İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun müsahibəsi
16 Aprel 2025, 17:24
Qaynar xətt:
(+99450) 247 90 86MÜSAHİBƏ
1407
19.12.2019, 15:13
Məqalə Avropa İttifaqının maliyyələşdirdiyi, BMT-nin İnkişaf Proqramının qismən maliyyələşdirdiyi və icra etdiyi “Genderə həssas Dayanıqlı İnkişaf Məqsədlərinin Həyata Keçirilməsində Vətəndaş Cəmiyyətinin Rolunun Artırılması” proqramı üzrə “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyi tərəfindən həyata keçirilən “Dayanıqlı İnkişaf Məqsədlərinin Tətbiqi Vasitəsilə Gender Əsaslı Bələdiyyələrin Təşviqi" layihəsi çərçivəsində hazırlanıb.
Artıq bələdiyyə seçkilərinə sayılı günlər qalıb. Bütün hazırlıqlar tamamlanıb. Dairə seçki komissiyaları və seçki məntəqələri seçkilər üçün hazır vəziyyətə gətirilib. O cümlədən Binəqədi qəsəbəsində. Qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva təəssüratlarını OXU24.COM saytı ilə bölüşüb.
Bələdiyyə seçkilərində qadınların siyasi fəallığı nə dərəcədədir? Bələdiyyə idarəçiliyində bərabər hüquqlar və bərabər imkanlar varmı? Bələdiyyə idarəçiliyində qadın təmsilçiliyinin reallıqları və perspektivləri nələrdir? Bu kimi suallarla Aytac xanıma müraciət etdik.
O, açıqlamasında həm mövcud imkanlardan , həm də çatışmazlıqlardan danışdı:
“1999-cu ildən Azərbaycanda bələdiyyə institutu formalaşmağa başlayıb. Bu illər ərzində qanunvericilikdə kifayət qədər dəyişikliklər edilib. Bələdiyyə sahəsini əhatə edən yeni qanunvericilik bazası yaradılıb, institut formalaşdırılıb. Ötən dövrə baxsaq, ilk seçkidə qadınların fəallığından söhbət gedə bilməzdi. Zaman keçdikcə yeni meyarlar ortaya çıxdıqca, qadınların ictimai-siyasi həyatda rolu artıqca, bu proses də yeni mərhələyə keçdi. Sonuncu bələdiyyə seçkilərinə nəzər salsaq, seçkidən sonra qadın bələdiyyə üzvlərinin 35 faizə çatmışdı. İlk seçkilərlə müqayisədə bu yüksək göstəricidir.
Ali təhsill insanların bələdiyyələrdə təmsil olunması keçmiş dövrlərdə yaranmış mənfi stereotipləri aradan qaldırdı. Lakin ümumilikdə baxsaq, cəmiyyətin bütün təbəqələri bələdiyyənin funksiyalarından, onun statusundan məlumatlı deyil. Bu baxımdan xanımların da bələdiyyə işində tam aktiv iştirakı müşahidə olunmur. Lakin aparılan islahatlar onu göstərir ki, müsbət yöndə dəyişiklik gedir. Xanımlar özlərinə inandığı təqdirdə, seçkilərdə iştirak edərsə, onların yüksək fəallığını müşahidə edəcəyik“.
Aytac Əliyevanın sözlərinə görə, qadınlarda bu seçkidə iştirak üçün geniş imkanlar yaradılıb. Bircə qalır, onların özünə inanması:
“Bu gün ölkədə xanımlara dövlət və yerli idarəçilikdə böyük şərait yaradılıb. Sadəcə xanımlar özünə inanmalı və bacarıqlarını ortaya qoymalıdır. Ümid edirəm ki, bu ilki bələdiyyə seçkilərində xanımların sayının və fəallığının artacağını müşahidə edəcəyik.
Cəmiyyətdə seçki mesajında da qadınlara və gənclərə üstünlük veriləcəyi müşahidə olunur. İnanıram ki, qarşıya qoyulmuş hədəf əldə olunacaq”.
Həmçinin oxuyun
Binəqədi qəsəbəsi gender balansı baxımından bir çox bələdiyyələrə örnək ola bilər. Belə ki, burada həm sədr qadındır, həm də 15 üzvün 6 nəfəri qadındır.
“Bələdiyyə kollegial qurumdur və yerli özünü idarə etmə orqanıdır. Burada qərarlar ümumi birgə rəy nəticəsində verilir. Bir bələdiyyədə qadınlarla kişilərin sayı eynidirsə, təbii ki, bu idarəçilikdə də özünü göstərəcək. Balans pozulduqda isə müəyyən çətinliklər özünü göstərir. Mən Binəqədi qəsəbə bələdiyyəsinin sədriyəm. Bizim 15 nəfər bələdiyyə üzvümüz var ki, onlardan 6 nəfəri xanımdır. Bu xanımlar istər sosial, istər iqtisadi layihələrdə kifayət qədər fəallıqları ilə seçilirlər. Bundan əlavə qeyd edim ki, bələdiyyə üzvlərindən əlavə bələdiyyə qulluqçuları da var ki, onlar bələdiyyə yükünü öz çiyinlərində aparır. Bu gün bizim bələdiyyədə balans qorunur. Bələdiyyə idarəçiliyində bərabər hüquqlar təmin edilib”, - deyə A.Əliyeva qeyd edir.
Aytac xanımın sözlərinə görə, hər bir işin asan və çətin tərəfləri var. Bələdiyyə xalqa xidmət edən bir qurumdur. Burada uğur qazanmaq istəyirsənsə, özünü xalqdan kənarda yox, onların içindən biri kimi görməlisən. Necə ki, əvvəllər Binəqədi sakinləri bələdiyyə işçiləri ilə rəsmi münasibət saxlayırdısa, bu gün artıq onların arasında dostluq münasibətləri var:
“Burada özünə inam və verdiyin qərarların reallıqla uzlaşması önəmlidir. Bu gün ola bilər ki, biz hansısa bir qərarı verərkən, islahatı həyata keçirərkən həmin qərar reallıqla uzlaşmazsa, nəticədə fiaskodan başqa bir şey olmayacaq. Lakin biz mövcud vəziyyəti dəyərləndirib doğru qərar versək, uğur əldə etmiş olacağıq. 2015-ci ildə mən ilk dəfə bələdiyyə üzvü və daha sonra bələdiyyə sədri seçiləndən sonra Binəqədi qəsəbəsində müəyyən ənənələr var idi. Mənə deyirdilər ki, burada işləmək sizə çətin olacaq. Amma mən özümə bu prinsipi seçdim ki, burada bələdiyyə sədri kimi mənə etimad göstərən insanların övladı olacam. Əgər mən bələdiyyə seçkilərindən sonra birinci ilimdə Aytac xanım olaraq çağırılırdımsa, sonrakı illərdə vətəndaşlar mənə Aytac qızım, balam, əzizim deyə müraciət etməyə başladılar. Bu mənə sevinc gətirirdi. İnsanların qəlbini fəth etmiş kimi hiss edirdim. Bu hal bu gün də davam edir. İnsanlar artıq bələdiyyəyə daha çox inanmağa başlayıblar. Bu gün qəbula gələnlər qadınlar deyir ki, sədr xanım olduğu üçün ona ürəyimizi aça bilərik, o məsələyə daha həssas yanaşa biləcək”.
Təbii ki, bələdiyyənin əsas funksiyası xalqa xidmət etməkdir. Binəqədi qəsəbəsində bu prinsip özünü doğruldub və vətəndaşlar öz xeyir-şər işlərində belə bələdiyyə işçiləri ilə birlikdə olurlar.
“Bələdiyyələr yerlərdə xalqla təmasda olan ilk qurumdur. Xalqının xidmətçisi elə birinci biz olmalıyıq. İnsanların yanında, onların evinin içində olmalıyıq. Xeyir və şər işlərində yaxından iştirak etməliyik.
Bizim bələdiyyədə elə mühit formalaşıb ki, ərk edən vətəndaşımız bizi öz xeyir işinə dəvət edir. Bir sözlə geniş bir ailə kimiyik. Yaxud da ərazidə olanda hardasa bir mağar görürüksə, yas evi görürüksə, gedib orada da iştirak edirik. Yəni insanların xoş və acı günlərində yanlarında oluruq. Bu idarəçilik bizə uğur gətirib. Həm bələdiyyənin nüfuzunun artırılmasında, həm bələdiyyələr haqqında olan mənfi stereotiplərin aradan qaldırılmasında bu yanaşma mühüm rol oynayır. Bu gün biz xidmət ediriksə, öz mövcud şəraitimizi təhlil edib ona uyğun xidmət göstərməliyik. Qadınlar da bu idarəçilikdə həssas olduqlarına, problemi daha içdən hiss edəbildiklərinə görə, düşünürəm ki, bu istiqamətdə əldə olunan uğurlar buna bağlıdır”, - deyə sədr qeyd edib.
Qeyd edək ki, qarşıdakı seçkilərdə xanımlar özlərinə inanarsa, idarəçilikdə iştirak edərsə, uğurlu nəticələr əldə ediləcək. Proses balanslı həyata keçirilsə, gender bərabərliyi nəzərə alınsa, hədəf götürülən uğurlara daha tez çatmaq mümkün olacaq.
01:45 / 17 Aprel 2025
Qaradağda güclü külək yük maşınını aşırdı- VİDEO
26
23:51 / 16 Aprel 2025
Azərbaycan və İran arasında konsulluq məsləhətləşmələri keçirilib
20
22:33 / 16 Aprel 2025
Cinsi xəstəlik peyda olub: Yeyir bitirir
55
22:13 / 16 Aprel 2025
ABŞ bəzi Çin məhsullarına 245 % rüsum tətbiq edə bilər
30
21:42 / 16 Aprel 2025
Xalidə Musayeva vəfat etdi - FOTO
59
21:34 / 16 Aprel 2025
Azərbaycanda çaydan tapılan kisə hər kəsi şok etdi — VİDEO
1566
21:16 / 16 Aprel 2025
Seldə ölən sahə rəisinin FOTOSU
424
21:05 / 16 Aprel 2025
Bakıda ataya hücum edib, uşaqlarını qaçırdılar
71
20:30 / 16 Aprel 2025
Sel evi bir andaca yox etdi — VİDEO
684
20:23 / 16 Aprel 2025
BDYPİ hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına xəbərdərlıq edib
55
20:21 / 16 Aprel 2025
Şimali Koreya Ukraynadakı müharibədən 20 milyard dollardan çox gəlir əldə edib
66
20:17 / 16 Aprel 2025
Putin Maska təriflər yağdırıb
47
20:12 / 16 Aprel 2025
Gənc böyrəyini 200 min dollara satdı
68
19:53 / 16 Aprel 2025
Gürcüstan Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatıb
63
19:45 / 16 Aprel 2025
Çinin ABŞ-la danışıqlar üçün şərtləri məlum olub
59
19:18 / 16 Aprel 2025
Putin universitetə getdi
55
19:07 / 16 Aprel 2025
Azərbaycandan Çinə getmək asanlaşır — RƏSMİ
533
19:04 / 16 Aprel 2025
Aİ ölkəsi Fələstini tanıdığını elan edib
68
18:58 / 16 Aprel 2025
Şahzadə Uilyam Harrinin Ukraynaya səfərindən danışır
56
18:53 / 16 Aprel 2025
“Viləş Palace Hotel” Hacı Mazandan alınıb?
63
18:42 / 16 Aprel 2025
Qohumunun evində öldü
72
18:22 / 16 Aprel 2025
Prezident başsağlığı verdi
1241
18:17 / 16 Aprel 2025
Finlandiya Rusiya ilə sərhədi bağlı saxlayır
64
18:10 / 16 Aprel 2025
Ömürlük həbs edildi
95
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.