Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
68867
az

Qara ciyərinizi bu yolla tər-təmiz saxlayın - FAYDALI VİDEO

23:2527 Aprel, 2022
1860
  • A

Qaraciyəri təbii yolla təmizləyən 6 qida məhsulu


 Elə gün olmur ki, köhnə yaxud da boyat nəsə yeməyək. Üstəlik, yaşadığımz dövrdə təmiz ekologiyadan da söhbət gedə bilməz. Beləcə, hər gün orqanizmimizə müxtəlif tərkibli maddələr daxil olur. Buna görə də özümüz öz qeydimizə qalmalıyıq. İmmunitetimizi artırmağın təbii üsullarını öyrənməliyik.
 Qaraciyərimiz bədənimizdəki toksinlərin atılmasında əvəzsiz rola malikdi. Yediyimiz-içdiyimiz nə varsa, birbaşa qaraciyərə təsir edir. Bir növ, qaraciyəri bədənimizin gömrük məntəqəsi hesab etmək olar…
 Qaraciyərimizin sağlamlığı üçün gündəlik qida rasiounumuza lazımi ərzaqları əlavə etməliyik. 
1. Sarımsaq. Qaraciyər üçün faydası çoxdu. Sarımsaqda antioksidan təsirə malik olan selenium var. Tərkibindəki B6 vitamini iltihab əleyhinə əla vasitədi. Sarımsaqdakı  arginin  maddəsi amin turşularının bir növüdü və qan-damar sisteminə xeyirlidi. Damarlar nə qədər sağlamdırsa, qaraciyərdən qan axışı o qədər rahat olur. 
2. Üzüm. Tərkibindəki C vitamini bədəndə Glutation adlı antioksidanın yaranmasını təmin edir. Glutation da öz növbəsində protein və müxtəlif kimyəvi maddələrin yaranmasına, hormon yenilənməsinə və hüceyrələrin bərpasına, immun sisteminin möhkəmlənməsinə kömək edir. Beləcə, qaraciyər çox gücə düşmür. 
3. Göyərtilər. Bədənimizə hava  və ya su içmək, yemək yeməklə daxil olan zərərli kimyəvi maddələri, həşərat dərmanlarını neytrallaşdırır. İspanaq, qara zəncirotu,  tərə gündəlik qida rasionumuzda olmalıdı. Bu göyərtilər həzm prosesini sürətləndirir. Bədən öz artıqlarını daha rahat atır. Çuğundur qanın təmizlənməsinə kömək edir.  Beləcə, qaraciyərin işi asanlaşır. Brüssel kələmi və brokoli də toksinlərin xaric olunması üçün əla vasitədi.
4. Avokado. Başqa bir deyimlə super meyvə. Glutation, E və C vitamini ilə zəngindi. Bunlar  qaraciyəri toksinlərdən qoruyan təbii vasitələrdi.  Avokadonun tərkibindəki E və K vitaminləri birləşərək iltihab əleyhinə əsl silah rolunu oynayırlar. Avokado yağı xolestrol səviyyəsini stabilləşdirir. 
5. Qoz. Tərkibi arginin ilə zəngindi. Amin turşularının bu növü qaraciyəri amonyakdan təmizləyir. Qozda qaraciyər hüceyrələrinin yenilənməsinə təsir edən Omega 3 də var. Həmçinin, qoz antioksidan mənbəyidi. Tərkibindəki doymamış yağlar qaraciyərin piylənməsinin qarşısını alır. 
6. Sarıkök. Tərkibindəki kürkümin maddəsi antioksidan və iltihab önləyici xassəyə malikdi. Həzm sistemi problemlərinin tez bir zamanda aradan qalxmasına kömək edir. Qaraciyəri təmizləyir. İmkan vermir ki, alkoqol və ya toksinlər qaraciyər hüceyrələrini zədələsin. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi