Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
39759
az

ASAN xidmətdə qürurverici mənzərə - Ahıl kişi təqaüdünü əsgərlərə göndərdi

23:4206 Oktyabr, 2020
623
MARAQLI
  • A

"Bu gün səhər iş yenicə başlamışdı ki, bir qoca baba yaxınlaşdı mərkəzə. Hansı xidmətə gəldiyini soruşdum. Dedi ki, cəbhədəki əsgərlərimizə yardım etməyə gəlmişəm. 180 manat pulum var, bunu onlara vermək istəyirəm".

Bunu ASAN Xidmət işçilərindən Orxan Cəfərov "Facebook" hesabında yazıb.

"Bu sözlərdən sonra donuq ifadə ilə ağsaqqal kişinin üzünə baxırdım. Qayıtdı ki, azdı? Dedim, "ay baba, sənin ürəyinə qurban olum. Az deyil, dünya qədərdi bu...
Növbəsini götürüb xidmət pəncərəsinə yaxınlaşanda ayağındakı ayaqqabıları ürəyimi dağladı. Hər iki ayaqqabısı ortadan bölünmüşdü. Amma nə qədər böyük ürəyi vardı ki, bu yağışlı, soyuq havada ayağına ayaqqabı almağa qıymayıb, əsgər balalarına ianə göndərirdi. Sonda "Əsgərə məktub" da yazıb getdi. Pulu ödədikdən sonra babanın üzündəki qüruru görməyə dəyərdi", - deyə O.Cəfərov qeyd edib.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ən zərərli tərəvəzin adı açıqlandı
Morju narahat edən turist cərimələndi
Kələmi bişirəndə yumurta və şəkər əlavə edin – Təəccüblənəcəksiniz