Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
20926
az

Türkiyəli sənətçi: "Alim Qasımov dedi ki, Azərbaycanda musiqiçilərə pul verilmir" - ÖZƏL

13:4317 Dekabr, 2019
3672
MÜSAHİBƏ
  • A

 

O, son  illərdə  Türkiyənin   məşhur   sənətçilərinin   xəstəlik  və  ölüm  xəbərlərini verən  “Felaket  Tellalı” ləqəbi  ilə   məşhurlaşıb. Amma   biz  onu  daha  çox  Türk sənət  musiqisində   böyük   xidmətləri  olan  bir   şəxs  kimi     tanıyırıq. O, bir  çox   əsərlərin    söz   yazarı, bəstəcisi   Türkiyənin    dövlət   sənətçisi    Onur   Akaydır.

 Yaxın    günlərdə    ölkəmizə  təşrif   buyuran   Onur  Akayla   görüşüb söhbətləşdik.

Oxu24.com   həmin    müsahibəni   təqdim  edir:

 

- Onur bəy, öncə sizi Azərbaycanda gördüyüm üçün çox məmnun oldum.

 

- Mən də çox sevindim, Bilirisiniz ki, Azərbaycanla bağlı bəzi xəbərləri  sizdən alıram. Ölkənizdə sizinlə biraraya gəlmək məni də çox şad etdi.

 

- Bu sizin Bakıya ilk gəlişinizdir?

 

- Bəli, ilk gəlişimdir.

 

- Ölkəmizi bəyəndiniz?

 

- Çox bəyəndim və təkrar gələcəm.

 

- Bakı sizi necə qarşıladı?

 

- Möhtəşəm. Azərbaycanlılar çox qonaqsevərdir. Mütləq təkrar gələcəm.

 

- Azərbaycana gələndə ilk görmək istədiyiniz sənətçi və ya özünüzə yaxın bildiyiniz biri vardı?

 

- İlk görmək istədiyim sənətçi Alim Qasımov idi.

 

- Bəs, görüşə bildiniz?

 

- Alim bəylə  məni bir araya gətirdilər və buna çox şad oldum. Həmçinin özündən də Türkiyə üçün müsahibə aldım.

 

- Görüşünüz barədə danışmağınızı istərdim? Alim Qasımov necə bir insandır?

 

- Çox dəyərli bir sənətkardır…

 

- Alim bəylə müsahibənizdə sizin üçün yeni olan nələrdən danışdı?

 

- Türkiyənin Azərbaycan sənətçiləri ilə kifayət qədər  maraqlanmadıqlarının fərqinə vardım. Dünyada məşhur xalq mahnılarının mahir ifaçısı kimi tanınan və 1999-cu ildə UNESCO-nun Beynəlxalq Musiqi Şurasının birinci mükafatına layiq görülən Alim Qasımova, hələ də Türkiyədə  konsert verməyi üçün təklif belə gəlməyib. Alim Bəy, “Təklif gələrsə konsert verərsiniz?” sualıma isə, “Təbii ki istəyərəm… Türkiyəli  müğənnilər burada kifayət qədər konsert verib. Əziyyət çəkib gəlməsinlər. Onsuzda hamısını tanıyırıq. Amma azərbaycanlı müğənnilər Türkiyədə demək olar ki, konsert  vermir və lazımdır.” dedi.

 

- Bu barədə siz nə düşünürsünüz?

 

- Özünün Türkiyədə də konsertlər verməyinin vacib olduğunu düşünürəm və buna görə də əlimdən gələni edəcəm.  Həmçinin Alim Qasımovla müsahibəmdə çox vacib bir mövzu diqqətimi çəkdi. Alim bəy Azərbaycanda musiqi ilə  məşğul olanlara pul verilmədiyini dedi. Hətta Alim bəy musiqiçi olmaq istəyən gənclərə  “ağıllı olun, gedib gözəl bir işlə məşğul olun” deyirmiş . Musiqi ilə məşğul olan həqiqi sənətkarlara göstərilən diqqətsizlik həqiqətən çox ağırdır.

