Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34639
az

"Bir sahibkar dedi ki, mənə mühafizəçi tap, lazım oldu-olmadı fiziki güc tətbiq etsin"

14:3905 İyul, 2020
1275
MÜSAHİBƏ
  • A

Son zamanlar özəl mühafizə fəaliyyəti ilə məşğul olan şirkətlər baradə narazılıqlar, insanları aldatmaq, onları pul müqabilində işə götürmək adı ilə pullarını mənimsəmək, kobudluq və insanlara qarşı fiziki şiddət halları baş verir. Bəs əslində bu mühafizəçilərin əsl işi nədən ibarətdir? Mühafizəçi işləmək istəyən şəxs necə və hara müraciət etməlidir, tələblər nədir, hansı kriteriyalara əsasən mühafizəçilər işə qəbul olunurlar? Mühafizəçinin fiziki şiddət işlətməyə ixtiyarı varmı?

Oxu24.com bildirir ki, metbuat.az bu kimi suallara cavab tapmaq üçün təhlükəsizlik üzrə tanınmış ekspert Elmar Nurəliyev ilə həmsöhbət olub. Həmin müsahibəni təqdim edirik:

Özəl mühafizə fəaliyyəti nədən ibarətdir?

Özəl mühafizə işinin fəaliyyəti fiziki və ya hüquqi şəxslərin, sahibkarların mülkiyyətini, daşınan və yaxud daşınmaz əmlakını hüquqa zidd qəsdlərdən qorumasını təmin etməkdir. Bunun üçün onlar özəl mühafizə fəaliyyəti ilə məşğul olan şirkətlərə müraciət edərək müqavilə bağlayır və bundan sonra həmin obyektdə mühafizənin təşkil edilməsini mühafizə şirkəti həyata keçirir. Təbii ki, müqavilədə tərəflərin məsuliyyəti və öhdəlikləri hamısı öz əksini tapır. Mühafizəyə götürülən obyektin fiziki olaraq qorunması, daşınan və daşınmaz əmlakının qorunması, obyekt daxili rejimin tətbiq olunması və buraxılış rejiminin qurulmasını həyata keçirərək obyektin mühafizəsini təşkil edir.

Mühafizə şirkətlərinin işi hansı qanunla tənzimlənir?

Qeyri-dövlət özəl mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikasının Qanunu var və buradamühafizəçilərin vəzifəsi, onlara olan qadağalar müəyyən edilib. Bu, iş zamanı yaranan problemlərin qanun çərçivəsində həllini təmin edir. Bu qanun Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyev tərəfindən 10 aprel 2007-ci ildə qəbul edilib.

Kimlər mühafizəçi işləyə bilər və kimlərə ümumiyyətlə mühafizəçi işləmək olmaz?

Həqiqi hərbi xidmətini qüsursuz başa vurmuş (qadınlara aid deyil), fiziki olaraq sağlam olan, alkoqolizm və narkomaniya xəstəsi olmayan və məhkumluğu olmayan hər bir Azərbaycan Respublikası vətəndaşı özəl mühafizə fəaliyyəti göstərən şirkətlərdə mühafizəçi işləyə bilər. Kimlər mühafizəçi işləyə bilməz sualına gəlincə, qəsdən adam öldürmədə ittiham olunan və qəsdən adam öldürdüyünə görə məhkum olunmuş şəxslər ,psixoloji və fiziki olaraq sağlam olmayan, alkoqolizm və narkomaniyadan əziyyət çəkən şəxslər mühafizəçi işləyə bilməzlər.

Mühafizəçinin işi, yəni vəzifəsi nədən ibarətdir?

Mühafizəçi təyin olunduğu obyektdə təlimata uyğun mühafizəni təşkil etməli, ayıq-sayıq olmalı, baş verə biləcək cinayət tərkibli və ya bədbəxt hadisələrin riskləri nəzərə alınmaqla işini təşkil etməli, obyektin normal iş ahənginin pozulmasına yönələcək hərəkətlər etməməklə işini görməlidir. Təbii ki, burada qeyd etməliyəm ki, mühafizəçi etik davranış kodeksindən kənara çıxmamalı, nəzakətli olmalı, səbrli və təmkinli olmaqla yaranan problemin həllinin tapılması üçün ən əlverişli yoldan istifadə etməlidir.

Mühafizəçiyə, ümümiyyətlə, nə qadağandır?

Mühafizəçiyə xidmət vaxtı bir sıra qadağalar vardır ki, onlar buna əməl etməlidirlər. Birinci növbədə postu özbaşına tərk etmək, icazəsiz içəri kənar şəxləri buraxmaq, postda yatmaq, işi başqa adama həvalə edib postu tərk etmək, geyim formasını və texniki vasitələri (ratsiya və s.) obyektin hüdudlarından kənarda istifadə etmək, obyektin kommersiya sirrlərini kənara çıxarmaq, ehtiyac olmadığı halda fiziki güc tətbiq etmək mühafizəçiyə qadağandır.

Fiziki gücə hansı hallarda ehtiyac olduğunu hesab etmək olar?

Mühafizəçi xidmətdə olarkən mühafizə etdiyi obyekt üçün, orada çalışan yaxud kənar insanlar üçün hüquqa zidd qəsd olarsa, hər hansı basqın, yaxud qarət məqsədi ilə insanların real həyatı üçün təhlükə olduğuna əmin olduqda və bunun qarşısını digər bütün təsir imkanlarından istifadə etməklə almaq mümkün olmadıqda fiziki güc tətbiq etməklə almaq olar. Əks halda heç vaxt fiziki güc tətbiq etmək olmaz. Nəzərə almaq lazımdır ki, özəl mühafizə fəaliyyəti humanizm, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət prinsipləri əsasında həyata keçirilməlidir.

Bu sahədə hansı boşluqlar mövcuddur?

Zaman-zaman mühafizə sahəsində olan problemlərə, nöqsanlara, insanları aldatmalara, işdə baş verən kobud pozuntulara görə özəl mühafizə fəaliyyəti göstərən şirkətlərə baxış çox dəyişmişdir. Sahibkarların inamı azalmışdır. Onlar özəl mühafizə ilə müqavilə bağlayıb öz obyektlərini onlara etibar etməyə qərar verməkdə çətinlik çəkirlər. Bu da güvənin azalması deməkdir. Təbii ki, burada obyektiv səbəblərdə var ki, onlar da başa düşüləndir. Bir mühafizə şirkəti öz işçisinin maaşını verə bilmirsə, onu aldadırsa, belə şirkətlə hansı sahibkar müqavilə bağlamaqda maraqlı olar? Digər bir səbəb isə mühafizəçilərin lazımi bilik və bacarıqlara sahib olmamasıdır. Texniki təhlükəsizlik, əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, ilk tibbi yardımvə s. haqqında məlumatları olmalıdır. Qeyd etməliyəm ki, mühafizəçilərin bilik və bacarıqları yüksək səviyyədə olmalıdır, onların yaranmış çətin vəziyyətdə ən qısa zamanda düzgün qərar vermək qabiliyyətində olması gərəkdir. Gələk əsas məsələyə ki, bu da maliyyə məsələsidir. Yəni mühafizəçinin təlimlərə cəlb olunmaması, onların əmək haqlarının digər işçilərdən dəfələrlə aşağı olması işin keyfiyyətinə təsir edən amillərdir. Hesab edirəm ki, mühafizəçinin əmək haqqısının ixtisaslı işçilərin əmək haqları ilə eyni olmalıdır.

Bu sahədə başınıza gələn maraqlı bir hadisə olub?

Bir dəfə otel sahibi olan bir sahibkar məndən mühafizəçi istədi. Dedi ancaq burda neqativ hadisə olarsa, müştəri yaxud kənar şəxs (bu otelin qabağında maşını park etmiş kənar sürücü də ola bilər) ilə bağlı mühahisə olarsa, mühafizəçi müdaxilə etsin, ehtiyac oldu-olmadı fiziki güc tətbiq etsin. Həmin sahibkara dedim ki, bura Meksika, Braziliya deyil, Azərbaycandır. Burda belə şeylər etmək olmaz. Nə sizin, nə də kimsənin qayda-qanunu dövlətin qanunundan üstün ola bilməz. Təəssüf edirəm ki, bu təfəkkürdə olan insanlar da var.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Sürix Universitetinə qəbul olan azərbaycanlı danışdı -MÜSAHİBƏ
“Birbank Star-la müştərilərimizə sadəcə kart deyil, həyatlarını asanlaşdıracaq təcrübə təqdim edirik”
Fərid Hüseynov: “Kapital Bank olaraq 150 illik təcrübə ilə gələcəyin innovasiyalarına yol açırıq” -Müsahibə

6,2 milyon dollara satılan bananın sirri nədir? — FOTO

18+

Tələbələri porno videolara çəkən şəxs tutulub
Eltisi tərəfindən piyləri çıxarılan qadın öldü - BAKIDA ŞOK
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Nazir psixiatriya xəstəxanasının direktorunu işdən çıxardı- Yeni təyinat (FOTO)
“400 minlik yeyintidən xəbərim olmayıb”- Azad Rəhimovun oğlu