Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
112750
az

İnfarktın başladığını göstərən 7 VACİB ƏLAMƏT - VİDEO

17:1921 İyun, 2024
201
OXU24 TV
  • A

Son illərdə infarktın yaşı gəncləşib. Əvvəllər, infarkt orta yaş xəstəliyi sayılsa da, indi gənclər, hətta yeniyetmələr də infarkt səbəbiylə həyatlarını itirirlər.

 Həmçinin oxu: SON DƏQİQƏ! Müəllimlər qəzaya düşdü: Ölən var

                           Azərbaycanda məşhur cərrah vəfat etdi - FOTO

                Azərbaycan şirkəti işçi axtarır - MAAŞ 3500 MANAT 

 

Bu mövzuda bir qədər araşdırma apardıqdan sonra belə qərara gəldim ki, infarktın 7 əlaməti haqqında video hazırlayım.

 

Bəribaşdan qeyd edim ki, sadaladığım əlamətləri müşahidə edirsinizsə, gecikmədən həkimə getməlisiniz.

 

1. Sinədə ağrılar. Ən çox rastlanan əlamətdir. Sinədə ağırlıq olur, ardınca, elə bil ki, ürəyə dağ basılır. Bu ağrılar səbəbiylə təcili tibbi yardıma müraciət edənlərin 70%-i infarktın astanasında olur. Müraciət etməyən, “keçib gedər” deyərək bu ağrılara dözən 30% isə həyatını riskə atır. Əgər bu ağrılar varsa, amma siz infarkt ola biləcəyinizi düşünmürsünüzsə, eyni zamanda, bunun panik-atak əlaməti olduğundan da əmin deyilsinizsə, həmən həkimə yollanın. Unutmayın, ağrının müddəti hər dəfə bir az daha uzanır. 20 dəqiqəni keçən ağrı isə artıq infarktdır;

 

2. Kürəkdə ağrılar. Ağrı kürəkdə başlayır, sonra sinəyə yayılırsa, bu da infarktın əlaməti sayılır. Bununla yanaşı, bəzən kürək ağrısı təkbaşına da infarktın xəbərçisi ola bilir. Odur ki, kürək ağrılarına etinasız yanaşmayın. Təcili həkimə müraciət edin;

 

3. Qarında ağrılar. Yəqin, indi aranızda belə düşünənlər də tapıldı: “Qarınla ürəyin nə əlaqəsi?” İndi izah edim. Ürəyin alt hissəsində başlayan ağrı diafraqma vasitəsilə mədəyə yayılır. Mədədə başlayan ağrını qarın ağrısı kimi hiss edirik. Anidən başlayan, anbaan kəskinləşən qarın ağrısı müşahidə etdiyiniz anda, xəstəxanaya çatmağa tələsin. “Köpmüşəm” deyə düşünməyin, diaqnoz qoymaq həkimlərin işidir. Onlara etibar edin;

 

4. Sol qolda ağrılar. Əgər sol qoldakı ağrılar hansısa travma və ya uyuşuqluq səbəbiylə başlayırsa, qorxusu yoxdur. Lakin qəfildən başlayan sol qol ağrısına sinədə basılmalar da yoldaşlıq edirsə, infarktdan şübhələnməyə dəyər. Sol əldəki hər hansı barmağın təkbaşına ağrıması, uyuşması isə infarktın əlaməti deyil. Yenə deyirəm: sol qol ağrısını sinədə ağırlıq, basılma hissi müşayiət edirsə, demək, infarkt uzaqda deyil. Sağ əlinizdən istifadə edin, təcili tibbi yardıma zəng vurun;

 

5. Soyuq tər. İnfarktın geniş yayılmış əlamətlərindəndir. Xüsusilə, orta yaşı geridə qoyan insanlarda bu hal müşahidə edilirsə, ailə üzvləri onu həkimə getməkçün təşviq etməlidirlər;

 

6. Ürək döyüntüsünün artması. Bu zaman adama elə gəlir ki, indicə ürəyi köksünü yarıb çıxacaq. Əgər bu cür çarpma, bayaqdan bəri, sadaladığım əlamətlərin hər hansısa biri ilə paralel baş verirsə, gecikmədən həkimə müraciət etmək lazımdır;

 

7. Nəfəs almaqda çətinlik. Bu da “yaşlı əlaməti” sayılırdı yaxın zamanadək. İndi isə mütəxəssislər gəncləri də bu mövzuda diqqətli olmağa səsləyirlər. Düzdür, ağciyərlərdə ödəm olduqda, oturduğu yerdən qalxmaq üçün var gücüylə qəfil hərəkət etdikdə, panik-atak keçirdikdə də nəfəs almaqda çətinliklər yaranır. Amma həm nəfəs almaqda çətinlik varsa, həm də sinə ağrıları, qarın ağrısı, sol qolda ağırlıq və ağrı bu hala yoldaşlıq edirsə, demək, infarkt riski 80%-i ötüb; Ürəklə zarafat etmək olmaz. Ürək orqanizmin mühərrikidir. Mühərrik işləməsə, orqanizm yaşamaz… Ürəyinizi qoruyun ki, o da sizi yaşatsın!

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Yeni görüntülər yayıldı -VİDEO
Şahidlər danışır - VİDEO
Həmin görüntülər yayıldı: Pilotlar nə deyirmiş?

Başı kəsilən canlı 2 həftə yaşadı - MARAQLI FAKT

18+

Parkda təcavüz olunan qadın öldü
Yeni görüntülər yayıldı -VİDEO
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Bu tiktokerlər də  həbs   edildi