 

- Uzun illər sənətlə iç-içə olsanız  da, indi Onur Akay deyilincə “Felaket Tellalı” ifadəsi istifadə edilir. Bunun səbəbini azərbaycanlı tamaşçılarınıza, sevənlərinizə açıqlaya bilərsiniz?

 

- Türk sənət musiqisinin ən önəmli sənətçiləri başda olmaqla, çox sayda sənətçilərin ailəsi ilə yaxın olduğum üçün, bir çox xəbərlər mənə əvvəlcədən gəlir. Həmçinin gənc müxbirlər daha əvvəlki sənətçiləri yaxşı tanımadığı üçün və mən də köşə yazarı olduğum üçün onların xəstəlik və ölüm xəbərlərinə  sosial mediada,köşə yazılarımda yer verirəm. Buna görə də mətbuat ləqəbimi “Felaket Tellalı” qoyub. Onu da deyim ki, ləqəbimin sahibi “Hürriyet” qəzetidir.

 

- “Felaket Tellalı”… Bəs, bu ləqəblə yadda qalmaq sizi narahat etmir?

 

- Əvvəllər narahat olurdum amma gənclərin yanıma ‘Felaket Tellalı’ olaraq gəlməsi məni də şad edir. Bu ləqəb çox diqqət çəkib. Xüsusilə gənclərə çox əyləncəli gəlir. Bu arada onu da deyim ki, klasik Türk musiqisini gənclərə aşılayıram. Ona görə də artıq narahat olmuram.

 

- Söylədiyiniz kimi daha çox bəd xəbərləri ilk sizdən eşidirlər. Bu xəbərləri kimdən və haradan alırsınız?

 

- Sənətçilərimizin ailələrindən, menecerlərdən və sənət camiasından alıyorum. Həmçinin “Hürriyet” qəzeti yazarı Cengiz Semercioğlu mənə “xəbər xəbəri doğur” demişdi. Çox düzgün deyib və indi mənə hər yerdən xəbər gəlir.

 

- Belə olduğu zaman  müxbirlərdən öncə  cəmiyyətə xəbərləri ilk siz vermiş olursunuz . Bəs buna görə sizə qısanclıq olub?

 

- Xeyr, heç vaxt olmayıb. Zəng edib ətraflı məlumat alırlar və mən də hamısına əlimdən gəldiyi qədər köməklik etməyə çalışıram..

 

- Azərbaycanda Onur Akay deyilincə ağla gələn başqa bir ad Türkiyənin məşhur müğənnilərindən olan Müşerref Akaydır. Azərbaycanda  çox insan sizin Müşerref xanımın oğlu olduğunuzu hesab edir. Bu doğrudur?  Söz-söhbət haradan qaynaqlanır?

 

- Xeyr doğru deyil. Türkiyədə də Müşerref xanımın oğlu olduğumu zənn edən bir kütlə var.  İllərdir televiziyalarda həm mən,  həm də Müşerref  xanım bunun yalnış olduğunu söyədiyimiz halda, zamanla oğlu olduğum yenə də deyilir. Hesab edirəm ki, buna səbəb soyadı bənzərliyidir. Soyadlarımız Akaydır.

 

- Keçək sənət mövzusuna. Sizi müğənni, bəstəkar, şair, yazar, aparıcı və aktyor olaraq tanıyırlar. Bunlardan Onur Akaya yaxın olan sənətin hansı sahəsədir?

 

- Müğənnilik.

 

- İlk ixtisas təhsilinizi harada ve kimlərdən almısınız?

 

- İstanbul Universiteti Dövlət Konservatoriyası Türk Musiqisi Nazariyatı və Haliç Universiteti Türk Musiqisi Səs Şöbəsində təhsil almışam. Professor Alaeddin Yavaşça, Süheyla Altmışdört və Nevin İnam Karındaş kimi zamanının ən məşhur müəllimləri mənə dərs deyib.

-Professional səhnəyə neçənci ildə gəlmisiniz ?

