Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
42779
az

"Şuşada əlbəyəxa döyüşlərdə birbaşa iştirak etmişəm" - Döyüşçümüz detalları açdı

19:0027 Noyabr, 2020
856
MARAQLI
  • A

Hər zaman Şuşa ilə bağlı “Şuşa alınmaz qaladır” sözlərini eşitmişik. Vətən müharibəsi başlayandan sonra bu ifadənin tam məğzini anlamağa başladıq. Həqiqətəndə Şuşaya hər hansı bir zirehli texnika ilə girmək mümkün deyildi. Bu şəhərin işğaldan azad olunması bir başa iğid oğullarımızın qolunun gücü hesabına oldu.

Oxu24.com  xəbər verir ki, Şuşa şəhərinin azad olunmasında iştirak edən igid oğullardan biri də Nağıyev Sadiqdir.

“2001 ci ildə Şəmkir rayonunun Mahmudlu kəndində doğulmuşam. Şuşaya girənə qədər döyüşlərdə iştirak etmişəm. Bir dəfə Füzulidə yaralandım xəstəxanaya yerləşdirildim. Bir müddət sonra yenidən döyüşə qayıtdım. Şuşada döyüşən zaman yenidən qolumdan güllə yarası aldım. Güllə bu dəfə sümüyümü sındırdı” - deyir və susur. O qədər odun alovun içindən keçib, amma deməyə, danışmağa söz tapmır. Təvazökarlıq edir, igidliyindən utanır. Adi hal kimi gəlir bunlar ona.

“Şuşanın coğrafi mövqeyinə görə alınması çox çətin idi. Orada hər hansı tank və ya PUA-lar işə yaramadı. Şuşada əlbəyəxa döyüşlərdə birbaşa iştirak etmişəm. Ermənilər təpənin başında idilər. Biz isə aşağıda idik və onları görmürdük. Duman var idi. Görməsək də gülləni səpələyirdik ki, kiməsə tuş gələcək. Alçaq ermənilər gizlənmişdilər. Birdə gördüm məni vurdular. Xeyli qan itirdim. Sonra sağ olsun əsgər yoldaşlarım qolumu bağladılar. Yağış kimi yağan güllələrin altından çıxardılar məni. Qorxu hissi yox olmuşdu bizdə. Artıq öyrəşmişdik güllə, raket səslərinə.Olmayanda darıxırdıq”,- deyib gülümsünür.

"Şuşanın alınması üçün gedən döyüşlərdə günlərlə meşədə qalmalı olduq. Yeməyimiz çox yaxşı idi. Hər şeylə təmin edirdilər bizi. Yatanda isə meşədə, torpaqda yatırdıq. Şuşaya səsi , gizlin getmək lazım idi. Hədəf bəlliydi, Şuşaydı deyə, gözümüzə heç nə çətin gəlmirdi. Hər şeyə dözürdük, təki vətən sağ olsun deyə”,- deyir qəhrəman əsgərimiz.(bizimyol.info)

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto
Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər
Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər