Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
110966
az

Azərbaycanlı iş adamının oğlu məmuru döydü - Video

19:3505 İyun, 2024
282
OXU24 TV
  • A

Rusiyada Faiq Quliyev adlı biznesmenin oğlu Meqion şəhərinin bələdiyyə nəzarəti şöbəsinin rəhbəri Semyon Qoliki döyməkdə təqsirləndirilir.

Bu barədə məlumatı “Ura.ru” portalı yayıb. Hadisə məhkəmə zalında qeydə alınıb. 

Məlumata görə, insident 2023-cü ilin fevralında Faiq Quliyevin övladları və Semyon Qolik arasında baş verən dava ilə bağlı keçirilən məhkəmə prosesi zamanı olub. Bildirilir ki, iclas zalından çıxan tərəflər söhbəti zaldan kənarda davam etdirib. Bu zaman yenidən tərəflər arasında dava düşüb və Quliyevin kiçik oğlu Qolikə zərbə endirib. 

Portal davanın görüntülərini də paylaşıb. 

Rusiyalı məmur insidentlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Hadisə ilə bağlı cinayət işi başladılıb.

Faiq Quliyevin azərbaycanlı olduğu bildirilir. 

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı
Milli Qəhrəman Əlif Hacıyevin qızları Xocalıda gözyaşlarını saxlaya bilmədilər...(VİDEO)
Ağadadaş Ağayevin törətdiyi hadisənin görüntüləriyayıldı - ŞOK VİDEO

WhatsApp-da yeni funksiya işə salındı

18+

Pəncərədən atılan qadın ərinə xəyanət edibmiş - ŞOK VİDEOSU YAYILDI
Kim birinci hücum edibmiş? - Ağadadaşın yeni videosu yayıldı
Burun əməliyyatı keçirən qadının gözü çəpləşdi - FOTO
Yaddaş üçün ən faydalı qidaların adları açıqlanıb
Qadını yaşadığı evdə qətlə yetirmək istəyən həmkəndlisi həbs edilib