Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
34700
az

Koronavirus karantini: təcavüzkarla bir dam altında yaşamaq

03:5106 İyul, 2020
786
MARAQLI
  • A

BMT Qadınlar təşkilatının icraçı direktoru Phumzile Mlambo-Ngcuka BBC-yə bildirib ki, zorakılıqla mübarizə üzrə milli qaynar xətlərə son iki həftə ərzində zənglərin sayının artdığı ABŞ və Britaniyadan fərqli olaraq, inkişaf etməkdə olan ölkələrdə, çox güman ki, bunun əksi baş verəcək.
"Bəzi ölkələrdə daha aşağı sosial-iqtisadi durumda olan qadınlar məişət zorakılığı halları barədə məlumat verə bilmirlər, çünki onlar bir və ya ikiotaqlı evlərdə onları təhqir edənlərlə birlikdə yaşayırlar,"- Phumzile Mlambo-Ngkuka deyir.
"Biz karantin zamanı müraciətlərin sayının azalacağını gözləyirik və bu sükut daha narahatedici olacaq. Yalnız Qərbi Afrikada Ebolanın ən dəhşətli epidemiyasından bir neçə ay sonra ölkəmizdə cinsi əlamətə görə şiddətin artdığını öyrəndik".
BBC Hindistanda və ABŞ-da onlara zorakılıq edən kişilərlə bərabər karantində olduğunu deyən iki qadınla söhbət edib.


Gita 27 yaş, Hindistan
Bu müsahibə Hindistanda koronavirusun yayılmasının qarşısını almaq üçün 21 günlük karantin rejiminin elan olunmasından bir gün əvvəl götürülüb.
Gita səhər saat 5-də oyanır, əri onun yanında yerdə yatır. O, ucadan xoruldayır.
Bir gün əvvəl o, axşam evə gələndə sərxoş və dilxor idi. Koronavirus epidemiyası ictimai nəqliyyatdan daha az insanın istifadə etməsini nəzərdə tutur, buna görə də rikşa sürücüsü olan Vijay-ın gəliri gündə 1500 rupidən (təxminən 20 dollar) cəmi 700 rupiyə (9,30 dollar) düşüb.

"Bu, nə qədər belə davam edəcək?" -Əri əlindəki spirtli içki şüşəsini divara çırparaq qışqırıb. Gita-nın ən böyüyü yeddi və ən kiçiyi üç yaşında olan dörd uşağı bu zaman onun arxasında gizlənməyə çalışıblar.
Xoşbəxtlikdən, onun həyat yoldaşı Vijay yatağına uzanan kimi də yuxuya gedib..
"Uşaqları sakitləşdirmək üçün vaxt tələb olundu, - Gita deyir. - Onlar dəfələrlə atalarının necə qəzəbləndiyini görüblər, lakin son bir neçə həftə ərzində hər şey daha da pisləşib. Onlar onun əşyaları divara çırpdığını və məni saçımdan dartdığının şahidi olublar".
Bir yataq otağı olan ev
Gitanın 27 yaşı var, o, 12 ildir ki, evlidir. Həyat yoldaşı ondan 11 yaş böyükdür və onu o qədər döyüb ki, Gita sayını unudub.
Əri onu ilk dəfə elə toy gecəsi döyüb. Bir dəfə Gita evdən getməyə cəhd göstərib, amma əri uşaqları özü ilə götürməyə icazə verməyib.
Gita və onun ailəsi Racastanın kənd bölgəsində yoxsulların məskunlaşdığı, "məhəllə" adlanan bir ərazidə bir otaqlı evdə yaşayır.
Adi günlərdə Gita bütün günü işlədəcəyi bir vedrə suyu kənardan gətirir: ən yaxın su quyusu bir kilometr aralıdadır. Evinə qayıtdıqdan sonra digər qonşu qadınlarla söhbət edərək tərəvəz arabası olan baqqalçının gəlməsini gözləyir. Gün ərzində evdə yeyiləcək ərzağı aldıqdan sonra Gita səhər yeməyi hazırlamağa başlayır.
Onun həyat yoldaşı səhər saat 7-də evdən çıxır, günorta yeməyi və mürgüləmək üçün evə qayıdır və məktəbdə oxuyan iki uşağı qayıtdıqdan sonra yenidən evdən çıxır.

Gizli sinif
"Lakin məktəb ayın 14-də bağlandıqda hər şey dəyişdi, - o deyir. - Uşaqlar daim evdə idi və ərim qıcıqlanmağa başladı".
"O, adətən, qəzəbini mənə yönəldirdi, bu dəfə isə uşaqların üstünə qışqırmağa başlamışdı, hətta, misal üçün, fincanın yaddan çıxarılıb döşəmədə qalması kimi ən xırda məsələlərə görə də...
Həmin anlarda onun qəzəbini öz üzərimə yönəltmək üçün ortalığa bir söz qatırdım ki, diqqəti yayınsın və qəzəbi mənə yönəlsin".
Bir müddətdən sonra Gita özü üçün bir plan hazırladı. Əri işdə olanda Gita yaxınlıqda yerləşən bir ofisə baş çəkdi.
Orada o, qadınlara tikmək, oxumaq və yazmağı öyrədən qadın cəmiyyətinin təşkil etdiyi dərsləri dinləmək üçün bir sinifə yazıldı.
Gita 30 yaşında maliyyə cəhətdən müstəqil olmaq və uşaqları ilə birlikdə başqa yerə köçmək istəyir. Gita sinifdə məişət zorakılığı qurbanlarına kömək etmək üçün təlim
keçmiş məsləhətçilərlə də görüşür.

Həqarətli partnyor
Hindistanda martin 24-dən başlamış 21 günlük karantin rejimi buna əngəl oldu.
Dərslər dayandırıldı və ictimai məsləhətçilər artıq çətin vəziyyətə düşmüş qadınlara baş çəkə bilmirlər.
Racastanın ikinci ən böyük şəhəri olan Joodhpur şəhərində qadınları dəstəkləyən Sambhali Fondunun könüllüsü Vimlesh Solanki deyir ki, koronavirus həmin qadınları təhlükəli vəziyyətə salıb.
"Tam təcridolunma hər gün rahatsız olmaq deməkdir. Hal-hazırda öz arabası ilə kəndə gələn yerli baqqallar da karantində olduğundan yerlərdə alış-veriş yoxdur, buna görə də qadınlar hər gün ərzaq dalınca daha uzağa getməli olurlar.
Bu kimi gərgin vəziyyət onların həqarətli partnyorlarının daha tez-tez əsəbləşəcəyinə gətirib çıxaracaq".

Kai19 yaş, New-York
Kai telefonu çıxarıb aşağıdakı cümləni yazaraq mesaj göndərib: "Anam istəyir ki, səninlə qalım".
Cavab tez gəlib: "Əla".
Bundan sonra keçən cümə axşamı 19 yaşlı Kai bir daha heç vaxt girməyəcəyinə vəd etdiyi evə dönüb.
"İçəri girən kimi beynim dayandı, - o, sakitcə deyir, - Hər şey dayandı, hətta hisslərim də".
Kai onu uzun illər fiziki və cinsi zorakılığa məruz qoyan bir insanın - atasının - evinə qayıdıb.

İki həftə əvvəl Kai koronavirusun xəbərlərlə birlikdə ötüb gedəcəyini düşünürdü. Lakin sonra hər şey dəyişdi.
Anasının işlədiyi dükanın işçiləri getdikcə daha çox rahatsız oldular. 170 ölkəyə yayılmış və indi də New Yorka çatan koronavirus barədə qorxulu xəbərlər insanları rahatsız edirdi.
Mağazada işləmək alıcılarla gündəlik ünsiyyəti nəzərdə tuturdu və onlardan hansının koronaviruslu olduğunu kim deyə bilərdi?
İş yerinin itirilməsi
Kai-ın anası və onun iş həmkarları hər gün müxtəlif müştərilərlə üz-üzə gəlirdilər və bundan narahat idilər, lakin bu narahatlıq uzun çəkmədi. Mağaza qeyri-müəyyən müddətə bağlanacağını və işçilərin işdən çıxarılacağını elan etdi.
Kai-ın anası minimum əmək haqqını (saatda 15 dollar) ona təmin edən iş yerini itirdi və ona yalnız beş günlük tibbi sığorta ödəniləcəyi bildirildi.
Anasının evi isə artıq adamla dolu idi. Kai, anası və bacısı üç yataq otağı olan evdə qaırdılar, hələ bununla yanaşı həmin evdə iki kirayəci də qalırdı. Bu, Kai-nin həyatının böyük bir hissəsində psixi sağlamlıq problemlərindən əziyyət çəkən anasına təsir etməyə başladı.
"Və sonra, ötən cümə axşamı, bir hadisə baş verdi, - Kai anası haqqında deyir. - O qışqırdı: "Burada hər şey baş-ayaq olub, sən atanın evinə get".

Bu sözlərdən Kai-a damarlarına ümidsizliyin soyuq dalğası işlədi. O, anasının bir müddətdən sonra özünə gələcəyini və hər şeyin əvvəlki məcraya dönəcəyinə ümid edərək öz otağına qalxdı.
Amma Kai yenidən ortalıqda görünəndə anası ona yalnız bunu söylədi: "Sən hələ də buradasan?"
Kai-nin atasının onu məruz qoyduğu fiziki və cinsi təhqirin fəsadlarından qurtulmaq üçün keçdiyi müalicə cəmi bir neçə ay idi ki başlamışdı.
Anasından ayrılmış atası ona uşaqlıq illərindən təcavüz edib.
Kai peşəkar yardıma müraciət etməkdən əvvəl illər ərzində bunu götür-qoy edib.
O, hələ də ana və bacısına atasının ona elədiklərini bütün çılpaqlığı ilə danışmayıb. Yaşadıqları hətta onu dostlarından da uzaqlaşdırmışdı.
Sığınacaq bağlandı
Terapiyanın başladığı ilk günlərindən Kai özünü daha inamlı hiss edirdi. O, uzun illər idi ki, məktəbə getmirdi və heç bir iş görmürdü, amma indi gələcəyə daha çox ümidli idi.
Sonra onun terapevtiylə görüşdüyü sığınacaq koronavirus epidemiyası təhlükəsinə görə bağlandı, məsləhətvermə sessiyaları isə onlayn rejimə keçirildi.
Və sonra, keçən həftə, Kai təcavüzkarın evinə qayıtmaq məcburiyyətində qaldı.
Kai-ın atası da işini itirmişdi. Onun işlədiyi ictimai iaşə xidməti virus epidemiyası səbəbindən müvəqqəti olaraq işini dayandırıb.
"O, hər zaman buradadır, - qız pıçıldayır, - gündüzlər televiziya proqramına qonaq otağında öz kompüterində baxır. Gecələr pornoqrafik videolara baxdığını eşidirəm".

O, səhərlər atası özünə səhər yeməyi hazırlayarkən və blenderi işə salarkən oyandığını deyir.
"Mən buna nifrət edirəm, o, elə səs-küy salır ki, blenderin səsi məni, sadəcə, keyləşdirir. Bu mənim üçün günün başladığı deməkdir və ayıq olmalıyam".
Kai atasının evinə qayıtdıqdan sonra demək olar ki, yatmır və qapısının heç qıfılı da yoxdur.
Cinsi zorakılıq
Fiziki zorakılıq Kai üçün artıq gündəlik həyata çevrilmişdi, bu, yalnız Kai atasını məyus edən bir şey edəndə baş verirdi.
Odur ki, Kai atasından uzaq durmağı qərara almışdı. O, yalnız vanna otağına getmək və özünə mətbəxdə yemək hazırlamaq üçün otağından çıxır.
Amma cinsi zorakılıqla o, barışa bilmir. Bu, atasının internetdə nəyə baxacağından asılıdır.
Sonuncu dəfə onlar 2012-ci ildə ABŞ "Sandy" qasırğasına məruz qalanda bir yerdə idilər. Evin işıqları qasırğaya görə sönəndə zorakılıq halları daha ağır olurdu.
Hələlik heç nə baş verməyib.

"Gözləmə məni öldürür"
"O, özünü elə aparır ki, sanki, qəribə bir zamanda yaşayırıq, amma zorakılıq haqqında heç nə demir," - o deyir, - Və bu məni sanki dəli olmuş kimi hiss etməyə məcbur edir. O, hələ heç bir şey etməyib, lakin gözləmə məni öldürür".
Kai bütün gününü internetdə keçirir. Bu yaxınlarda YouTube-da filmlər haqqında video esselərə baxıb. O, baxmadığı filmlər barədə təhlilli materiallar izləməyi xoşlayır.
Koronavirus olmasaydı, Kai atası ilə yaşamaqdansa, sığınacağı seçərdi, lakin o, məhdud məkanda virusa yoluxmaq şansının daha yüksək olduğundan narahatdır. İndiki mərhələdə onun atası barədə polisə xəbər verəcəyindən hətta danışmaq təsəvvüredilməzdir.
O, anasının ona tezliklə geri dönməsinə imkan verəcəyinə və ya koronavirus epidemiyasının sona çatacağı və özü üçün hansısa başqa bir yerdə mənzil tapa biləcəyinə ümid edir.

Müsahibə verən hər iki qadının adları dəyişdirilib.
İIllustrasiya James Mobbs
Tərcümə Rohan Nair

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu
Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto
Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Universitetə ​​daxil olduqdan 70 il  sonra məzun oldu

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Siyasətçiyə hücumun ŞOK VİDEOSU YAYILDI
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi