Aparıcılar haranı bitirib? — Jurnalist olanı da var,olmuyanı da...
03 Aprel 2025, 19:20
Qaynar xətt:
(+99450) 247 90 86"Lələtəpə" uğrunda yaralanan qazi ilə MÜSAHİBƏ
AKTUAL
6919
05.04.2025, 11:20
Vətən müharibəsinin qələbə müjdəçisi - "Aprel döyüşləri".
2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən dəfələrlə artilleriya atəşinə məruz qalanda, ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tariximizə həkk olundu.
Dörd günlük müharibədə qəhrəmanlarımız təcavüzkar Ermənistan ordusuna ağır zərbələr endirərək, 2 min hektardan artıq ərazini işğaldan azad etdilər. Məhz bu döyüşlərdən sonra düşmən işğalından azad olunan Cocuq Mərcanlı kəndinə məcburi köçkünlərin qayıdışının ilkin mərhələsinin əsası qoyuldu.
Ordumuz şimal-şərq və cənub-şərq istiqamətindən müdafiə xəttini yarmağı bacardı. Ən uğurlu əməliyyat isə Lələtəpə yüksəkliyinin azad olunması idi ki, bu da hərbçilərimizin qanı bahasına başa gəldi. Şəhidlərimizlə yanaşı bu döyüşlərdə qəhrəmanlıq göstərib qazi adını qazanan oğullarımız da az deyil.Əbəs yerə deyil ki, qaziləri məhz yaşayan,canlı şəhid adlandırırlar.
Həmin igidlərdən biri də qazi Paşazadə Vüsal Ədalət oğludur.
Oxu24.com -un əməkdaşı "Aprel Döyüşləri"nin 9-cu ildönümü ilə bağlı qazi ilə həmsöhbət olub.
Vüsal Paşazadə Beyləqan rayonunda anadan olub. N saylı hərbi hissədə müddətdən artıq xidmətdə olan zaman xüsusi təyinatlı dəstənin üzvü kimi, bir sıra əməliyyatlarda iştirak edib. Hərbi əməliyyatlar zamanı 2 dəfə yaralanıb.
Xidməti dövründə müxtəlif medal və fəxri fərmanlarla mükafatlandırılıb.
"Lələtəpə" uğrunda gedən döyüşlərdə isə başından kontuziya alıb.
O, "Aprel" döyüşlərini belə xatırlayır:
Biz işğal altında olan torpaqlarımızın azad edilməsi üçün mümkün qədər tez hərbi əməliyyat əmrinin verilməsini uzun illər boyunca gözləmişdik. Bu məqsədlə hər zaman bizim birləşmələrdə çoxsaylı ağır təlimlər keçirilirdi və əsas motivasiya qaynağımız Vətən torpağının azadlığı olduğu üçün, təlimlərdə bütün hərbçilərimiz yüksək nəticələr göstərir, bacarıqlarımızı durmadan artırırdıq.
Mübariz İbrahimovun təkbaşına düşmən üzərinə getməsi, onlara Azərbaycan əsgərinin nəyə qadir olduğunu göstərməsindən sonra isə, biz qələbənin bir addımlığında olduğumuzu daha yaxşı hiss etdik.
Hamı müharibənin başlayacağı anı səbrsizliklə gözləyirdi.Çünki, həm Ermənistanın işğalçılıq siyasəti səbəbindən sülh yolu ilə torpaqlarımızın azad olacağına inam qalmamışdı, həm də Birinci Qarabağ Savaşı zamanı bizim mülki əhaliyə qarşı törədikləri vəhşi əməllərə görə intiqam duyğusu hamımızda güclü idi. Hər birimiz bilirik ki, 1994 atəşkəsindən sonrakı dövrdə isə, əslində heç bir atəşkəs olmadı, sadəcə böyük miqyaslı əməliyyatlar dayandırıldı.
Demək olar ki, hər gün Erməni işğalçıları ərazilərimizi atəşə tutur, xüsusilə də mülki əhaliyə atəş açır, yaşayış məskənlərini hədəf alırdılar. Üstəlik onların mövqeləri daha yüksəkdə yerləşdiyindən, hətta cəbhə xəttindən uzaqdakı yaşayış yerlərini də vura bilirdilər və mülki əhali arasında tez-tez itkilər, şəhidlər olurdu. Belə vaxtlarda biz hərbçilər olaraq bir an öncə savaşın başlamasını arzu edirdik. Yadımdadır, 2016-cı ilin Mart ayının sonlarına doğru yenə işğalçı Ermənistan ordusu bizim yaşayış məskənlərimizi hər gün aramsız atəşə tutmağa başlamışdı. Nəhayət ki, bu dəfə Azərbaycan ordusu düşmənə güclü bir qarşılıq verdi və hərbi komandanlığın əmriylə ordumuz cəbhədə hücuma keçərək, Ermənistan hərbi qüvvələrinin möhkəmləndiyi birinci müdafiə xəttini yardı. Bir sıra strateji əhəmiyyətli mövqeləri ələ keçirərək, bayrağımızı həmin yükəkliklərdə dalğalandırdıq.
Azadetmə əməliyyatlarında iştirak etməyimiz bizim üçün qürurvericidir.
Həmin döyüşlərdən sonra, Ali Baş Komandanımız "Lələtəpə" əməliyyatlarındakı fəaliyyətimi dəyərləndirərək, məni "İgidliyə görə" medalı ilə təltif etdi".
Həmçinin oxuyun
Bizim üçün ən ağrılı anlar döyüş yoldaşlarımızın, çiyin-çiyinə vuruşduğumuz dəyərli oğulların şəhidliyi olurdu:
Döyüşdə itki, şəhidlik, yaralanma qaçılmazdır. Biz hamımız hər zaman bunu bilərək döyüşmüşük.
Mənim çevrəmdə də şəhidlik zirvəsinə yüksələn, qazilik ünvanı alan hərbçilərimiz çox olub.
Həmin döyüşlərdə əslən Xocalıdan olan iki qardaş vardı – Namiq və Sarvan Mehrəliyevlər. İkisi də qorxmaz döyüşçülər idilər. Döyüşlərdə öncə Namiq vuruldu, ancaq başındakı qoruyucu kaska onu xilas etdi. Ardından qardaşı Sarvan vuruldu. Biz dərhal müxadilə edib onu çıxardıq. Mən də Namiqə ürək dirək verirdim ki, qorxma qardaşın sağ qalacaq. Ancaq Sarvanın yarası ağır idi və şəhid oldu. Mənim üçün ən ağır anlardan biri idi. O gün artıq uzun müddət idi döyüşürdük və yorğunluq da öz sözünü deyirdi. Nəsirov İlyas vardı, əsl qəhrəman idi. Aprel döyüşlərində ölümün gözünə dik baxaraq vuruşurdu. Sonradan 44 günlük müharibədə Qubadlı döyüşlərində şəhid oldu. Ermənilərə o qədər itki verdirmişdi ki, belə bir qəhrəmanın şəhid olmasına çox sevinmişdilər. Rüstəmov Elməddin var idi, başından yaralanmasına baxmayaraq silahını verib təxliyə olmaq istəmirdi, onu döyüş bölgəsindən güclə çıxardıq...
Zaur adlı döyüş yoldaşımız da var, xidmətdə olduğu üçün soyadını demək istəmirəm... Güllə çiynindən girib sinəsindən çıxmışdı, ancaq döyüşü tərk etmək istəmirdi. Onu da ərazidən zorla çıxardıq.
Abbasov İlkin dedi ki, mən ailəli olsam da uşağım yoxdur, öndə mən gedəcəm. Bizi ermənilərin səngərinə qədər elə apardı ki, düşmənin heç xəbəri olmadı. O ərazilərdə xidmət etdiyi üçün bölgəni əlinin içi kimi tanıyırdı.
Nəsimi Şıxəliyev bizim tabor komandirimiz idi və cəbhədə döyüşün içində, ən qızğın atışmalarda həmişə yanımızda olurdu. Onun komandirlik bacarıqları nəticəsində biz düşməni məğlub edib, Lələtəpəyə bayrağımızı sancmağa nail olduq. Gizirlərimizdən İbrahimli Vasif qaçmağa çalışan erməniləri bir-bir vurub öldürmüşdü. Onun sayəsində bəlkə də neçə əsgərimizin həyatı təhlükədən qurtulmuşdu.
Quliyev Emin adlı döyüş yoldaşımız isə qumbaraatanla 4-5 erməninin gizləndiyi sığınacağı vurmuşdu.
Yunisli Tural çox qorxusuz oğuldur! Onun olduğu yerdə hamımız rahat olurduq, bilirdik ki hamımızı qorumaq üçün əlindən gələni edəcək. Sonra isə, 44 günlük vətən müharibəsində döyüşlərdə fərqlənmişdi. Əliyev Asim də bizimlə birlikdə döyüşənlər arasındaydı, Lələtəpəyə bayrağı sancan döyüşçülərdəndir. Abbasov Ceyhun vardı, qorxmaz döyüşçü idi. Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldı. Abdullayev Hasil də qəhrəmanlıq nümunəsi idi. O da Vətən müharibəsində şəhid oldu. Rabitəçimiz Məmmədli İmran isə, saza-sözə vurğun bir müəllim idi, hamımız ona müəllim deyirdik. O da vətən müharibəsində şəhid oldu. Vüsal adlı qardaşımız var, xidmətini davam etdirdiyi üçün onun da soyadını demirəm, ayağından yaralanmışdı. Buna baxmayaraq vətən müharibəsində də iştirak etdi. Hamımızın sevimlilərindən idi. Bizim üçün vətənimizin azadlığı uğrunda vuruşub torpaqlarımızı xilas etmək nə qədər qürurlu idisə, yanımızda döyüş qardaşlarımızın şəhid olması o qədər ağrılı idi".
Tarixə həm də 4 günlük müharibə kimi düşən bu döyüşlərdən sonra, düşmən tərəfində belə fikirlər səsləndirilirdi ki, guya Azərbaycan əslində, böyük miqyasda döyüşlə kəşfiyyat həyata keçirib:
Onlar sığınacaqlarda qorunaqlı şəkildə gizlənir və açıq döyüşə girmədən bizi vurmağa çalışırdılar. Üz-üzə döyüşdə bizə qarşı heç bir halda davam gətirə bilməyəcəklərini anlayırdılar.
