Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
92836
az

90% İnsan Yumurta Qabığının Nələr Etdiyini Bilmir

14:4420 İyul, 2023
979
MARAQLI
  • A

Siz də onurğa və belinizdəki ağrılardan şikayətlənirsiz? Bədənimizdə kalsium maddəsi çatışmayan zaman sümüklərimiz xəbərdarlıq siqnalı verir. Bəli, orta yaşlı insanların əksəriyyəti bu gün osteoporoz – yəni sümük əriməsi xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik, bel və onurğada ağrılar, belin əyilməsi kimi simptomlarla özünü göstərir. Bu xəstəliyinə yaxalanmamaq üçün bədənimizin kalsiuma olan ehtiyacını ödəməyimiz vacibdir. İndi mənə sual verəcəksiniz ki, nə ilə? Ağlınıza market vitrinlərini bəzəyən qatıq, süzmə və şor kimi məhsullar qətiyyən gəlməsin.  Bu gün marketlərdə satılan şorun tərkibində, demək olar ki, şor yoxdur. Onu quru süddən, bitki yağından və dadlandırıcıdan hazırlayırlar. Bu məhsullar nəinki bizə xeyir verir, hətta bu məhsulların daimi qəbulu vitamin çatışmazlığına gətirib çıxarır.Bu gün sizə təbii olaraq kasium maddəsini haradan əldə edə bilərik, bu barədə məlumat verəcəm. Əminəm ki, bu videodan sonra əksər insan bizə çox sağ olun deyəcək. Diqqət ekrana.

Osteoporoz zamanı isə sümüklərin həssaslığı tez tez sınmalara və zədələrə səbəb ola bilir. Lakin bütün sadalanlara baxmyaraq kalsiyum orqaizmdə təkcə sümüklər üçün əhəmiyətli deyil, onun varlığı digər proseslər üçün də zəruridir. Bu videoda sizə kalsium haqda hər şeyi deyəcəyik.

Kalsium sümük sağlamlığı üçün həyati əhəmiyyət kəsb edir. Dişlərimiz və sümüklərimizin 99 faizi kalsiumdan əmə gəlir. Kalsium sümükləri və dişləri qoruyan bir mineraldır. Hər bir insan gün ərzində 1000-1200 milliqram kalsium qəbul etməlidir. Bu bədənin normasıdır. Bədənimiz kalsiumu istehsal etmir, biz onu qida vasitəsilə ilə qəbul etməliyik. Bədənin sümüklərini saxlamaq, əzələləri daraltmaq, qan damarlarını genişləndirmək, hormon və fermentlər ifraz etmək üçün kalsiuma ehtiyacı var.

Kalsium əzələlərə də müsbət təsir göstərir və əzələ daralmalarını tənzimləyir. Qanın laxtalanmasında mühüm rol oynayan kalsium ürək əzələsininin hərərkətini də qorumağa kömək edir. Ümumiyyətlə, kalsiumun nə üçün lazım olduğunu aşağıdakı kimi sıralamaq olar

1 Sümük sağlamlığını və əzələ fəaliyyətini tənzimləyir

2 Hamiləlik zamanı kifayət qədər kalsium yüksək təzyiq riskinin qarşını alır

3 Xolesterola müsbət təsir göstərir

4 Xərçəng riskini azaldır

5 Maddələr mübadiləsini dəstəkləyir

6 D vitamini ilə qəbul edildikdə iltihab əlamətlərini yaxşılaşdırır.

Bir çox insan kalsiumu təbii yolla qəbul etmək istəyərkən- Hansı qidalarda kalsium var?- sualına cavab axtarır. İndi həmin qidaların siyahısını sizə təqdim edirəm:

Yumurta – vitamin və minerallarla yanaşı, tərkibindəki kalsium sümük sağlamlığının qorunmasına kömək edir. Gün ərzində qaynadılmış 1 ədəd təzə yumurta yemək, 50 mq kalsium təmin edir. Yumurta qabıqları da, kalsiumla zəngindir və onu toz halına salıb qida və içkilərə əlavə etmək olar. Lakin bura söhbət kənd yumurtasından gedir. Fikir versəniz, marketlərdə satılan yumurtaların qabıqları tez qırılır. Bu, həmin yumurtanın qabığındakıə kalsium maddəsinin azlığından xəbər verir. Ümumiyyətlə, çalışın ki, marketlərdəki o yumurtlardan sağlamlığınız naminə uzaq durasınız.

Qatıq-süd-pendir – süd məhsullarında asanlıqla əmilən kalsium yüksək konsentrasiyaya malikdir. Süd məhsulları yaxşı protein mənbəyi olmaqla yanaşı, D və A vitaminləri və probiyotiklərlə də zəngindir. Lakin marketlərdə satılan süd məhsulları quru südlə hazırlanır. Videonun əvvəlində qeyd etdiyim kimi, onların mütəmadi olaraq yeyilməsi zamanla orqanizmdə hətta vitamin çatışmazlığına belə gətirib çıxara bilir.

İspanaq – kalsium baxımından ən zəngin tərəvəzlərdən biridir, lakin onun kiçik bir hissəsi orqanizm tərəfindən mənimsənilə bilir. Buna görə də, ispanaqdan maksimum fayda əldə etmək üçün onu bişmiş vəziyyətdə yemək əvəzinə, çiy halda salatlara əlavə etmək lazımdır.

Xüsusliə süd məhsulları zəngin kalsium mənbəyidir.Bundan başqa dəniz məhsulları da özündə bol kalsium ehtiva edir. Lakin bu sadalnanardan daha çox kalsium yumurta qabıqlrında mövcuddur. Üstəlik yumurta qabığında olan kalsium digərlərini 2-3 dəfə ötür. Məsələn günlük kalsium normsı 300 qram süddə, 300 qram kəsmikdə və 300 qram pendirdə mövcudur. Bu isə ortalama 900-1000 qram süd məhsulu edir. Bəzi hallada bu ifrat zülal qəbulunu özündə əks etdirir. Lakin cəmi yarım qaşıq üyüdülmüş yumurta qabığı günlük normaya çatmağa kifayət edir.

Hazırlanma qaydası isə çox sadədir.  Əvvəcə yumutanı yaxçıca yuyun. Daha sonra 2-3 dəqiqə qaynar suda saxlayın. İstəyə görə yumurtanı qaynadıb daha sonra qabıqlarını soya bilərsiniz. Qabıqları əlinizin altında olan vasitələrlə üyüdə bilərsiniz. Fərqi yoxdur blender və ya kofe üyüdən. Hətta həvəngdəstə ilə də üyüdə bilərsiniz Amma mütləq toz şəklinə gətirmək şərtdir. Hazır tozu yeməklərə də qatıb yeyə bilərsiniz. Günlük norması yarım çay qaşığı təşkil edir. Hazır tozu günəş şüalarından uzaq yerdə saxlamaq tövsiyə edilir. Kurs iki həftə təşkil edir. Hazır tozu eyni vaxtda d vitamini ilə qəbul etməkdə fayda var. Belə olan halda maksimum nəticə əldə etmək ümkündür.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Morju narahat edən turist cərimələndi
Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz
Avropada malyariya və dang qızdırması yüksək sürətlə yayılır

Morju narahat edən turist cərimələndi

18+

Bakıda ŞOK İNTİHAR: tənha kişi küçədə özünü asdı
Tramvay yandı - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
50 koronavirus mutasiyasından əziyyət çəkən xəstə öldü
Azərbaycanda dəhşətli QƏTL: dostunu bir yumruqla öldürüb basdırdı