Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43035
az

Axtarışa verdiyimiz rus jurnalist Laçın şəhərində! - VİDEO

20:0930 Noyabr, 2020
1418
OXU24 TV
  • A

Rayon mərkəzində hələ də mülki adamlar, yaxud məxluqlar(yəqin ki, ermənilər) dolaşır…

44 günlük savaş dövründə Azərbaycan və Türkiyə dövlət və ordularına qarşı ağlasığmaz böhtanlar yağdırmış, erməni ordusu haqda isə olmazın  yalanlar söyləmiş Rusiya jurnalisti Semyon Peqov son saatda Laçın rayon mərkəzindən video-görüntü yayıb.

KONKRET.az xəbər verir ki, erməni mediasında təqdim edilmiş videodan bəlli olur ki,  Laçın şəhərinin keçmişdən -sovet dövründən “poçt” deyilən Şuşa və Qubadlı istiqamətlərindən giriş-çıxış hissəsində  əsasən Rusiya hərbi texnikası və iri sərnişin avtobusları hərəkət edir. Avtobuslar əsasən  Ermənistan istiqamətinə doğru gedirlər…

Şəhərdə hələ də mülki adamlar, (yəqin ki, ermənilər) görünür.  S.Peqov isə guya Laçının “statusu”nun hələ dəqiqləşdirilmədiyini söyləyir.  “Bilinmir ki, yerli sakinlər- ermənilər Laçında qalacaqlar. Yaxud saat 18:00-dək çıxmalıdırlar”- deyə saxtakar jurnalist çərənləyir…
Xatırladaq ki, işğal altındakı torpaqlarımızdakı məlum davranışlarına görə S.Peqov müstəqil(!)  Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən barəsində cinayət işi qaldırılaraq axtarışa verilib. O isə  bu gecə Azərbaycan ordusunun daxil olmalı olduğu Laçında – sərbəst şəkildə Rusiya sülhməramlılarının(?) yanında dolaşır…moderator.az

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Rusiya tərəfi zərbə videosu yaydı
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Küçədə qızı belə öldürdü (18+VİDEO)
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Sumqayıtda meyit tapıldı