə qaydası belədir: 3 stəkan su tutan termosa 2 orta xörək qaşığı nanə yarpağı 15 ədəd hil qarışdırıb dəmləyin, gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 stəkan için, bu çay həm də mədə bağırsaq sancılarınıda aradan qaldırır.

Hil çayı yüksək xolesterini aşağı salır, cinsi istəyi artırır, immuniteti qüvvətləndirir. Əgər yaşadığınız yerdə hər hansı bir xəstəlik yayılıbsa məsələn qrip və ya hər hansı infeksion bir xəstəlik bol – bol hil çayı için. Ağızdan iy gəlirsə hil dənələrini ağıza atıb çeynəmək lazımdır, ağızı fərahlandırır, hil toxumlarını ağızda çeynəyəndə suyunu tüpürmək lazım deyil, udmaq lazımdır, çünki ola bilər ki, ağız qoxusu mədə mənşəli olsun onda hil qarışmış ağız suyu həm qoxunu götürür, həm də ağız boşluğu və mədəni müalicə edir.

Hil qarışıqlı qəhvə çox xoş qoxulu və fərqli bir dadı olur. Qəhvəni belə hazırlaya bilərsiniz, deməli əvvəlcə hil qəhvə üyüdəndə üyüdülür sonra üçün birə nisbətində yəni 3 hissə qəhvə 1 hissə hil tozu bir-birinə qarışdırılır, sonra bu qarışımla qəhvə hazırlanılır və içilir.

Hil toxumunun iltihab əleyhinə də güclü təsiri vardır, əgər qaraciyər çatışmazlığı, bronxit, astma, böyrək ağrıları, böyrək iltihabı, oynaqların iltihabi xəstəliyi (poliartrit), yaddaş zəifliyi kimi xəstəliklərdən əziyyət çəkirsinizsə indi təqdim edəcəyimiz reseptdən istifadə edin.

Deməli hil və ud hindi bitkilərini bərabər miqdarda məsələn hərəsindən 100 qram üyüdüb bir-birinə qarışdırın ağzı kip bağlanılan şüşə bir qaba tökün gündə 3 dəfə yeməkdən 1 saat əvvəl bu qarışımdan 1 çay qaşığı ağıza atıb üstdən 1 stəkan su için, az bir vaxtdan sonra nəticəni görəcəksiniz.

Bəd xassəli şişlərdən qorunmaq üçün və əgər bu xəstəliyə tutulmusunuzsa orqanizmin immunitetini qüvvətləndirmək üçün hil və qarazirə toxumlarını üyüdüb (məsələn hərəsindən 100 qram) 1 kq bal ilə qarışdırıb gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı yemək lazımdır.

Dəyərli izləyicilər, bütün hallarda hansısa bir resepti tətbiq etməzdən əvvəl mütləq həkiminizlə məsləhətləşməkdə fayda var.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Zəlzələ belə baş verib - VİDEO

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı