Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
43252
az

Dünyada ilk dəfə süni ət hazırlandı

07:1703 Dekabr, 2020
529
MARAQLI
  • A
Sinqapurun hakimiyyət orqanları dünyada ilk dəfə laboratoriya şəraitində hazırlanmış ətin satışına icazə verib. . “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Sinqapurun Ərzaq Agentliyinin bəyanatında deyilir. "Daxil olmuş təklifləri qiymətləndirərək və onların təhlükəsizliyini müəyyən edərək, Amerikanın “Eat Just” şirkətinə Sinqapurda süni toyuq ətini satmağa icazə verilməsi barədə qərar qəbul olunub", - xəbərdə deyilir. Bu halda agentliyin rəhbəri Tan Li Kim qeyd edib ki, əməkdaşlar təhlükəsizliyi qiymətləndirməyə davam edəcəklər. Bununla yanaşı, ekspertlərlə sonrakı konsultasiyalar keçiriləcək, həmçinin bazara daxil olacaq yeni məhsullar araşdırılacaq. “Eat Just” şirkətinin nümayəndələri isə bildiriblər ki, "laboratoriya şəraitində alınmış ət mikroblar baxımından əhəmiyyətli dərəcədə təmizdir. "Keçirilmiş analizlər həmçinin daha yüksək zülalın, müxtəlif amin turşularının, faydalı piylərin və mineralların miqdarlarını göstərdi", - şirkətdə qeyd ediblər Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Azərbaycanda tədavülə yenilənmiş metal pul nişanları buraxılıb
UEFA-dan Şahruddinin komandasına sərt cəza