Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
93
az

Bakıdakı toz dumanı nə vaxt çəkiləcək? - RƏSMİ AÇIQLAMA

10:0430 Mart, 2018
1301
MARAQLI
  • A
 Atmosfer havasında müşahidə olunan toz-dumanın miqdarı günorta saatlarında norma həddinə qədər enəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Oxu24.com-a verilən məlumata görə, Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin 29 mart 2018-ci il tarixində səhər saatlarında apardığı monitorinqlərin nəticələrinə əsasən, Bakıda və Abşeron yarımadasında müşahidə olunan toz dumanının miqdarı sanitar normadan artıq olduğu müəyyənləşib. Buna səbəb ölkə ərazisinə Ərəbistan yarımadasından atmosfer axınları ilə zəif toz dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, 30 mart 2018-ci il tarixində ölkə ərazisinə daxil olan şimal-qərb küləyi ilə əlaqədar olaraq Bakı və Abşeron yarımadasında günorta saatlarından etibarən havada tozun miqdarının azalacağı, sanitar norma daxilində olacağı proqnozlaşdırılır. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu
Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto
Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi