Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
35086
az

DİQQƏT! Mağaza çeklərini atmayın,pul qazandırır

17:1110 İyul, 2020
1431
MARAQLI
  • A

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin www.edvgerial.az portalının daha bir funksiyası işə salınıb.

Oxu24.com  xəbər verir ki, artıq istehlakçılar geri aldıqları əlavə dəyər vergisini (ƏDV) plastik kartlara da köçürmək və nağdlaşdırmaq imkanı qazanıblar.

Burada minimal məbləğ 5, malsimal məbləğ isə 500 manat müəyyən edilib.

İndiyə qədər "Kapital Bank" ASC-nin operator olduğu və yeni nəsil elektron kassa (e kassa) aparatları üzrə aparılan ödəmə əməliyyatları zamanı ƏDV-nin qaytarılmasını nəzərdə tutan bu portalda həmin funksiya aktiv deyildi. Belə ki, bu vaxta qədər istehlakçılar qaytarılan vəsaitlə yalnız kommunal xidmət, mobil və stasionar telefon, internet ödənişlərində istifadə edə bilirdi.

Xatırladaq ki, ölkə prezidentinin 21 mart 2020-ci il tarixli fərmanı ilə “Əlavə dəyər vergisinin qaytarılması” qaydası təsdiq edilib və həmin tarixdən etibarəm vətəndaşlar aldıqları e kassa çekləri üzrə ƏDV-nin müəyyən hissəsini geri qaytarmaq şansı əldə ediblər. Belə ki, nağd alışlarda bu qaytarılan vəsait 10%-ə, nağdsız əməliyyatlarda isə 15%-ə bərabər olur. Kənd rəsərrüfatı malları, çörək və s. ƏDV-dən azad olun mallar üzrə geri vəsait qaytarılmır.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi
Rusiyada nadir çiçək tapılıb
Maqnit qasırğası ilə bağlı əhaliyə xəbərdarlıq! Saat 15.00-dan sonra...

Günəşdə ən yüksək dərəcəli daha bir partlayış baş verdi

18+

Məktəbli qızın telefonuna əxlaqsız video göndərən kişi axtarılır
Evində ölü tapılan müğənni ilə bağlı AÇIQLAMA +VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Əməköməcinin Bilmədiyiniz İNANILMAZ FAYDASI
Şəmkirdə müğənni qəzaya düşdü, oğlu öldü