Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
101687
az

Təyyarə qəzasının ANBAAN VİDEOSU YAYILDI

18:5525 Yanvar, 2024
809
OXU24 TV
  • A

İnternetdə Belqorod vilayətində qəzaya uğrayan İl-76 hərbi-nəqliyyat təyyarəsinin uçuşunun son saniyələrini əks etdirən yeni görüntülər yayılıb.

 

Oxu24.com xəbər  verir  ki,görüntüləri REN TV yayımlayıb.

 

Kadrlarda təyyarənin enərək ağacların və evlərin arxasında gözdən itdiyi görünür.

 

Yanvarın 24-də Moskva vaxtı ilə saat 11:00 radələrində İl-76 hərbi təyyarəsi Belqorod vilayətinin Koroçanski rayonunda qəzaya uğrayıb.

 

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə əsir götürülmüş 65 Ukrayna hərbçisi, altı ekipaj üzvü və üç müşayiətçi olub. Əsirlər dəyişdirilmək üçün aparılıb.

Rusiya Müdafiə Nazirliyi təyyarənin Ukrayna Silahlı Qüvvələrinin Xarkov vilayətindən atdığı zenit-raket kompleksləri ilə vurulduğunu iddia edir. Yanvarın 25-də məlum olub ki, Rusiyanın İl-76 hərbi təyyarəsinin Belqorod vilayətində qəzaya uğradığı yerdə guya zenit idarəolunan raketin fraqmentləri aşkar edilib. Bu barədə əməliyyat xidmətinə məlumat verilib. 

Əvvəllər SBU İl-76 təyyarəsinin qəzaya uğramasından sonra cinayət işi açmışdı.

 

 

Müəllif: Miri

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Tramvay yandı - VİDEO

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
İlanların çoxaldığı aydır - Diqqətli olun! +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Hansı yaşdan sonra prostat xərçəngindən yoxlanmaq lazımdır? - Kişilər mütləq oxusun
Qubada avtomobili narkotikin və spirtli içkinin təsiri altında idarə edənlər saxlanıldı - VİDEO