Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
48316
az

Azərbaycan düşməni hansı silahla bu hala salıb? - YENİ ŞOK VİDEO YAYILDI

15:0307 Fevral, 2021
5991
OXU24 TV
  • A

44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ordusu düşmənin təchizat kalonlarını, müdafiəsinin dərinliklərindəki hərbi obyektlərini dəqiq artilleriya və raket atəşləri ilə, o cümlədən zərbə pilotsuz təyyarələrlə məhv edirdi. Bu taktika düşmənin xüsusən cəbhənin cənub istiqamətindəki möhkəmləndirilmiş müdafiə xəttinin yarılmasında əhəmiyyətli rol oynadı. Çünki əlavə qüvvələrin yeridilməsi, sursat və ərzaq təchizatı pozulduğundan düşmən yeraltı bunkerlərdən və digər istehkamlardan ibarət müdafiə xəttində çox duruş gətirə bilmədi, Füzuli və Cəbrayıl istiqamətlərində qaçmağa üz tutdu.

Həmin döyüş əməliyyatları zamanı Azərbaycan Müdafiə Nazirliyi düşmənin hərbi kalonlarının necə məhv edildiyinə dair çoxsaylı videogörüntülər (əsasən pilotsuz aparatlardan çəkilmiş görüntülər) yayıb. İndi düşmənin böyük hərbi kalonunun Cəbrayıl ərazisində, Horadiz istiqamətində necə darmadağın edildiyinə dair yeni görüntülər sosial şəbəkələrdə yayılıb. Görüntülərə əsasən düşmənin çoxsaylı avtomobil texnikası və yüngül zirehli texnikası yol kənarlarına aşıb, darmadağın olub.

Bu zərbənin ya artilleriya sistemlərindən, ya Su-25 bombardmançısından endirildiyi təxmin edilir./ Virtualaz.org

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Tramvay yandı - VİDEO
SON DƏQİQƏ! İsrailin mühüm fiqurlarından biri ağır qəzaya düşüb

Rusiyada nadir çiçək tapılıb

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəkidə DƏHŞƏT: 59 yaşlı kişi iki nəfəri...