Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43026
az

Şuşa qayalığında 100-dən çox ermənini məhv edib Şəhid olan qəhrəmanımız  -  VİDEO

18:4730 Noyabr, 2020
7294
OXU24 TV
  • A

Döyüş yoldaşları deyir ki, Fuad Tağıyev sanki hərb üçün doğulmuşdu.

Oxu24.com-un xəbərinə görə, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan Fuad Tağıyev 2014-cü ildə kiçik gizir rütbəsində xidmətə başlayıb.

Sabirabad rayon Ətcələr kəndində dünyaya göz açan Fuad Tağıyevı qohumları “Tağı” kimi tanıyıb, ağıllarına belə gəlməyib ki, bu cılız oğlan böyüyəndə necə şücaətlər göstərəcək, bütün Azərbaycan onun qəhrəmanlığından danışaq...

Fuad orta məktəbi bitirib hərb sənətinə yiyələnməyi qarşısına məqsəd qoyur, uzun illər Hərbi Dəniz Qüvvələrində Xüsusi təyinatlı kimi xidmət edir.

 

Bu ilin sentyabrın 27-də Vətən müharibəsinə də qoşulur. Şuşa ətrafında xüsusi təyinatlılar hücuma keçən zaman şəxsi heyətin qorunması peşəkar döyüşçü olan Fuada tapşırılır.

Oktyabrın 29-da Şuşa ətrafında gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.

Qeyri-adi döyüş qabiliyyətinə malik Fuad yaralansa da, ayağa qalxaraq sıldırım qayanı qalxmağa davam edib.

Düşmənin atdığı mərmi qəhrəman döyüşçünün qara ciyərini dağıdıb.

Döyüşçü yoldaşlarının bildirdiyinə görə, Fuad onlarla ilə birlikdə ermənilərin 40-dan artıq kiçik təyinatlı avtomobillərini, 100-dən artıq canlı qüvvəsini məhv edib.

Fuad Tağıyev həm də 2016-cı ilin aprel döyüşlərində də iştirak edib, dörd il əvvəl də qəhrəmanlıq nümunəsi göstərib.

O, Sabirabad rayon Həşimxanlı kənd qəbristanlığında dəfn olunub.

Allah rəhmət eləsin! (Teleqraf)

 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Məhbu qaçdı -İnterpol axtarışa verdi +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi