Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
69077
az

Maşın sürücü qarışıq batdı - VİDEO

21:3903 May, 2022
4994
OXU24 TV
  • A

Şəkidə ağır yol nəqliyyat hadisəsi baş verib. 

APA TV-nin məlumatına görə, hadisə gecə saat 01 radələrində  Şəki-Qax avtomobil yolunun Şəkinin İnçə kəndindən keçən hissəsində qeydə alınıb.

Şəki sakini, 37 yaşlı  Ruslan Zeynalovun idarə etdiyi 90-OT-023 dövlət qeydiyyat nişanlı BMW markalı avtomobil idarəetmədən çıxaraq körpüdən çaya düşüb. Avtomobildə sıxılmış vəziyyətdə qalan sürücü Ruslan Zeynalovu və daha bir nəfər, sərnişin 39 yaşlı Ramil Teymurovu xilas etmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Xidmətinin Qəza Xilasedici dəstəsi cəlb olunub. 

Avtomobildə sıxılmış vəziyyətdə qalan hər iki nəfər xilasedicilər tərəfindən  çıxarılaraq aidiyyəti üzrə  Təcili Tibbi Yardım stansiyasının həkim briqadasına təhvil veriliblər. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. 

Xəstəxanadan verilən məlumata görə, yaralıların hər ikisinin vəziyyəti ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Murad Muradov ölməyibmiş - RƏSMİ AÇIQLAMA
Zəlzələ belə baş verib - VİDEO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər