Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37705
az

Bu şəxslərə Əncir Yemək OLMAZ! - DİQQƏT

16:3217 Avqust, 2020
692
MARAQLI
  • A

Yumşaq, bal kimi dadı və ondan alınan nəfis mürəbbə. Əncirin saymaqla bitməyən faydaları var.  Xüsusən də, Bakı kəndlərinə gedəndə yol boyu satılan ağ Abşeron əncirinin faydası inanılmazdır.

Müalicəvi meyvə olan əncirlə qidalanmaq bir sıra ağır xəstəlikləri sağaldır, onların yaranmasının qarşısını alır. Lakin bununla yanaşı, mütəxəssislər əncirin müəyyən zərərləri barədə də insanlara xəbərdarlıq edir.

Bu gün bir bax kanalında bu meyvənin faydaları ilə yanaşı zərərlərindən də danışacağıq.

Videonu mütləq sona kimi izləyin.

 

 

Əncir liflərlə ən zəngin meyvələrdən biri olduğundan mədə və bağırsaqların işini normallaşdıran, şlaklardan təmizləyən ən yaxşı təbii vasitə hesab olunur. Əncir ziyanlı xolesterin səviyyəsini qısa zamanda salmaq gücünə malikdir, bunula da əncir bizim ürəyimizin “dostudur” deyə bilərik. Əncirin tərkibindəki kalium ürək əzələsinin vurma gücünü artırır, bizi infarktdan qoruyur. Əncirin tərkibində fenol maddəsi mədə-bağırsaqlarda parazitlik edən mikroorqanizmləri öldürür. Quruəncirin tərkibində Omeqa-3 və Omeqa-6 yağ turşuları vardır ki, insan orqanizminin özündə istehsal olunmur. Bu turşular sayəsində bizim ürək, qan-damar sistemlərimiz mükəmməl işləyir, beynimiz bu turşular sayəsində çalışır.
Arıqlamaq istəyənlər üçün əncir idealdır, tərkibində yağ yoxdur. Yüngül işlədici xüsusiyyəti sayəsində bağırsaqlardakı toksinləri təmizləyir, piylənmənin qarşısını alır.
Əncir bütün meyvələrin içərisində ən çox minerala sahibdir.
Uşaq və böyüklərdə yuxarı tənəffüs yollarının bronxit, bəlğəmli öskürək kimi xəstəlikləri və səs tutulması zamanı 300 qram südün içinə 5-6 ədəd quru əncir atılır, 5 dəqiqə qaynadılaraq gün ərzində yavaş-yavaş içilir.
Ortadan yarı bölünmüş əncir meyvəsinin görünüşü qadın yumurtalığının strukturunun tam bənzəridir. Məlum olmuşdur ki, əncir qadınlarda follikulun yetişməsi prosesini sürətləndirir, bununla da qadın sonsuzluğunu müalicə edir.
Əncir, həmçinin kişilərdə aktiv spermanın miqdarını əhəmiyyətli dərəcədə artırır, bununla da kişi sonsuzluğunun qarşısını alır.
Əncir ana südünü artırır, əzələ qıcolmalarını götürür, yüksək qan təzyiqini salır. Əgər çay içən zaman qənd əvəzinə quru əncir istifadə etsək, bədənimiz sağlam olar.
Mütəxəssislər əncirin müəyyən zərərləri barədə də məlumat veriblər.
Şəkərli diabetin ağır formalarından əziyyət çəkənlərin ondan istifadə etməsi məsləhət görülmür. Əncir turşəng turşusu ilə zəngin olduğundan podaqra xəstələri üçün də faydalı sayılmır. Onunla qidalanmaq qastrit, xora və pankreatit kimi mədə-bağırsaq xəstəliklərinin kəskinləşməsinə səbəb ola bilər. miqrenə meylli olanlar, böyrək və öd daşı xəstəlikləri zamanı da əncirin rasiona daxil edilməsi yolverilməzdir. İfrat dərəcədə əncirlə qidalanmaq allergiyanın yaranmasına da səbəb olur.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto
Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər
Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər