Balıq pulcuqları yeməli İMİŞ -QAYDASI
20 Oktyabr 2026, 16:40
Qaynar xətt:
(+99450) 247 90 86
MARAQLI
496
22.09.2022, 00:21
Dünyagörmüş qocalar evdə həmişə üzərlik saxlayar, ağrı və narahatlıq hiss edən kimi onun tüstüsünü “dərd dəvası” kimi istifadə edərdilər. Üzərliyin mistik gücünə inam müasir həyatımızda da ondan istifadə edilməsinə səbəb olur. Mifologiya və inanclarda üzərliyə olan inam onun bəd nəzərdən qoruması ilə bağlıdır. Bəlkə də buna görə az qala hər evdə həmin bitkiyə rast gəlmək mümkündür, qara qüvvələri qovmaq və bəd nəzərdən sovuşmaq üçün çox vaxt onun gücünə bel bağlayırlar. Əslində isə üzərlik yandıqca tərkibində olan maddələr insana xoş əhval-ruhiyyə bəxş edir.
Oxu24.com tibbi mənbələrə istinadən xəbər verir ki, üzərlik dəmləməsi revmatizm xəstəliyi zamanı çox yaxşı təsir göstərir, beyin damarlarını genişləndirir, qan dövranını yaxşılaşdırır, toxumalar və oynaq ağrıları üçün faydalıdır.
Bitkinin toxum və gövdəsində qiymətli boyaq maddəsi var. Həmin maddədən laboratoriya şəraitində yun və ipək məhsulları boyamaq üçün sarı, narıncı, yaşıl və s. rənglər alınır. Üzərliyin yağından sabun alınır.
Xalq təbabətində ondan geniş istifadə edilir. Toxumu əzilərək isti su ilə qarışdırılır, alınan kütlənin isti-isti bədənin xəstə nahiyələrinə qoyulması ağrını kəsir.
Əzilmiş kütlənin sidik kisəsi üzərinə qoyulması və 12 qram üzərlik toxumunun şəkərlə qarışdırılıb içilməsi sidik göynəməsini aradan qaldırır.
Tüstüsü diş ağrısının qarşısını alır. Üzərliyin kətan toxumu və balla qarışdırılıb qəbul edilməsi astma xəstəliyi zamanı çox xeyirlidir.
Üzərliyin kökündən hazırlanan dəmləmə sinir sisteminə sakitləşdirici təsir göstərir.
Üzərliyin qaynadılmış suyu saçı qaraldır, toxumunun dəmləməsi sidiyə çətin getməni asanlaşdırır, sulu dəmləməsi revmatizm xəstəliyində oynaqlara yığılan duzları təmizləyir.
23:59 / 20 Oktyabr 2026
75
23:35 / 20 Oktyabr 2026
95
23:23 / 20 Oktyabr 2026
83
23:16 / 20 Oktyabr 2026
75
22:54 / 20 Oktyabr 2026
109
22:44 / 20 Oktyabr 2026
94
22:33 / 20 Oktyabr 2026
128
22:22 / 20 Oktyabr 2026
87
22:22 / 20 Oktyabr 2026
96
21:51 / 20 Oktyabr 2026
204
21:47 / 20 Oktyabr 2026
179
21:42 / 20 Oktyabr 2026
107
21:39 / 20 Oktyabr 2026
416
21:33 / 20 Oktyabr 2026
1152
21:28 / 20 Oktyabr 2026
97
21:22 / 20 Oktyabr 2026
478
21:17 / 20 Oktyabr 2026
97
21:15 / 20 Oktyabr 2026
96
21:06 / 20 Oktyabr 2026
93
21:03 / 20 Oktyabr 2026
85
21:00 / 20 Oktyabr 2026
79
20:55 / 20 Oktyabr 2026
76
20:50 / 20 Oktyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.