Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
64251
az

Sarkisyan istefasının səbəbini açıqladı

21:0223 Yanvar, 2022
237
MARAQLI
  • A
Xəbər verdiyimiz kimi, Ermənisan Prezidenti Armen Sarkisyan istefa verib. “Oxu24.com” erməni KİV-lərinə istinadən xəbər verir ki, o istefasını onun daxili və xarici siyasətə təsir alətlərinin olmaması ilə əlaqələndirib. Sarkisyan qeyd edib ki, Ermənistanda paradoksal vəziyyət yaranıb, prezident faktiki olaraq heç bir real alətə malik olmadan dövlətçiliyin təminatçısı olmağa məcburdur. Onun sözlərinə görə, Ermənistan formaca parlamentli respublikadır, məzmunca isə belə deyil. O əlavə edib ki, o, konstitusiya islahatlarının aparılmasını təklif edib, bunun mənası qarşılıqlı nəzarət və tarazlıq mexanizmlərinə əsaslanan dövlət sisteminin yaradılmasıdır. “Mən şadam ki, Konstitusiya islahatları komissiyası yaradılıb və buna görə hökumətə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, sonda konstitusiya dəyişiklikləri baş verəcək və növbəti prezident və prezident institutu daha balanslı və koordinasiyalı mühitdə işləyə biləcək” - Sarkisyan bildirib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Qaş və kirpikləri ilə hamını təəccübləndirən körpənin atası Baku TV-yə danışdı
Rusiyanın “Yamal” və “Azov” desant gəmiləri vurulub – KİV
Baş nazir taksi sürücüləri ilə bağlı qərar imzaladı

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Bakıda kişi gecə saatlarında özünü asdı