Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
37415
az

Partlaması AN MƏSƏLƏSİDİR: Yer kürəsində bütün radioəlaqələr itəcək, astronavtlar...

20:1712 Avqust, 2020
438
MARAQLI
  • A

Amerikalı astronom Martin Uays Günəşdə müşahidə edilən və Mars planeti böyüklüyündə olan bir ləkənin Yer kürəsinə doğru çevrildiyini aşkarlayıb.

Publika.az xəbər verir ki, mütəxəssislər AR2770 adı verilən ləkənin getdikcə böyüdüyü və qarşıdakı bir neçə gün ərzində Yerdəki radioəlaqəyə, GPS və elektromaqnit sistemlərə təsir göstərə biləcəyi barədə xəbərdarlıq edir.

“Space Weather”in hesabatına görə, AR2770 Yerin atmosferinə kiçik ionlaşma dalğaları göndərir. Bununla birlikdə ləkənin miqyası genişlənir və qarşıdakı günlərdə Günəş partlayışları ehtimalını özündə ehtiva edir.

Günəş ləkəsi 11 illik yeni elektromaqnit aktivlik dövrü olan “Günəş Tsikli 25”in bir parçasıdır və hazırda üzərində kiçik partlayışlar meydana gəlir.

NASA-nın məlumatına görə, Günəşdə partlayışlar üzərindəki ləkələrin ətrafında maqnit xətlərinin fırlanması, kəsilməsi və ya yenidən nizamlanmasından qaynaqlanan enerji boşalması nəticəsində əmələ gəlir. Ardınca Günəşdən gələn bütün yüksək enerjili hissəciklər Yerin atmosferinə girəndə maqnit qütbləri üzərində avrora adlanan işıq hadisələri yaradır. Bu əsnada radioəlaqədə çatışmazlıqlar, peyklərin elektrik axınında zərər, elektrik nəqlində çatışmazlıqlar və hətta şəhər elektriklərində problem əmələ gəlir.

Digər tərəfdən, bu partlayışlar orbitdəki peyk və astronavtlar üçün olduqca böyük risk təşkil edir. Kosmik dalğaların şiddəti xüsusi hava balonları ilə ölçülür. Dalğalar Yerin atmosferinə təmas edəndə bu balonlar sayəsində tezliklərin miqyası da ölçülür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto
Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər
Nəhəng günəş ləkəsi Yerdən adi gözlə görünməyə başladı

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
İrandan gətirilən 61 kq narkotiki satmaq istədilər