Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43480
az

ŞOK! Ermənilər Torpağın Altında gizlətdilər - Əsgərlərimiz belə tapdı

19:0205 Dekabr, 2020
15576
MARAQLI
  • A

Biz öndə gedirdik, Arxamızca gələn qüvvələr aldığımız yerləri təmizləyir, yerləşirdilər. Ancaq hiss edirdik ki, bizdən əvvəl sanki gedənlər var – kim idi onlar? Heç vaxt onları görmədik. Sanki duman idi, yel idilər, Anlaya bilmirdik ki, bizdən qabaqdakı bu izlər nədir? Axı, tapşırıqla öndə biz getməli idik...

Ermənistan ordusunun əsgərlərinin İkinci Qarabağ savaşı ilə bağlı müdhiş xatirələri bu dəfə “RİA Novosti”də dərc edilib. Saytın əməkdaşı Xankəndinə gələrək, erməni əsgərlərdən reportaj hazırlayıb. Bu gün bir bax kanalı həmin məlumatı sizinlə bölüşəcək.

 

 

 

Bunkerlər, məhv edilmiş yaşayış yerlərimizdə bütün ərazilərin minalanması, təhlükəli tələlər saysız-hesabsızdır...Bütün bunları hələ bu yay ermənilər böyük fəxarətlə, peyk görüntüləri ilə paylaşır və meydan oxuyurdular. “Alınmaz qala” düzəltdiklərini sayırdılar.

Bu sözdən sonra Azərbaycan Müdafiə Nazirliyinin yaydığı və ermənilərdən götürülən qənimətləri yada salmamaq olmur. Elə rus mediası özü yazmışdı ki, Azərbaycan Ordusu Qarabağda işlətdiyi hərbi sursatdan düz 4 dəfə artığını ermənilərdən qənimət olaraq götürdü. Və buna aid video-materialları da təqdim etmişdilər. Erməni əsgərlər deyir ki, dəqiq atəşlə Azərbaycan Ordusunu darmadağın etməyə hazır idilər, ancaq “terrorçu dronlar” imkan verməyib.

Reроrtaj davam etdikcə isə əsgərlərin açıqlamaları bir-birini təkzib etməyə başlayır: bəlli olur ki, tam müdafiə, bol sursat, erməni əsgərlərin yüksək döyüş hazırlığı, eyni zamanda dünyanın ən güclü ölkələrində yaşayan və həmin ölkələrin ordusunda xidmət edən təcrübəli ermənilərin Ermənistana axışması ilə əsl, peşəkar, “dünya erməniləri ordusu” varmış,  lakin “dronlar” hər şeyi məhv edib.

Erməni əsgərlər deyir, dronlardan qaçmaq mümkün deyildi: müharibənin gedişində topların, raket sistemlərinin yanında düzəltdikləri yeraltı sığınacaqlara qaçmağa ən yaxşı halda 7 saniyə fürsət olurdu. 7 saniyə isə sığınacağa çatıb Azərbaycan dronundan gizlənmək üçün çox azdır.

Daha sonra isə reportajın ən maraqlı hissəsi gəlir, erməni əsgərlər Azərbaycan Ordusunun döyüş ruhuna toxunurlar: təxminən 400 əsgərlə hücuma keçmişdilər, vurduq, ardınca ikiqat, üçqat güclə gəldilər. Ötən gün də erməni mediasına danışmışdı erməni əsgərlər. Onlar da heyrətlərini bu cür bildirmişdilər: Azərbaycan əsgərləri dəniz dalğası kimi gəlirdi və ikinci dalğa birincidən daha güclü olurdu; Azərbaycan əsgərləri çiynindən, hətta sinəsindən yara alırdı, ancaq qanı axa-axa hücum edirdi. “Onlar sanki terminator idi” – deyir ermənilər Bizim Əsgərlərimiz haqda.

Şuşa hücumu barədə erməni əsgərlərin açıqlamaları da diqqətçəkici idi. Bu barədə sizə əvvəlki videolarımızda məlumat verdik.

Əsgərlərimiz “zombi kimi”, “terminator kimi”, “robot kimi”, “dalğa kimi” ermənilərin üstünə gediblər – bu sözlər ermənilərin özlərinin təyinidir. Başa düşə bilmirlər bunun səbəbini! Heç vaxt da başa düşə bilməyəcəklər!Çünki heç vaxt vətənləri olmayıb və vətən üçün savaşmayıblar. Onlar heç vaxt anlamayacaq ki, texnika minaya düşüb, hücum ləngiməsin deyə əsgərlərimiz minalı sahələrdə özləri qabağa düşüblər, özləri qəsdən minanın üstünə çıxıblar ki, texnikalar məhv olmasın, təki hücum yavaşımasın; onlar heç vaxt anlamayacaq ki, yaralı halda hücumu davam etdirməyin adı illərlə yığılıb qalan işğal lənətindən qurtulmaq, bütün dünyaya kim olduğumuzu göstərməkdir; Xocalı qisasıdır, Şuşa həsrətidir, Qarabağ sevdasıdır!

Ermənilər bunu heç vaxt dərk etməyəcəklər. Ona görə şoka düşüblər, ona görə heyrətə gəliblər. “Şuşa boz şəhərdir” deyənlər hardan qansınlar ki, Müqəddəs Şuşaya hücum edəndə əsgərlərimiz bir-birinə and veriblər, “şəhid olsam, nəşimi özünlə apar, Şuşanı görüm” deyə...Bu bədbəxtlər hardan bilsin ki, Şuşa müqəddəsliyini murdarlardan təmizləmək üçün hücum edən əsgərlərimiz bədənlə, cisimlə deyil, RUHla gedirdilər. Bu RUHlar Ordusunun qarşısında kimsə dayana bilməzdi, kimsə!!!

Əsgərlərimizin yaddaşından parçalar yayılır tez-tez:

...Bir dəstəni kəndə hücum etməyə göndərirlər, az sonra arxalarınca dəstək qrupu gəlir və bunları tapa bilmir; axtarırlar, axtarırlar, əsəbiləşirlər, xeyli gedəndən sonra qarşıda tapırlar və bunlara deyirlər ki, hara gedirsiniz, dayanın: sizə "bu kəndi al" deyiblər, 4 kəndi almısız, hələ də gedirsiniz?!

...Hücum qüvvələrindən öncə gedən xüsusi təyinatlı heyrətlə danışır: biz öndə gedirdik, ala-ala, dağıda-dağıda. Arxamızca qüvvələr gəlib aldığımız yerləri təmizləyir, yerləşirdi. Ancaq hiss edirdik ki, bizdən əvvəl sanki gedənlər var – kim idi onlar? Heç vaxt onları görmədik. Sanki duman idi, yel idilər, önümüzcə sanki təmizləyirdilər və biz anlaya bilmirdik ki, bizdən qabaqdakı bu izlər nədir? Axı, tapşırıqla öndə biz getməli idik...O qədərdir bu cür heyrətamiz döyüş hadisələri

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...
04.04.2024 - Aprelin güzgü TARİXİ: Bu bürclərin həyatını kökündən dəyişdirəcək
Fotoda  gizlənən timsahı kim görür?  —  İQ TESTİ

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Bakıda tutulan Xəyalla bağlı şok fakt: Qadınlara qarşı...(VİDEO)
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi