Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64932
az

Azərbaycanda ŞOK: Həbsdə olan idmançı özünə restoran açdı

20:1407 Fevral, 2022
412
MARAQLI
  • A


Ev dustaqlığına buraxılan Basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev özünə Bakıda obyekt açıb.

Bu barədə İnterpress.az-ın redaksiyasına məlumat daxil olub.

Bildirilib ki, onun yeni obyekti paytaxtın Həsən Əliyev küçəsi, 135 A ünvanında yerləşir.

Obyekt restoran kimi “Balkonda” adı ilə fəaliyyət göstərir.

Qeyd olunub ki, restoranda pandemiya qaydalarına riayət olunmur və burada karantin qaydalarına zidd şəkildə kütləvi toplantılar, yığıncaqlar, ad günü və nişan mərasimləri keçirilir. Eyni zamanda bu ictimai iaşə müəssisəsinə daxil olan şəxslərdən peyvənd pasportu və ya immunitet sertifikatının tələb olunmadığə iddia olunur. Bununla da restoran ölkəmizdə koronavirus infeksiyasının geniş yayılmasına şərait yaradır.

Məlumatda bildirilib ki, A.Həmzəyev ev dustaqlığına buraxılandan sonra fəaliyyətini biznes sahəsində genişləndirməyə başlayıb və bu restoranı açıb.

Xatırladaq ki, Basketbol üzrə Azərbaycan millisinin üzvü Amil Həmzəyev 2020-nin əvvəlində həbs olunub. O, “Gəncə” basketbol klubunun üzvü futbol üzrə Azərbaycan çempionatının oyunları zamanı pul qoyuluşunda və nəticələrin müəyyənləşdirilməsində şübhəli şəxs qismində tutulub və Kürdəxanı İstintaq Təcridxanasında saxlanılıb. Amma sonradan ev dustaqlığına buraxılıb.

Məlumata görə, o, hazırda barəsində olan cinayət işinə xitam verilməsinə və ev dustaqlığını azadlığa buraxılma ilə əvəzləməyə çalışır.

İddia olunur ki, dələduzluğa görə həbs olunmuş A.Həmzəyevin islah olunmadan azadlığa buraxılması kimlərinsə marağındadır. Amma onun azadlığa buraxılmasına çalışanlar növbəti dələduzluq hadisəsinin baş verməyəcəyinə heç bir təminat vermir. Hər kəsə məlumdur ki, A.Həmzəyev oyunları satmaqda təqsirli bilinərək həbs olunub və hələ daha əvvəllər idmana ayrılan külli miqdarda vəsaitləri də özününküləşdirib.

Yazıda adı çəkilən şəxs və qurumların da mövqeyini dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər
Zebralar niyə bir-birlərinə baş yelləyirlər?
Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz

UEFA-dan Şahruddinin komandasına sərt cəza

18+

Ləman vəhşicəsinə öldürüldü - DETALLAR
İran Prezidentinin helikopter qəzası ilə bağlı şok:
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda dava edən qonşuları ayıran qadın boğazından bıçaqlanıb