Eyni zamanda da, düşmən on illər boyunca bir neçə kilometr dərinlikdə müdafiə xətti inşa etmişdi və hər fürsətdə bu xətti təkmilləşdirmişdi.
Biz Aprel döyüşləri sayəsində işğal altındakı ərazilərimizin bir hissəsini, ərazi və relyef baxımından isə çox önəmli bir bölgəni xilas etdik.
Bununla da işğal altındakı torpaqlara qayıdışın əsası qoyuldu. Bununla da, biz düşmənə, hətta dünyaya Azərbaycan ordusunun gücünü göstərdik. On illər boyunca müdafiə istehkamları quraraq hazırlaşmış düşməni məğlubiyyətdən heç nəyin xilas edə bilməyəcəyini nümayiş etdirdik.
Bu qələbədən sonra, Azərbaycan xalqı daha yaxşı anladı ki, vətən torpaqlarının işğaldan azad olacağı günlər elə də uzaq deyil.
Elə də oldu. İstər Aprel döyüşlərində, istərsə də vətən müharibəsində son sözü biz dedik və şəhidlərimizin, qazilərimizin sayəsində torpaqlarımızı azad edib işğal ləkəsini alnımızdan sildik!
Biz şəhidlərimizin, ana-bacılarımızın intiqamını döyüş meydanında aldıq. Bu bizim üçün ən böyük təsəlli oldu.
Mən isə sonda bir Azərbaycan oğlu olaraq onu arzu edirəm ki, gənclərimiz, gələcək nəsillərimiz bu döyüşləri yaxşı öyrənsinlər. Xüsusilə də şəhidlərin həyat və döyüş yolunu unutmasınlar, onların uğrunda can verdiyi torpaqların dəyərini həmişə anlasınlar. Bizlər bu torpaqları işğaldan azad etdik. Gənc nəsil isə bu yurda sahib çıxaraq, onu hər sahədə irəli aparsınlar.
Müsahibəni apardı: PƏRVİN ŞAKİRQIZI
01:08 / 09 Aprel 2025
Vətəndaşlara geri qaytarılan ƏDV-nin MƏBLƏĞİ
1
00:01 / 09 Aprel 2025
Trampa Çindən Cavab - Qlobal böhran dərinləşir
17
23:17 / 08 Aprel 2025
İnsulin dirəncini qırır, bağırsaqları mühərrik kimi işlədir
24
22:11 / 08 Aprel 2025
"Murtuza ilə var-dövləti üçün yox, xasiyyətinə görə evlənmişəm" - FOTO
33
22:07 / 08 Aprel 2025
İlon Mask KASIBLADI
32
21:19 / 08 Aprel 2025
Ukraynaya 1 milyard avroluq hərbi yardım ayırdılar
57
20:42 / 08 Aprel 2025
Xanlar Vəliyevin yeni vəzifəsi nə olacaq?
74
20:17 / 08 Aprel 2025
Əli Əsədov yeni qərar imzalayıb
616
19:37 / 08 Aprel 2025
Bir ailədə 4 qəhrəman yetişdirən Ana
462
19:23 / 08 Aprel 2025
Xanlar Vəliyev VƏZİFƏDƏN GETDİ
694
19:19 / 08 Aprel 2025
"Azərbaycanın ƏNləri" — Flora Kərimovanı niyə sevməliyik?
593
18:07 / 08 Aprel 2025
"Üzən meşə" — MARAQLI FOTO
102
18:01 / 08 Aprel 2025
Qaz olmayacaq
107
17:43 / 08 Aprel 2025
Səməd Vurğunun qeyri-adi dəfni — Bir şəklin tarixçəsi
113
17:29 / 08 Aprel 2025
Bulvarda cansız bədəni tapıldı — FOTO
827
16:59 / 08 Aprel 2025
Əhaliyə xəbərdarlıq edildi: Aprelin 10-u səhərdən
704
16:34 / 08 Aprel 2025
Keçmiş nazir müavininə Naxçıvanda yüksək vəzifə verildi
117
16:12 / 08 Aprel 2025
SON DƏQİQƏ! Ali Məhkəmə mühüm qərar qəbul etdi
590
14:47 / 08 Aprel 2025
Tramp avtomobil nəhənglərini çökdürür
142
13:39 / 08 Aprel 2025
İmtahan vərəqinə "hörmət edəcəm" yazdı - FOTO
169
13:01 / 08 Aprel 2025
Arifə Balakişiyeva övladına elə toy etdi ki - ulduzlar axın etdi FOTOlar
185
12:46 / 08 Aprel 2025
Prezident ona "Şərəf" ordeni verdi — SƏRƏNCAM
1578
12:42 / 08 Aprel 2025
Hava ilə bağlı xəbərdarlıq
160
12:39 / 08 Aprel 2025
İlham Əliyev İranın yol və şəhərsalma nazirini qəbul edib
221
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.