- 1993-cü ildə.

 

- Azərbaycanda belə bir deyim var: “Sənət qurban tələb edir”. Türkiyədə müğənni olmağın bədəli var?

- Təbii ki, var və dünyanın hər yerində belədir. Türkiyədə də böyük qurbanlar verən məşhur müğənnilər olub.

- Bəs siz nəyi qurban vermsiniz?

- Şöhrətin bədəli  var. “Bədəl ödəmədim” deyən yalan deyir. Mənim ödədiyim bədəl daha çox sevgi mövzusunda oldu. Münasibətlərimdə böyük problemlər yaşamışam. Sevgidə eqolu davrandığımı anladım və bunu qaydaya salmağı öyrəndim.

- Sizcə əsl sənətkar  necə olmalıdır?

-Sənətkar daima yeniliklərə açıq olan və məktəb kimi özündən sonra gələn davamçılarına  yol göstərən, işıq tutan  insandır.

-Türk musiqisinə bir çox töhfəniz olub. Bildiyim qədəri ilə Türk sənət musiqisinə yeni muğam  növləri  qazandırmısınız... Bu  barədə  bir az geniş danışa bilərsiniz?

- Türk musiqisində bir çox nəzəriyyəçinin də qəbul etdiyi “Müstearlı Nikriz”, “Müstearlı Hicaz”, “Zirgüleli Pençgâh” adlarını verdiyim 3 birləşmiş muğam aşkarlamışam.

-Uşaqlıqdan şeir yazmağa başlamısınız və bir çox bəstəkarlar şeirlərinizə mahnılar bəstələmiş…

-Semahat Özdenses, Erol Sayan, Suat Sayın, Necdet Tokatlıoğlu, Teoman Önaldı, Amir Ateş, Rüştü Eriç, Necdet Varol, Sadun Aksüt, Erdinç Çelikkol, Zeynettin Maraş, Gündoğdu Duran, Turhan Taşan, Osman Babuşçu və İlgün Soysev kimi unudulmayacaq bestəkarlar tərəfindən şeirlərim bəstələnib. TRT-nin repertuarına salınıb və TRT solistləri tərfindən oxunub. Ən sonuncu şeirim “Görmədən Sevmək” isə TRT İstanbul Radiosunun solisti və bəstəkar Cengizhan Sönmez tərəfindən bəstələndi və mahnımız İstanbul Texniki Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının müəllimi, Səs təhsili şöbəsinin müdir müavini  və müğənni Gülşah Sönmez tərəfindən alboma salınıb.

- Bakıda olduğunuz müddətdə Azərbaycan mətbuatı ilə Türkiyə mətbuatının fərqini gördünüz?

- Məncə bir fərq yoxdur. Amma Türkiyə və Azərbaycan mediasının bir-birlərini daha yaxından tanımasının vacib olduğunu düşünürəm. Həmçinin Türkiyənin Azərbaycan xəbərlərinə, Azərbaycanın da Türkiyə xəbərlərinə daha çox yer verməsini ürəkdən istəyirəm.

- Və son sualım.Hazırki yerinizdən razısınız?

- Çok məmnunam… Türkiyədə dəyər verən çox böyük bir kütlə var və eyni zamanda gənçlərin də böyük marağı ilə qarşılaşıram. Eyni zamanda Azərbaycanda da mahnılarımı əzbər bilən insanlarla qarşılaşdım və çox təəccübləndim.

-Suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.

- Mən təşəkkür edirəm və sizin vasitənizlə bütün Azərbaycana ürəkdən sevgilərimi göndərirəm.

 

Oğuz Altay

Oxu24.com

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Muxtar Mustafayev: “Azərbaycan vəkilliyində keçmiş hakimlər, prokurorlar, alimlər təmsil olunur”
Araz Ağalarov kamera qarşısına çıxdı - Hər şeyi açıqladı +VİDEO
Azərbaycanlı polkovnik Ukraynada həlak oldu

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Bakıda 45 yaşlı kişi ÖLDÜRÜLDÜ - Saxlanılan var