Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
56440
az

Azərbaycanda iyrənc hadisə: Əmioğlular xadimə işləyən qadını zorladı - HADİSƏ YERİNDƏN VİDEO

18:5613 İyul, 2021
2160
OXU24 TV
  • A

Sabirabadda qadın əmioğlular tərəfindən döyülərək zorlanıb.

Oxu24.com -un APA-TV-yə istinadən   məlumatına görə, rayonunun Həşimxanlı kənd sakini 1977-ci il təvəllüdlü qadın polisə müraciət edərək bildirib ki, iyunun 12-də saat 22.00 radələrində kənd sakinləri olan əmoğlular - Faiq Əmrahov və Əvəz Əmrahov onun yaşadığı mənzilə daxil olaraq əvvəlcə onu döyüb, sonra da zorlayıblar. 

44 yaşlı qadın olanları belə xatırlayır: “Həmin gecə saat 22:00 olardı. İki nəfər evimin qapısını sındırıb basqın elədilər. Evə girən kimi Faiq adlı adam məni döydü. Saçımdan tutub məni evdə sürüdü. Nə qədər qışqırdım səsimə hay verən olmadı. Sonra da təcavüz elədilər. Bir də ayıldım ki, heç kim yoxdur çıxıb gediblər. Çox sərxoş idilər. 3 gün sonra polisə müraciət elədim. Gəldilər apardılar şöbəyə. Şöbədə də olanlara nə olmuşdu hamısını dedim. Anası minnətə gəlmişdi, deyirdi pul verək, torpaq, ev verək, şərait yaradaq sənə. Mən də imtina etdim, dedim istəmirəm, qışqırdım evdən qovdum”.
 
Faktla bağlı Sabirabad Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 149.1-ci (zorlama) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.  

Qeyd edək ki, təcavüzə məruz qalan qadının həyat yoldaşı bir neçə il bundan qabaq dünyasını dəyişib. O, 13 yaşlı oğlu ilə birgə yaşayır, kənd mağazalarından birində xadimə işləyir.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
DİQQƏT! Bədəndə qaşınma varsa, bu xəstəliyin xəbərçisidir
Qadınların davası kameraya düşdü

Almaniyada nadir Roma döyüşçü ayaqqabıları tapıldı

18+

Arvadının videosunu ona göstərən kəndlisini öldürdü - TƏFƏRRÜAT
Gəlin maşınında faciə yaşandı: Uşaq öldü +VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Kişmiş suyunun sağlamlığa faydaları
Bakıda qardaş bacısını boğaraq öldürdü