Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56629
az

Azərbaycanda şok: Uşağı dənizin kənarında zorlamaq istəyərkən polislər tutdu - VİDEO

21:0917 İyul, 2021
5832
OXU24 TV
  • A

Sumqayıt şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində şəhər ərazisində yeniyetməyə qarşı seksual xarakterli zorakılıq edən şəxs saxlanılıb.

OXU24.COM -UN  məlumatına görə, əməliyyat tədbirləri nəticəsində məlum olub ki, şəhərin “Xəzər bağları” yaşayış massivi ərazisində yaşayan 1979-cu il təvəllüdlü Avtandil Qasımov (ad şərtidir) 14 yaşlı Pərvin Şərifova (ad şərtidir) qarşı seksual xarakterli hərəkətlər edib.

O, həmin ərazidə velosiped sürən, əqli geriliyi olan oğlan uşağının anlaqsız vəziyyətdən istifadə edərək onu dənizkənarına aparıb. Və orada çirkin niyyətini həyata keçirmək istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa cəlb olunub.

A. Qasımov etdiyi hərəkəti etiraf edib və həmin günü ağır dərəcədə spirtli içki qəbul etdiyini bildirib. O, 14 yaşlı P. Şərifovu əvvəldən tanıdığını da deyib.

Aparılan araşdırma zamanı A. Qasımovun zorlama ilə məhkum olunduğu və 11 il həbs həyatı yaşadığı da məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Onun əməllərindən zərərçəkən və hələ də polisə müraciət etməyən başqa şəxslər varsa, bu barədə Sumqayıt şəhər Polis İdarəsinin (+994 18) 654-02-02 telefon nömrəsinə zəng edib məlumat verə bilərlər.

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şagird müəllimənin başına zibil torbası keçirdi
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO

Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Keçmiş məhkum yenə narkotikə görə saxlanıldı