İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun müsahibəsi
16 Aprel 2025, 17:24
Qaynar xətt:
(+99450) 247 90 86MÜSAHİBƏ
2083
29.11.2019, 10:23
Türkiyədə elektronika mühəndisliyi ixtisası üzrə oxuyan azərbaycanlı tələbə İlkin Əliyev maraqlı layihələrlə diqqət çəkir.
20 yaşlı gənc artıq neçə ildir ki, robot və süni intellekt texnologiyaları üzərində işləyir.
Hazırladığı qurğular Türkiyədə böyük maraqla qarşılanan İ.Əliyevi bu fəaliyyətinə görə, Türkiyənin Gənclər və İdman Nazirliyi diplom və sertifikatlarla da təltif edib.
İlkin Əliyev hazırda bir neçə layihə üzərində işləyir. Hazırladığı cihazları daha da təkmilləşdirmək niyyətində olan gənc mühəndis redaksiyamızın qonağı oldu.
TED.az İlkin Əliyevlə müsahibəni təqdim edir:
Həyata keçirdiyiniz layihələr praktiki olaraq nə dərəcədə yararlıdır?
Düşünürəm ki, kifayət qədər yararlı ola bilər. Məsələn, robot-qol həm enerjiyə qənat edəcək, həm də azı on insanın işini görə biləcək gücdədir. Yəni az enerjilə, az vaxtda çox iş görmək olacaq. Müxtəlif sahələrdə ixtisaslaşan zavodlarda tətbiq edilə bilər. Üstəlik, biz bu cihazları xarici ölklərdən idxal edirik. Əgər mən bu işi bacarıramsa, niyə xaricdən alınsın? Müxtəlif müəssisələr, qurumlarla paralel şəkildə çalışaraq bu vasitələri daha da inkişaf etdirə bilərik.
Bu robot-qol ancaq istehsalatda işə yarayır, ya necə?
Səhiyyə sahəsində də tətbiq edilə bilər. Əlini, qolunu itirən adamların işini asanlaşdıracaq aparatın sinir uclarına bağlanmaqla hərəkətə gətirilməsi mümkündür.
Layihələrin proqram təminatını özünüz yazırsınız?
Proqram təminatını hələ öyrənirəm. İngilis dilini mükəmməl bilmədiyimə görə, müəllimim kömək edir. Eyni zamanda, dil biliklərimi də inkişaf etdirirəm. Bəzi kodlaşdırmaları isə internetdən tapıb istifadə edirəm.
Yaratdığınız robotlarla bağlı sifariş olubmu?
Hələ ki, olmayıb. Üstəlik, mən sifariş götürməkdən çox tətbiq etməyə, hazırladığım layihələrin inkişafına çalışıram. Hazırda əsas məqsədim daha çox şey öyrənmək, bacarıqlarımı, biliklərimi artırmaqdır.
Artıq 8-9 robot hazırlamışam. Müxtəlif təyinatlı cihazlardır. Hətta hərbi təyinatlı robot da var. Misal üçün aparatlardan biri əngəllərdən qaçan kiçik robotdur. Hərbi kəşfiyyat üçün nəzərdə tutulub. Canlı qüvvə olmadan ərazini öyrənməyə kömək edir. “Bluetooth” vasitəsilə idarə edilir. Smartfona qoşulur. Kamera vasitəsilə müşahidə aparır. Hələ ki, bu robot cəmi 25 metr məsafədən idarə oluna bilir. Amma gələcəkdə peyklə əlaqələndirib bir neçə kilometrə çatdırmaq üçün üzərində çalışıram.
Süni göz layihələndirmişəm. Kamera vasitəsilə görüntü əldə edir. Hazırda çip üzərinə işləyirəm. Bu mikrocihazın beyinə yerləşdirilməsi nəzərdə tutulub. Birbaşa beyin, sinirlər vasitəsilə idarə olunacaq.
Necə oldu ki, robototexnika sahəsinə yönəldiniz?
Məktəb vaxtından nələrisə söküb-yığmağa marağım vardı. Amma lazımi alətlər olmadığından, o qədər də çox iş görə bilmirdim. Amma Türkiyəyə gedəndən sərbəst şəkildə məşğul olmağa başladım.
Süni göz layihəmi Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasına da göndərmişəm (TÜBİTAK), hazırda cavab gözləyirəm. Universitetdaxili yarışlarda üçüncü yeri tutmuşam. Müxtəlif qurumlardan 26 sertifikatım var.
