Qəbələ Rayon Polis Şöbəsinə Zarağan kəndində yerləşən evlərin birindən 13 min manat pulun oğurlanması barədə müraciət daxil olub.
Oxu24.com -un verdiyi məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, əvvəllər də məhkum olunmuş Ağcabədi rayon sakini Amil Süleymanov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, oğurluq etdiyi evdə qonaq olan Amil Süleymanov cinayəti törətdikdən sonra Bakı şəhərinə üz tutub və 13 min manatı burada bir neçə günə öz əyləncəsi üçün xərcləyib.
Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə: APA TV
Oxu24.com
ŞƏRHLƏR