Həmçinin oxuyun
Bəs bu layihələrinizlə bağlı Azərbaycandan hansısa dəstək varmı? Bunun üçün qurumlara müraciət etmisinizmi?
Türkiyədə təhsil aldığımdan Azərbaycanda geniş çevrəm yoxdur. Ona görə də bu məsələ ilə daha çox Türkiyədə məşğul oluram. Amma Azərbaycanın Qarsdakı baş konsulluğunun İğdır vilayətindəki məsul əməkdaşı Behbud Qadalı ilə görüşmüşəm. O, əlindən gələn köməyi əsirgəmir. Mənə ərizə ilə dövlət qurumlarına müraciət etməyimi məsləhət gördü. Hətta ərizəni də bir yerdə yazıb Xarici İşlər, eləcə də Təhsil Nazirliyinə göndərdik. Daha sonra İnnovasiyalar Agentliyinə, Azərbaycan Texniki Universitetinə dəvət edildim. Məni dinlədilər, müəyyən məsləhətlər, elmi ədəbiyyat siyahısı verdilər. Orada izah etdim ki, bu layihələr müxtəlif ölklərdə var, amma mən onları daha da inkişaf etdirmək niyyətindəyəm. Elektronika mühəndisinin işi elə budur.
Türkiyədə təhsil alır, yaşayırsınız. İş yaxud təhsil üçün başqa hansısa xarici ölkəyə getməyi planlayırsınızmı?
Türkiyənin texnologiya nəhəngi “Aselsan” şirkətinə müraciət etmişəm. Orada çalışmaq arzularımdan biridir.
Gələcəkdə imkan olsa, Azərbaycanda bu sahədə öncül fabrik, zavod qurulsa, işimə, mənə dəyər verilsə, ölkəmizdə də məmnuniyyətlə işləyərəm. Vətənimizə xeyir verməkdən məmnunluq duyaram, əlbəttə. Bundan başqa, Almaniyanın “Mersedes” fabrikində mühəndis işləmək arzum var.
Türkiyədə dərs deyirsiniz. Necə oldu ki, bu qədər diqqət gördünüz?
Türkiyədə Könüllü Gənclər Vəqfi var. Onun layihələri çərçivəsində bir aylıq kurs kimi ibtidai sinifdə oxuyan uşaqlara robototexnikadan dərs verirəm. Eyni zamanda, Gənclər Mərkəzində də uşaqlara dərs keçirəm. Sağ olsunlar, mənə çox dəstək olurlar.
Hazırda başqa nə planınız var?
Bu yaxınlarda Fransada robot-ambulans istifadəyə verildi. Mən də bu layihənin üzərində işləməyə başlamışam. Dron-ambulans layihələndirməyi qarşıya məqsəd qoymuşam. Tıxaclara görə təcili yardım gecikir deyə, kamerayla, ilkin tibbi yardım vasitələri ilə təchiz olunmuş uçan aprat hazırlamaq istəyirəm. Hələlik arealı 1-2 km olacaq. Amma gələcəkdə daha da inkişaf etdirmək niyyətindəyəm.
Bundan başqa, robot-tank layihələndirmək istəyirəm. İçərisində tankçı da sığışacaq. Kamerayla, silahlarla təchiz ediləcək. Amma bununla bağlı maddi dəstək lazımdır.
Dronları aşkar edə bilən səyyar radar hazırlamışam. 360 dərəcə fırlanaraq ətrafı yoxlayır müəyyən həddi keçən cihaz olduqda monitorda göstərir. Üstəlik, kiçik olduğundan rahatlıqla daşına bilər. Günəş paneli layihələndirmişəm. Günəşdən enerji yığıb sonra ötürə bilir. Tarazlıq saxlaya bilən robot düzəltmişəm. Araşdırmışam, bu tip robotlar Çində də var. Məsələn, restoranlarda yeməklərin daşınmasında, xörəkpaylayan kimi istifadə edilə bilər.
Türkiyəyə qayıdandan sonra Səhiyyə Nazirliyində görüşdə olacam. Dəstək olması üçün bələdiyyə başqanına da müraciət etmişəm.
Bir məsələni də deyim, sərhəddə hazırladığım robotlarla bağlı həmişə problem olur. Gömrükdə çək-çevirə salırlar. Növbəti dəfə gələndə dediyim robot-tankı da düzəldib gətirmək istəyirəm. Bunu necə sərhəddən keçirəcəyim də hələ qaranlıqdır. Çünki əməlli-başlı hərbi texnika sayılır. Bununla bağlı Müdafiə Nazirliyinə müraciət etməyi planlayıram.
Bir neçə hərbi layihəniz var. Bununla bağlı Azərbaycan və ya Türkiyə Müdafiə Sənayesi Nazirliyinə müraciət etmisinizmi?
Hələ ki, müraciət etməmişəm. Amma bayaq dediyim robot-tank layihəsini gerçəkləşdirəndən sonra belə bir fikrim var. Yəni onların qarşısına ciddi bir işlə, layihə ilə çıxmaq fikrindəyəm.
Süni intellekt, robototexnika üzrə ölkəmizdə vəziyyəti necə qymətləndirərdiniz?
Bizdə savadlı müəllimlər, mühəndislər var. Hətta xaricdə bu qədər savadlı kadr yoxdur. Bizim əsas çatışmayan cəhətimiz tətbiqdə çətinlik çəkməyimizdir. Nəzəriyyədə çox yaxşıyıq, amma praktikada işimiz axsayır. Xaricdə isə əksinədir, prakitik inkişaf ediblər.
Yaşıdlarınıza, bu sahəylə maraqlananlara nə sözünüz var?
Dərslərini axsatmasınlar. Ən azı orta səviyyədə ingiliscə öyrənsinlər, internetdə faydalı araşdırmalar aparsınlar. Bir də cəhd etməkdən çəkinməsinlər.
22:10 / 17 Aprel 2025
“Beş-altı ay idi evlənmişdilər” - Yasamaldakı faciənin detalları+Video
171
22:08 / 17 Aprel 2025
Polkovnikin cəzası açıqlandı - Xidmət rəisi də zalda həbs olundu
34
21:21 / 17 Aprel 2025
İİV-in müalicəsində hansı dərmanlardan istifadə olunur? — Həkimlə MÜSAHİBƏ
1419
21:08 / 17 Aprel 2025
3 neftçimiz həlak oldu — SON DƏQİQƏ
1350
20:24 / 17 Aprel 2025
Xoşqədəmdən efirdə ürəkdağlayan sözlər: "Anamdan doymamışam" — VİDEO
700
20:04 / 17 Aprel 2025
Netanyahu İranın nüvə proqramını yavaşlatmağa kömək edir
52
19:25 / 17 Aprel 2025
Güzəştli şərtlərlə pensiyaya belə çıxmaq olacaq — Ekspert açıqladı
277
19:23 / 17 Aprel 2025
Volqoqrad hava limanı açıldı
50
19:16 / 17 Aprel 2025
Yaponiya ilə Rusiya arasında gərginlik
54
18:42 / 17 Aprel 2025
Vətəndaş nələri sığorta etdirə bilər? — Ekspert mühüm məqamları açıqladı
422
18:20 / 17 Aprel 2025
Modi Kremlin dəvətinə cavab verməyib
64
18:13 / 17 Aprel 2025
NATO Antalyada toplanacaq
69
17:48 / 17 Aprel 2025
Taliban artıq Rusiyada qadağan deyil
72
17:40 / 17 Aprel 2025
Cərimələrdən yığılan pulun 50 faizi bu şəxslərə veriləcək — Prezident fərman imzaladı
1238
17:34 / 17 Aprel 2025
Ukrayna ordusu Donbasda irəliləyir
86
17:32 / 17 Aprel 2025
Seldə ölənlərdən biri sabiq deputatın bacısı oğludur
115
17:10 / 17 Aprel 2025
Prezident təyinatlar etdi
1011
16:55 / 17 Aprel 2025
İlham Əliyev Fərman imzaladı
585
16:38 / 17 Aprel 2025
Rusiyada həbsdən müharibəyə göndərilən azərbaycanlı həlak oldu - Foto
607
16:19 / 17 Aprel 2025
Azərbaycanda bu şəxslər plastik əməliyyat edə bilər — RƏSMİ SİYAHI
278
16:12 / 17 Aprel 2025
Çinin Amerika neftinə ehtiyacı yoxdur
87
16:11 / 17 Aprel 2025
Sabahın havası necə olacaq?
99
16:03 / 17 Aprel 2025
Hesablama Palatası: “İçərişəhər”də büdcə vəsaitləri qanunsuz xərclənib
98
15:55 / 17 Aprel 2025
Amerika Yaxın Şərqdə təsirini itirə bilər
98
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.